İnsanlarla ünsiyyətin uğuru nədir?

İnsanlarla ünsiyyətin uğuru nədir?
Maraqlı məlumatlar
10.09.2017 11
İnsan varlıq olaraq elə yaradılmışdır ki, daima digər insanlarla münasibət qurur.



Bir insan
ola bilər ki, çox böyük vəzifəyə sahib olsun, ancaq insanlarla
münasibəti zəifdirsə, bu vəzifənin həmin şəxsə çox az xeyri dəyə bilər.

Böyük şirkətlərdən birinin rəhbəri insanlarla münasibətlə bağlı bunları yazır:"Şirkətimin
rəhbəri olmağıma baxmayaraq, iş yerimdə işləyən əksər işcilər məndən
daha çox və yaxşı mənim işim haqda bilirlər. Ancaq insanlarla münasibəti
çox yaxşı bildiyimdən, bütün işlərimiz uğurla inkişaf edir".

Gündəlik
yaşayışımızda müxtəlif insanlarla ünsiyyətdə oluruq. Bu insanlardan
kimisi ilə uğurlu, kimisi ilə uğursuz keçir münasibətlərimiz.

Çox təəssüf ki, həyatımızda uğursuz keçən münasibətlər üstünlük təşkil edir.

Buna müxtəlif səbəblər göstərmək olar. Bunlardan biri kimi tənqid göstərilə bilər.

Ailəmizlə,
dostlarımızla, çevrəmizlə münasibətimizdə yaranan problemlərimizin çoxu
ifrat tənqid etməyimizdən və ya tənqidi düzgün etməməyimizdən
qaynaqlanır.

İnsan varlıq
olaraq yaradılışca tənqidi sevmir, bunun əksinə - tərifi çox sevir.
Hətta deyə bilərik ki, bu gün itirilən ən böyük dəyərlərdən biridir
tərif. Tərifin mənfi tərəfi insanı özünə arxayınlaşdırıb təkəbbür
yaratdığı halda, müsbət tərəfi isə insanlarda sevginin artmasına,
motivasiya və s. kimi müsbət xüsusiyyətlərin yaranmasına səbəb olur.
İnsanlar bizim təriflərimizə mənəvi ehtiyac duyarkən, bu təriflərə
susamış ikən, biz bunu əsirgəyirik.

Biz
tənqidlərimizlə münasibətlərimizi daha da gərginləşdiririk. Halbuki,
münasibətlərin uğuru - düzgün tərif və mülayim ünsiyyətdən keçir.

Müqəddəs
dinimizin də bu məsələyə baxışı çox açıq və gözəldir. Dinimiz
tərifləməyi sünnət və münasibətin əsas şərtlərindən biri sayaraq, fərdi
tənqiddən daha çox çəkinməyi və sənə edilən tənqididə bağışlamağı
tövsiyə edir. Əlbəttə ki, burada tərif deyəndə, daha çox təşviqi nəzərdə
tuturuq. Birbaşa tərif çox zaman pislənir və yaltaqlığa yol aça bilir.
Əgər tərif ürək-dirək vermək, motivləndirmək, təşviq etmək
səciyyəlidirsə, bu, çox yaxşı haldır. Amma insan özü əməli buna görə
yerinə yetirməməlidir. Tərifə görə etmək - ixlasın qarşısını alır.
Allahın Peyğəmbəri (s) buyurub: "Hər
haqqın həqiqəti var. Bəndə də, Allah üçün etdiyi əməlin müqabilində
təriflənib öyülməməsini istəməyənədək ixlasın həqiqətinə yetişməyəcək".

İmam Cəfər Sadiq (ə): buyurub: "Xalis əməl odur ki, onu etdiyinə görə Allahdan başqa bir kəsin səni tərifləməsini istəməyəsən".

İctimai
işlərdə isə bütün insanların haqqı olduğundan tənqid etmək böyük önəm
kəsb edir və ictimaya qarşı buraxılan səhvləri bağışlamamaq (ictimai
tövbəyə qədər) - düzgün yanaşmadır.

Münasibətlərdə digər ən incə və ciddi məslələrdən biri - mübahisələrdir.

Mübahisələrin
çox vaxt uğursuz olmasınım səbəblərindən biri - yaranan mübahisəni
emosiyaya qapılmadan, məntiqi yükdə davam etdirməməkdir. Digər bir səbəb
isə mübahisə zamanı öz fikirlərini təsdiqlə və üstün tutaraq
söyləməkdir. Məsələn: "Bu məsələ dəqiq bilirəm ki, belədir" şəklində deyirik. Ancaq əslində: "Məncə bu məsələ belədir; mənimlə razısınız?" şəklində deyilməlidir.

İnsanlarla
gündəlik ünsiyyətimizi əgər ancaq emosional müstəvidə davam etdirsək və
bu şəkildə hər kəslə ünsiyyət qursaq, bu, həm bizim, həm də qarşı
tərəfin dəyərdən düşməyinə, münasibət keyfiyyətinin azalmasına səbəb
olar.

Həmçinin
münasibətləri sırf məntiqi müstəvidə apararaq, ifrata varsaq, bu, digər
insanların bizdən çəkinməsinə və ünsiyyətimizin maraqsız keçməsinə səbəb
olar.

Bu ikisindən
fərqli ən yaxşı yol isə orta yolu seçməkdir. Münasibətimizdə həm
məntiqin, həm də emosiyanın çox olmamağına diqqət etməliyik. Düzdür,
ünsiyyətlərimiz insanlara görə dəyişsə də, bəzən məcbur qalıb bəzi
insanlarla daha emosional, bəziləri ilə isə daha məntiqli danışmalı
oluruq. Bu kimi hallarda və ümumiyyətlə bütün münasibətlərimizdə
sistemli ünsiyyət qurmağa diqqət etməliyik.

Bütün
psixoloqların və dinimizin insanlarla münasibətlə bağlı bu
tövsiyərlərinə diqqət etsək, həqiqətən də münasibətlərdə müsbət
dəyişikliklərə yol aça bilərik.

Sonda qeyd
edək ki, bu məsələlərdən əlavə, bütün həyatımızın bağlı olduğu ən əsas
məsələ - Allahla bağlı münasibətimizdir. Onu tanımaq, Onun istədiyi kimi
yaşamaq həyatda - istər münasibətlərdə olsun, istər digər istənilən
məsələlərdə - idealımız və xoşbəxtlik səbəbimizdir.

Necə ki, Allah Təala buyurur: "Mənimlə arasını düzəldənin, Mən də insanlarla arasını düzəldərəm".скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!