Zaqatala

Zaqatala
Maraqlı məlumatlar
10.09.2017 12
Zaqatala (avar. Закатала район) – Azərbaycan Respublikasında rayon. İnzibati mərkəzi Zaqatala şəhəridir.Mündəricat 

1 Tarixi

2 Coğrafi mövqeyi 

2.1 Relyefi

2.2 Təbiəti

2.3 İqlimi

3 Əhali 

3.1 Görkəmli şəxsləri

4 İqtisadi xarakteristikası

5 Mədəniyyət, təhsil və səhiyyə müəssisələri

6 Maddi-mədəni irsi

7 Idman

8 Bələdiyyələr haqda məlumat

9 Şəkillər

10 Mənbə

11 İstinadlar

12 Xarici keçidlər

13 Həmçinin bax



Tarixi

Zaqatala inzibati rayonunun yaranma tarixi – 08.08.1930.



Coğrafi mövqeyi

Zaqatala rayonu Azərbaycan Respublikasının şimali-qərbində, paytaxt
Bakı şəhərindən 430 km məsafədə, Böyük Qafqaz sıra dağlarının cənub
ətəklərində, Qanıx-Əyriçay vadisində yerləşir.



Rayon ərazisində, ekoturizmin inkişafı üçün əvəzsiz, 1839-cu ildə
təşkil olunmuş (ərazisi 23800 ha.) Zaqatala Dövlət Qoruğu, Zaqatala
şəlaləsi, Xalaxi gölü, Malarasa aşırımı, ölkə və rayon əhəmiyyətli 108
tarix-mədəniyyət abidəsi var. Onlardan Mamrux kəndi ərazisindəki II-IV
əsrlərə aid alban abidəsi, V-VII əsrlərə aid Zaqatala səddi, Car kəndi
ərazisində XVI əsrə aid Cingözqala, 1830-cu ildə tikilmiş Zaqatala
qalası və s. göstərmək olar. Zaqatala rayonu Böyük Qafqaz sıra
dağlarının ətəyində Azərbaycanın şimal-qərbində yerləşir. Rayon
şimal-şərqdə Rusiya Federasiyasının Dağıstan Respublikası ilə, qərbdə
Balakən rayonu ilə, şərqdə isə Qax rayonu ilə həmsərhəddir. Rayonun
şimal-şərq ərazisində dağlıq, cənub və cənub-qərb hissədə düzənlik
relyef üstünlük təşkil edir. Rayonda ən uca nöqtə Quton dağıdır. (3648
m). Düzənlikdə mülayim, dağlarda soyuq iqlim müşahidə olunur. Yanvar
ayının orta temperaturu düzənlikdə -1°C, dağ-larda -10°C, iyul ayının
orta temperaturu isə, müvafiq olaraq +24°C və +5°C olur. Burada ildə
600-1600 mm yağıntı düşür. Rayon arazisinın yarısı, əsasən dağlıq
ərazilər, meşələrlə örtülmüşdür. Zaqatala – beynəlmiləl rayondur. Burada
əsasən azərbaycanlılar, saxurlar, avarlar, ingiloylar ruslar və
başqaları yaşayır. Rayonun ərazisində çoxsaylı tarix və mədəniyyət
abidələri var. Mərkəzi Zaqatala şəhəridir. Şəhər dəniz səviyyəsindən 535
metr hündürlükdə Azərbaycan Respublikasının paytaxtı olan Bakı
şəhərindən 445 km aralıda, Tala çayının sahilində, Yevlax-Balakən
şossesi yolunun üzərində yerləşir.



Relyefi

Rayonun ərazisi dağlıq və düzənlik hissələrdən ibarətdir.



Təbiəti

Zaqatala ərazisinin təqribən yarısını meşələr tutur. Rayonun relyefi
dağlıq və düzənlikdir. Rayonda meşə çoxdur, lakin onlar əsasən dağlarda
və dağətəyi bölgədə yerləşir. Zaqatala rayonunun florası müxtəlif
qiymətli ağac növləri ilə zəngindir – şabalıd, qoz, fındıq, palıd,
vələs, qarağac və s. Fauna – maral, dağ keçisi, qaban, ayı, canavar,
dovşan, həmçinin çoxlu quş növləri ilə təmsil olunmuşdur – qırqovul,
kəklik, dağ şahini, çalağan, turac, dolaşa və bülbül.



