Hisslərin mübahisəsi...

Hisslərin mübahisəsi...
Maraqlı məlumatlar
10.09.2017 15
 



Bir gün hisslər mübahisə etməyə başlayırlar : "Kim güclüdür?"

- Mən güclüyəm - deyə Nifrət sözə başladı - mən insanı hər şeyə sövq edə bilərəm. Mənim sayəmdə Xəyanət və Acıq yaranıb.

Qısqanclıq dedi: 

- Xeyr, mən güclüyəm. Düzdür, mənim sayəmdə heç bir hiss yaranmayıb, amma mən insanı cinayətə sürükləyə bilərəm.

- Siz nə danışırsınız? - deyə Tənhalıq acıqlandı - Cinayət nədir? Mən insanı intihara məcbur edə bilərəm, deməli mən ən güclüyəm.

Bu zaman Xeyirxahlıq söhbətə qoşuldu: 

- Siz niyə belə pis, ağır şeylər danışırsınız? Mən ən güclünüzəm, çünki mən həyatda gözəlliklər yaratmağa kömək edirəm.

Nifrət gülərək onun sözünü kəsdi: 

- Hımmm... Bunlar boş şeylərdir. Əgər hamı bir-birinə nifrət etməyə başlasa sənin yaratdığın bu gözəllik kimə lazım olacaq?

- Mübahisə etməyin - Sevgi dilləndi: - Güclü mənəm. Mən yaxşı insanı pis, pisi isə yaxşı edə bilərəm. Mən bütün maneələri dəf edərək hamını öz arxamca apara bilərəm.

- Axı indiki zamanda sevgiyə qiymət verən yoxdur - Xəyanət dedi.

- Hə, hə. Sən artıq öz yerini çoxdaaan itirmisən - deyə Şübhə Xəyanətin sözlərini təsdiqlədi.

- Deməli hamımız eyniyik?

- Xeyr - deyə Ağıl cavab verdi: - Bir hiss var ki, heç vaxt öz gücü ilə öyünmür, ancaq hamınızdan alidir. O Xəyanətin və Acığın qarşısını ala bilər. Nifrətdən qorxmur. O hər birinizdən güclüdür, çünki qorxu nədir bilmir.

Bütün hislər qışqırmağa başladı: 

- Bu ola bilməz, belə hiss yoxdur. Əgər varsa onda o haradadı?

- Onun indi sizlərlə mübahisəyə vaxtı yoxdur. O indi keşik çəkir, qoruyur, vaxtını boş yerə sərf etmir. O daim Xoşbəxtliyin və Sakitliyin keşiyindədir...
Sizcə hansı hissdir bu?

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!