Azərbaycan Respublikasının rəsmi dövlət himni

Azərbaycan Respublikasının rəsmi dövlət himni
Maraqlı məlumatlar
10.09.2017 5
Tarixi

1920-ci il yanvarın 30-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər
Şurası Cümhuriyyətin milli himninin hazırlanması haqqında qərar qəbul
etdi və bu məqsədlə Xalq Maarif Nazirliyi tərəfindən müsabiqə elan
edildi. Xalq Maarif Nazirliyi dövlət himninin layihəsinin şərtlərini
"Azərbaycan" qəzetində dəfələrlə elan edərək bildirmişdi ki, təqdim
ediləcək ən yaxşı dövlət himni layihəsinə görə 50 min manat mükafat
təyin edilir. Müsabiqə iştirakçıları layihələrini həmin ilin may ayının
1-dək Xalq Maarif Nazirliyinin dəftərxanasına təqdim etməli idilər.
Müsabiqənin nəticələri mayın 28-dək Azərbaycan Xalq Cumhuriyyətinin
ikinci ildönümünə qədər elan edilməli idi.Lakin 1920-ci il aprelin 28-də Azərbaycanın
Sovet Rusiyası qoşunları tərəfindən işğalı və Xalq Cümhuriyyətinin
süqutu Azərbaycanın milli himninin qəbul olunmasına imkan vermədi.

1992-ci il mayın 27-də parlament "Azərbaycan Respublikasının Dövlət himni haqqında" Qanun qəbul etdi. Qanuna əsasən,1919-cu ildə bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş "Azərbaycan marşı" Azərbaycan Respublikasının Dövlət himni kimi təsdiq edildi.

Haqqında qanun

Azərbaycan Respublikasının Dövlət himni haqqında 1992-ci il mayın 27-də parlament "Azərbaycan Respublikasının Dövlət himni haqqında" Qanun qəbul etdi. Qanuna əsasən, 1919-cu ildə bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş "Azərbaycan marşı" Azərbaycanın Dövlət himni kimi təsdiq edildi.

Azərbaycan Respublikası Milli Məclisinin 1993-cü il 2 mart tarixli qərarı ilə Azərbaycan Respublikası Dövlət himni haqqında əsasnamə təsdiq edilmişdir

Musiqisi

Cümhuriyyət illərində Üzeyir Hacıbəyov iki marş yazmışdır. Onların hər ikisi 1966-cı ildə türk musiqişünası Etem ÜngörükünAnkarada nəşr etdirdiyi "Türk marşları" kitabında çap olunmuşdur.

 

Mətni

Azərbaycan Respublikasının Dövlət himninin mətninin görkəmli Azərbaycan şairi Əhməd Cavada məxsus olduğu qeyd edilir. Lakin son zamanlar Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun alimləri himnin mətninin müəllifliyi barədə apardıqları tədqiqatlar nəticəsində məlum olmuşdur ki, 1919-cu ildə Bakıda nəşr
olunmuş "Milli nəğmələr" məcmuəsində himnin sözləri "Cəmo bəy" imzası
ilə çap olunmuşdur. Bu imza isə ADR dövründə həm parlament, həm də
hökümət üzvü kimi fəaliyyət göstərmiş publisist və şair Cəmo bəy Hacınskiyə məxsusdur

 

Azərbaycan! Azərbaycan!

Ey qəhrəman övladın şanlı Vətəni!

Səndən ötrü can verməyə cümlə hazırız!

Səndən ötrü qan tökməyə cümlə qadiriz!

Üçrəngli bayrağınla məsud yaşa!

Üçrəngli bayrağınla məsud yaşa!



Minlərlə can qurban oldu,

Sinən hərbə meydan oldu!

Hüququndan keçən əsgər,

Hərə bir qəhrəman oldu!



Sən olasan gülüstan,

Sənə hər an can qurban!

Sənə min bir məhəbbət

Sinəmdə tutmuş məkan!



Namusunu hifz etməyə,

Bayrağını yüksəltməyə

Namusunu hifz etməyə,

Cümlə gənclər müştaqdır!

Şanlı Vətən! Şanlı Vətən!

Azərbaycan! Azərbaycan!

Azərbaycan! Azərbaycan!скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!