1929-cu ildə burada, Baş Qafqaz dağlarının cənub yamaclarında "Zaqatala" Dövlət qoruğu yaradılmışdır.



İqlimi

Rütubətli subtropik iqlimə malikdir. Hava dağlarda soyuq, düzənliklərdə isti olur.



Əhali

İnzibati ərazi bölgüsü -1 şəhər, 2 qəsəbə, 59 kənd. Mərkəzi, Zaqatala
şəhəri – əhalisi 20600 nəfər. 1830-cu ildə Zaqatala qalası tikilmiş,
1840-cı ildən Zaqatalaya şəhər statusu verilmişdir. Ərazisi 1348 kv.
km.-dir. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi təxminə əsasən əhalisi
121.394[2] nəfərdir, əsasən azərbaycanlılardır. Rayonda
azərbaycanlılarla bərabər iyirmidən artıq millət və xalqın nümayəndələri
(ruslar, ukraynalılar, gürcülər, laklar, avarlar, saxurlar, udinlər,
ingiloylar, ləzgilər, tatarlar, yəhudilər, türklər, yunanlar, osetinlər
və digərləri) yaşayır. Zaqatala rayonu, RİHB, onun ərazi İcra
nümayəndələri və Bələdiyyələr tərəfindən idarə olunur. Rayonda 29 icra
nümayəndəliyi və 31 bələdiyyə fəaliyyət göstərir. Əhalinin ümumi sayı –
121 394 Kəndlərin sayı – 59 Qəsəbələrin sayı – 2 İri və orta
müəssisələrin sayı – 71 Məktəbəqədər uşaq müəssisələrinin sayı – 39
Ümumtəhsil məktəblərinin sayı – 67 Texniki, orta ixtisas və peşə
məktəblərinin sayı – 4 Ali təhsil müəssisələrinin sayı – 2 Xəstəxanalar
və tibb müəssisələrinin sayı – 10 Mədəniyyət ocaqlarının sayı – 143

Zaqatala rayonu əhalisinin milli tərkibiEtnik qrup1939[3] sa.1959[4]
sa.1970[5] sa.1979[6] sa.1999[7] sa.2009[8][9] sa.2012 r.t.[2]

Toplam45 85447 77669 27079 627107 240118 228121 394

azərbaycanlı21 71229 78542 03449 07163 81180 47681 474

avar9 9588 87815 24017 59225 83525 57826 402

saxur6 021**2 6035 6977 72813 11411 20312 788

türk............303303320

rus3 7542 2291 661*1 213*404233210

gürcü2791781 7852243 0755927

ləzgi1 6852 1371 0142 2183135071

ukraynalı268...**50...7

tatar......5956321115

erməni1 4591 2341 0388841......

kürd141179......50

yəhudi2923138.........

alman49..................

talış181............8

udin**...35.........

Digər169771962230331522



Qeyd : *- Ukrayın və Ruslar birlikdə /**- Saxurlar və digər Dağıstan
xalqları /sa.- siyahıya alma /r.t.- 2009-u il sa-nın nəticələri əsasında
rəsmi təxmin.



Görkəmli şəxsləri

Şeyx Əhməd Əfəndi — ictimai və din xadimi.

Balakişi bəy Ərəblinski — Çar Rusiyasının generalı.

Arslan bər Qardaşov — 28 may 1918-ci ildə Azəbaycanın müstəqilliyini elan edən Mülli Şura üzvlərindən biri.

Arif Hacılı — Müstəqillik Aktina imza atmış millət vəkili, Müsavat Partiyası Mərkəzi İcra aparatının sədri.



İqtisadi xarakteristikası

Rayonun iqtisadiyyatında kənd təsərrüfatı xüsusi rol oynayır.
Taxılçılıq (xüsusilə də dənlik qarğıdalı), tütünçülük, meyvəçilik
(qoz-ləpəli), tərəvəzçilik inkişaf etmişdir. Rayonda yeyinti məhsulları
kombinatı, fındıq təmizləmə, tütün fermentasiya, efir-yağlar zavodları,
tikiş və mebel fabrikləri vardır. Rayon geniş turizm imkanlarına
malikdir.



