Məhəbbət! Bircə sözdə gör nə qədər şey gizlənir!

Məhəbbət! Bircə sözdə gör nə qədər şey gizlənir!
Maraqlı məlumatlar
10.09.2017 19
1.
Dost kimi qalmaq? Soyumuş lavanın ortasında sönmüş hisslərlə kiçik bağ
salmaq? Xeyr, bizim üçün deyil. Bu, yüngül davalardan sonra olur, lakin
çox saxta formada. Sevgini dostluqla ləkələməzlər. Son sondur.

2.
Qadınlar hər zaman kişilərin unutduqları şeylər üçün narahatlıq
keçirir. Kişilər isə bu narahatlığı qadınların xatırladıqları şeylər
üçün keçirir.

3. Mən
onun yanında dayanıb, ona qulaq asırdım, gülürdüm və düşünürdüm ki, bu
cür qadını sevib, eyni zamanda kasıb olmaq necə də dəhşətlidir.

4. Adam hərdən inanmaq istəyir ki, çox şeyi unutmağa qadirdir. Bu həm müqəddəs alqış olardı, həm də dəhşətli qarğış.

5.
Xeyr, sənə hər zaman yalnız ehtiras və zəfər qazanmaq lazım olub. Elə
bir insan istəyirsən ki, o əriyib sənə qarışmağa hazır olsun, lakin bunu
etməyi bacarmasın. Sən çılğınlığı, coşqunluğu sevirsən, elə buna görə
də ürəyin hər zaman boş qalacaq. Çünki insan ancaq öz qəlbində olan
şeyləri əlində saxlaya bilər. Bu cür tufanlı qəlbdə isə heç nə qala
bilməz. Onlar yalnız tənhalığın zülmət gecələrində bitir. Ancaq bir
şərtlə ki, ümidsizliyə qapılmamalısan. Sənin bunlardan xəbərin varmı?

6.
Məhəbbət! Bircə sözdə gör nə qədər şey gizlənir! Onda şəhvət hissindən
tutmuş, müqəddəs qəlb çırpıntıları, ailə qurmaq həvəsi, vəhşi ehtiras və
Yakobun məlakə ilə təkbətək döyüşünə kimi hər şey var!

7.
Kömək et. Sevirəm. Qayıtdım. Artıq səninəm. – bunların hər biri şirin
sözlərdir. Lakin elə təkcə sözlərdir, vəssalam. İki bədənin vəhşicəsinə
bir-birinə qovuşması kimi adicə bir şey üçün gör nə qədər söz var! Bu
sözlərdə də nə qədər yalan, uydurma, saxta hisslər, özünüaldatma
gizlənib!

8. Sən elə bir üfüqsən ki, bütün düşüncə və hisslərim orada birləşir…

9.  Həyatı həyat kimi yaşamaq nə qədər də şirin imiş! İnsan ancaq səadətdən doyanda sakitləşir, çünki başqa heç nə istəmir.

10.
Sərbəstliyi itirmək olmazdı. Hər şey yavaş-yavaş, tədrici asılılıqdan
başlayır. Adam fikir vermir, bir də görür ki, adətlərin toruna düşüb. Bu
adətlərin çox adı olur, onlardan biri də sevgidir. Gərək heç vaxt, heç
kimə çox öyrəşməyəsən.

11. Bacarırsansa,
kömək elə, əlindən gələni əsirgəmə. Elə ki gördün bacarmırsan, unut!
Üzünü çevir get! Özünü tox tut! Halıyananlıq dinc dövrlər üçündür, olum
ya ölüm məsələsində artıqdır. Ölənləri basdır, özün də başla həyatı bir
tərəfdən söküb yeməyə. Bir vaxt gərəyin olacaq. Kədər qoy öz
kədərliyində qalsın, ancaq həqiqətdən də qaçma. Həqiqətlərlə
barışa-barışa da yas saxlamaq olar. Yalnız belə dözmək mümkündür.

12.
Sənin nə etməyindən asılı olmayaraq həyat yenə öz həyatlığında qalır –
ya ümumiyyətlə heç nə olmur, ya da hər şey birdən baş verir.

13.
Həmişə bir pərdə tapıb arxasında gizlənməyə nə var?! Hər böyüyün də bir
böyüyü var!Əmrlər, göstərişlər, borc, vəzifə və bir də yeddi başlı
əjdaha – əxlaq norması, məcburiyyət, sərt gerçəklik, məsuliyyət.. daha
nə bilim nələr.. Adicə insanlıq qanunlarından çıxıb arxasında gizlənmək
üçün pərdə tapmağa nə var..

14. – Biz ölməyəcəyik, – deyə o, Ravikin qolları arasından pıçıldadı.


Yox, özümüzü demirəm. Zəmanəni deyirəm, lənətə gəlmiş zəmanəni! Ölən
həmişə odur, yaşayansa biz! Yuxudan ayılanda dünya gözünə bahar görünür,
yuxuya dalanda isə hər şey payıza çevrilir, arada da neçə qış, neçə yay
ötüb keçir. Əgər biz bir-birimizi ürəkdən seviriksə, demək, yağış kimi,
külək kimi əbədiyik, ölüm bizə yaxın düşə bilməz. Bizə nə qalırsa,
günlərdən qalır, gülüm, illər heç nə vermir.

15. Kimsə səni təhqir etdikdə, cavabını verirsən. Mərhəmət göstərdikdə isə qalırsan belə..скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!