Elxan Elatlı

Elxan Elatlı
Maraqlı məlumatlar
10.09.2017 20
Elxan
Elatlı 1962-ci il 19 dekabrda Şamaxı rayonunun Sis kəndində anadan
olub. Orta təhsilini doğma kəndlərində aldıqdan sonra Bakıdakı
Fizika–riyaziyyat təmayüllü Respublika 1 saylı məktəbində davam
elətdirib. Uşaq yaşlarından ədəbiyyata böyük marağı olub. Kiçik şeirlər
və hekayələr yazıb. "Kirpi" jurnalında miniatürləri, rayon qəzetində
çoxsaylı məqalələri çap olunub.

1980–1985–ci
illərdə BDU–nun mexanika–riyaziyyat fakültəsində oxuyub. 1985–2001–ci
illərdə doğulduğu kənddə fizika–riyaziyyat müəllimi, rayon icra
hakimiyyətinin ərazi üzrə nümayəndəsi, məktəb direktoru vəzifələrində
çalışıb. 2001-ci ildən Bakı şəhərində yaşayır. İndiyədək 25 kitabı işıq
üzü görüb ki, onların dördü şeir, ikisi riyazi məntiq,biri qəhrəmanlıq
romanı("Qisas gecəsi"),digəri psixoloji roman("Mərtəbələr") on yeddisi
isə detektiv nəsr əsərləridir. "Xəyanət" romanından sonra detektiv
yazıçı kimi tanınmağa başlayıb. İrihəcmli "Qan ləkəsi" romanı və oradakı
hadisələrin müəyyən mənada davamı olan "Cəhənnəmdən gələn səs" romanı
vətənpərvərlik tərbiyəsi baxımından qiymətli əsərlər hesab oluna
bilər.Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

 

"Ağrıyır ürəyim, ağrıyır yaman" (şeirlər)

"Səhv edirik biz" (şeirlər və qəzəllər)

"Axtar məni" (şeirlər və qəzəllər)

"Seçilmiş şeirləri" (şeirlər,poemalar)

"Düşün bir az" (məntiqi riyaziyyat məsələləri)

"Maraqlı məntiq məsələləri"

"Yeddinci mərtəbədə qətl" (detektiv povest və hekayələr)

"İtmiş qızın axtarışı" (detektiv povest və hekayələr)

"Pəncərədə görünən kölgə"

"Xəyanət"

"Qan ləkəsi"

"Bakıdan gələn xəfiyyə"

"Dilənçi qadının sirri"

"Cəhənnəmdən gələn səs" (həmçinin rus dilində "Голос из ада")

"Görünməyən izlər"

"Qisas gecəsi" (Mübariz İbrahimova həsr olunmuş qəhrəmanlıq romanı)

"Arxalı canavar" ( Qanbay Qasımlı & Ələmdar Məlikov )

"Ələkeçməz yaquar" ( Ayxan Asayev & Gültən Dəmirli )

"Ən yaxın planet"

"Seçilmiş cəza"

"Adsız tablo"

"Mərtəbələr" (psixoloji roman)

"Niyə susursan, polkovnik?"

"Qanunsuz əməliyyat" ( Ələmdar Məlikov & Gültən Dəmirli )

"Xəstə ruhlar"

 

P.S Əsərləri insanı
dünyadan bir neçə günlük məhrum etməyə vadar edən,gözünü bir saniyə
kitabda ayıra bilməyəcəyim yazar! Çox sevə-sevə hər yazısını
 oxuyaraq,oxutduracam.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!