Mədəniyyət, təhsil və səhiyyə müəssisələri

Rayonda 48 orta, 14 əsas, 4 ibtidai məktəb, 1 humanitar fənlər
gimnaziyası, 39 məktəbəqədər uşaq tərbijə müəssisəsi, 6 məktəbdənkənar
müəssisə, BETM-nin Zagatala filiali, 2 ali məktəbin (müəllimlər
institutu və islam universiteti) filialı, 1 kollec, 1peşə-texniki
məktəbi, 81 kitabxana, 36 klub, 27 mədəniyyət evi, 1 xalq teatrı,
tarix-mədəniyyət qoruğu, tarix-diyarşünaslıq muzeyi, 1 musiqi məktəbi,
uşaq qənclər idman məktəbi, şahmat məktəbi, uşaq yaradıcılıq mərkəzi, 10
xəstəxana, 21 kənd həkim ambulatoriyası, 26 feldşer-mama məntəqəsi, 23
məscid, 1 mehmanxana, 4 motel fəaliyyət göstərir. İqtisadiyyatının
əsasını kənd təsərrüfatı təşkil edir. Rayonda mebel, tikinti, inşaat
materialları, yeyinti, yüngül sənayeni inkişaf etdirmək üçün böyük
potensial vardır.



Maddi-mədəni irsi

Zaqatala rayonunun ərazisində Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 saylı qərarına əsasən Dövlət
tərəfindən qorunan 100-ə yaxın abidə qeydə alınmışdır. Bunlardan ən
qədimi Pəriqala, Armatay qalası, Cingözqala, Şeytan qalası, Zaqatala
qalası və başqalarıdır. Rayonun kənd yerlərində VI-VIII əsrlərdən qalmış
10-dan çox Alban abidələri mövcuddur.



Rayonun Mamrux (Mamrux kilsəsi), Mazıx, Muxax, Qəbizdərə, Yuxarı Tala
(Yuxarı Tala məbədi) və Yuxarı Çardaxlar kəndlərində VI-VIII əsrlərdən
qalmış çoxlu Alban abidələri, qalaları vardır ki, maliyyə çətinlikləri
üzündən onların yenidən bərpası mümkün olmasa da qismən də olsa
qorunması sahəsində müəyyən işlər görülür. Yerlərdə mövcud olan
məscidlərin isə hamısında yenidənqurma, bərpa işləri aparılmış, tarixi
abidə kimi onların qorunması təmin edilir.



Rayonun tarixi abidələrinin çoxu ən qədim vaxtlarda indiyə qədər
salamat qalmış kəndlərdə yerləşir. Gözparaq və Halal kəndlərində XVIII
əsrə aid məscidlər, Keloba kəndində əsrə aid iki qüllə, Mazıx kəndində
XII əsrə aid qüllə, Yuxarı Çardaxlar kəndində V əsrə aid Pəriqala, Car
kəndində XIV əsrə aid Çingizqala və rayon Tarix-diyarşünaslıq muzeyi,
Paşan kəndində Alban qülləsi (XIII əsr) və Axaxdərə kəndindəki Alban
qülləsi (XII əsr), rayonun müxtəlif kəndlərində, o cümlədən Əliabad və
Mosul kəndlərində XIX əsrdə tikilmiş məscidlər salamat qalmışdır.



Idman

Rayonda 1 Olimpiya Idman Kompleksi, 3 stadion, 1 üzgüçülük hovuzu, 1
şahmat klubu, 71 sadə, 18 kompleks idman qurğuları, 3 aerobika-trenajor
zali idmanın inkişafına xidmət göstərir. Rayon idmançıları Respublika,
Avropa və Dünya çempionatlarında yüksək nəticələr qazanaraq Azərbaycan
idmanının inkişafına öz layiqli töhfələrini verirlər



Bələdiyyələr haqda məlumat

Zaqatala rayonunda 31 bələdiyyə fəaliyyət göstərir. Zaqatala
bələdiyyəsi Zaqatala şəhərini əhatə edir. Rayonda elə bələdiyyələr
vardır ki, onların tərkibində bir neçə kənd yaşayış məntəqələri vardır.
Ümumiyyətlə mövcud olan 31 bəldiyyənin tərkibində 1 şəhər, 1 şəhər tipli
qəsəbə və 59 kənd yaşayış məntəqələri vardır. 01 yanvar 2004-cü il
tarixə rayonda 110830 nəfər əhali yaşayır ki, onun da 83297 nəfəri kənd
yerlərində məskunlaşmışdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!