Gündəlik həyatımızı dəyişən 7 NASA ixtirası

Gündəlik həyatımızı dəyişən 7 NASA ixtirası
Maraqlı məlumatlar
10.09.2017 13
NASA-nın
əsas tədqiqat obyekti kainat olsa da, gündəlik həyatımıza təsir edən ən
son texnologiyaların istehsalında da olduqca yararlı olmağı
bacarmışdır. Bu quruma Amerika tədqiqat laboratoriyası da deyə bilərik.
1976-ci ildən bu yana NASA nəşri kimi fəaliyyət göstərən Spinoff,
təxminən 2000-ə qədər kosmik texnologiyaya imza atıb ki, bunlar da özəl
sektoru inkişaf etdirmək yolunda böyük nailiyyətlərə çevrilmişdir.

Spinoff
40-cı ilini qeyd etdiyi məqamda NASA da dünyaya təsir edən ən
əhəmiyyətli 40 texnologiyasını araşdırmaq qərarına gəlib. Beləliklə də,
həyatımızı asanlaşdıran 7 NASA ixtirası ilə tanış olun:



1. CMOS sensor

İstər
DLR kamera, mobil telefonunuzla foto və ya video çəkin, istərsə də
dünyanın ən populyar action kamerası GoPro Hero istifadə edin – bunların
hər birində NASA texnologiyası var. CMOS inteqrasiya olunmuş dövrə
istehsal texnologiyası olub, aşağı güc istehlakı və az maliyyə ilə
görüntü tutmaq üçün istifadə edilən alətlərə tətbiq olunur. Bu NASA
ixtirası olan fəal piksel qəbuledicisi planetlərarası vəzifələrdə
kameraları kiçiltməyə ehtiyac olduğu üçün kəşf edilmişdi. Bu sensordan
hal-hazırki rentgen cihazlarında və tibbi sektorda da istifadə edilir.



2. Zənginləşdirilmiş uşaq yeməyi

Mars
vəzifələri əsnasında oturaq həyat keçirən NASA tədqiqatçıları, körpənin
inkişafında fəal rol oynayan, ana südündə ən vacib element sayılan
omega 3 yağ turşusu üçün təbii bir mənbə kəşf etdilər. Bu gün bazarda
satışda olan zənginləşdirilmiş uşaq qidaları dünyanın hər yerində
uşaqların beyin, ürək və gözlərinin inkişafına töhfə verir.



3. "Memory foam”

Modifikasiya
olunmuş aşağı elastiklikli poliuretan köpüyü. Yəqin ki, dünyada ən çox
tanınmış NASA ixtiralarından biri olan bu vasitə, test pilotlarının
səfər zamanı rahat bir səyahət etmələrinin yolunu axtaran NASA
tədqiqatçıları tərəfindən kəşf edilmişdir. Hal-hazırda bu köpük təkcə
yataqlar, kreslolar, stullarda deyil, ayaqqabılarda da rahatlığımız ən
böyük dəstəkçisi mövqeyindədir.



4. Yanğınsöndürənlər üçün qoruyucu geyim

NASA
kosmik geyimlərdə və vasitələrində polimer tekstil texnologiyasının
yaranmasında mühüm rol oynamışdır. İstiliyə dözümlü olan bu geyimlər
yanğınsöndürmə sahəsində, orduda, bir sıra idman növlərində istifadə
edilir.



5. Ərzaq təhlükəsizliyi standartları

Kosmos
səyahətlərində əvvəlcədən qablaşdırılmış yeməklərin ifrat dərəcədə
təhlükəsiz olması üçün, NASA Pillsbury Company ilə əlaqəyə keçərək, yeni
və sistematik keyfiyyət nəzarət sistemi yaratmışdır. Artıq Hazard
Analyses and Critical Control Points (HACCP prinsipləri) kimi tanınan bu
metod yeməklərin saxlanılmasında yarana biləcək potensial kimyəvi,
fiziki və bioloji riskləri aradan qaldırır.



6. Fövqəladə hal adyalı

Kosmos
adyalı olaraq ixtira edilən, lakin cəmiyyətdə fövqəladə hal adyalı kimi
tanınan bu kəşf NASA tərəfindən 1964-ci ildə edilmişdir. İzolyasiyalı
maddədən hazırlanan və fövqəladə hal çantalarında olan adyallar eyni
zamanda, yürüşçüləri da ani bədən temperaturu (hipotermi)
dəyişikliyindən qoruyur.



7. UV filtrli günəş eynəkləri

1980-cı
ildə NASA xüsusi olaraq gözləri qorumaq üçün günəş işığını filtrləyən
linzalar yaratmışdır. Bu linzalar isə daha sonralar günəş eynəkləriylə
yanaşı, qaynaqçıların taxdığı qoruyucu eynəklərdə də istifadə
edilmişdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!