Həyat

Həyat
Maraqlı məlumatlar
10.09.2017 21
Eyni
həyatın içində eyni yoxuşu çıxarkən qarşılaşmışdıq. Eyni qapıda
gözləmişdik bir müddət. Sonra eyni istiqamətdə getmişdik. O zamanlar
yanağında təbəssüm qəmzələr meydana çıxardı. Dodağında gül qoxulu
gülüşlər. Halbuki mən, ən çox ahu gözlərində çalxalanıb düşərdim günə.
Sonra alnında və ürəyində meydana çıxan izləri izləyər, divanə könlümə
şahdamar yaxınlığında toxumlar əkərdim. Bir də qaranlıq gecələrdə
başında gözləyərdim səndən xəbərsiz. İçimdə səslər yığılardı ölüm
səssizliyində amma sənə heç söyləməzdim.



Həyat...

Sonra getdin minlərlə səbəb içində, sözlərim içimdə qaldı. Fəryadım
əks-sədalandı səmada. Qaldım viranə. Baş açıq ayaqyalın gəzdim dünya
küçələrini. Axtararkən izdihamlar içində itdim. Sonra sevda mənasını
itirdi, içində yağış oldum torpağa düşdüm. Susuzluq yandırdı torpağın
bağrını, kül etdi. İçində mən də yandım.

Sonra kiçik qiyamətlər yaşandı qarışıq saatlarda. Xəyanətlərin qurduğu
məhkəmələrdə hər gün qələmim qırıldı. Hər gün minlərlə dəfə əzildim
yoxluğunun ipiylə. 



Həyat...

Sən getdin amma hər şey getdi sanki. Qalan hər şey keçmiş, hər yer
sənsiz sahibsiz. Sən könüldən gedəndən bəri fəryad içində varlıq. Gecə
qəflət yuxusunda səssiz.

İndi bu halıma bax. Geri gəlməyən günlər üçün heçə getmiş ömrümə.

Qəribə könlüm ayağı qandallı quş kimi, hərdənbir qanad çırpır
indilərdə. Yüzünə həsrət, qapına kölə olacağı günlərin xəyalində
varlığım. Yəni hələ yanır, yandırılır. Hicran dolu günləri yaşayır hələ.



Həyat...

Bilirəm. Güllər çoxdan soldular.

Amma mən hələ bir dəli, sahibini gözləyən. Dilimdə eyni dua, eyni
qapının toxmağını çalıram. Sən də nə olar aç qapını, daha çox zillət
içində buraxma. Nə olar gəl, tut əllərimdən, qaldır düşdüyüm tələlərdən,
götür apar bildiyin yerlərə, iztirabımı çoxaltma. Gəl yenə nə olar,
toxun ruhuma, bilməyim özümü. 



Həyat...

Amma yetər ki, gəl. Xəyalın gözümdə ağarmadan, ümid ulduzlarım sönmədən gəl Ana.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!