Əbülfəz Elçibəy

Əbülfəz Elçibəy
Maraqlı məlumatlar
10.09.2017 34
Ebülfez Elçibey 1938-ci il İyun ayının 24-de Azerbaycanın Ordubad Bölgesinin Keleki
kendinde, Xelil yurdunda dünyaya geldi.
Yoxsulluk içinde Unus kend yeddiillik mektebini oxuduqtan sonra Ordubad 1 N-li mektebinde
tehsiline devam etdi. 1957-ci ilde indiki M.Emin Resulzade adına Bakı Dövlet Universitetinin
Şerqşünaslıq fakultesine daxil oldu.
Telebelik illerinde siyasetle maraqlanmağa başladı. Öz davranışları ile «Millet» leqebini
qazandı... Çünki dostları ile her söhbetinde - Milletin felaket içerisinde olduğundan behs eder,
Azerbaycanı bu müstemleke veziyyetinden çıxarmağın yollarını düşünerdi. İlk siyasi fealiyyete
beş kişi ile başladı.
1962-de Universiteti bitirdi.
1963-ün Yanvar (Ocak) ayından etibaren, Misirde tercümeçi kimi işe başladı. 1963-64 illerde
Misirde işledi. Geri qayıdanda da siyasi fealiyyetini davam etdirdi. Bu arada elmi
fealiyyetlerine de davam ederek 1969 ilinde «IX Esr Tuluniler Dövleti» adlı elmi işini müdafie
etdi.
1971-74-de Elçibeyin telebeler arasında apardığı tebliğat öz neticesini vermiş, telebe
herekatının izleri görünmeye başlamışdı.
KGB de öz işini görürdü. Defelerle Elçibeye xeberdarlıq etmişdiler. Amma Elçibey öz işindeydi.
15-17 Yanvar 1975-de KGB terefinden hebs olundu. 1976-nın İyul ayına qeder hebsde qaldı.
1976-nın Dekabr ayında Azerbaycan Elmler Akademiyasının Elyazmalar İnstitutunda işe
başladı.
Mübarizesine bağlılığı gec evlenmesine sebeb oldu. İndi Çilenay adlı qızı, Erturqut adlı oğlu
var...
1988-e qeder siyasi fealiyyetlerini gizli olaraq devam etdirdi. 1988-de Qarabağda
Ermenistanın özbaşına hereketlerinden qezeblenen xalq ayağa qalxanda, açıq siyasi
fealiyyetini güclendirerek 1989-uncu ilin 16 İyulunda Azerbaycan Xalq Cebhesinin tesis
konferansını keçirerek AXC-ye Sedr seçildi. Az müddet içinde dünyada AXC-nin güclü siyasiictimai
teşkilat olduğuna inam yaratdı. Dünyanın diqqetini Azerbaycana yöneltmeyi bacardı.
Herekatın bu suretle gedişinden qorxuya düşen Moskova 19-20 Yanvar 1990-da Bakıya ordu
yeriderek öz haqqını teleb eden yüzlerce vetendaşımızı acımasızca qetl etdi. Amma herekat
durmadı...
7 İyun 1992-ci il Azerbaycan tarixinde fövqalade elametdar bir gündür. O gün bütün
dünyanın gözü Azerbaycandadır. İlk defe olaraq Azerbaycanda demokratik seçkiler keçirilecek
ve xalq öz iradesi ile gerçek prezidentinin kimliyini müeyyenleştirecek... Xarici müşahideçiler
ayrı-ayrı bölgelerde yerleşerek seçkilerin hansı şeraitde keçirilmesine, ne geder demokratik
olub-olmadığına şahidlik edecekler...
Prezidentliye bir neçe namized var... Bunların arasında Azerbaycan Xalq Cebhesinin Sedri
Ebülfez Elçibey bütün diqqeti üzerine çekmişdir. Onun seçkileri qazanacağına inam böyükdür.
Ayın 8-dir. Artıq dünya metbuatı Azerbaycanda keçirilen seçkilerin tam demokratik şekilde
keçmesinden yazırlar. Seçki neticesini ne olursa olsun tanıyacaqlarını evvelceden açıqlayırlar.
Çünki onların müşahideçileri hadisenin şahididirler. Her şey göz qabağındadır. Xalq tam
müsteqil şekilde öz iradesini ifade edir.. Sebrsizlikle gözlenen saat gelib çatır. Seçki
Komisiyası Seçkiden Ebülfez Elçibeyin qalib çıxdığını elan edir.
Azerbaycanda bir bayram havası var. Xalq öz isteyine nail olmuşdur. İlk defe seçki yoluyla
xalq, heyatını müsteqillik uğrunda mübarizeye hesr etmiş bir lideri başa getirmeyi bacarmışdır
ve bunun sevinci içerisindedir.
Beli, Ebülfez Elçibey Azerbaycanın prezidenti seçilmişdir. Dünya metbuatının gündelik
mövzusu da budur. Qazetlerin baş meqalesinde böyük başlıqlarla aynen bu sözleri
yazmaqdadırlar: «Dünya Demokratik Ölkeleri sırasına bir ölke daha gelmekdedir -
Azerbaycan».
Ebülfez Elçibey Azerbaycan Prezidenti kimi resmi işe başladığı gün Azerbaycanın veziyyeti
neceydi? Evvel buna diqqet etmenin sonrakı hadiselere işıq tutma baxımından faydası var...
O gün Azerbaycanın Laçın, Şuşa, Xocalı bölgeleri Ermeni işğalındaydı. Hele müxalifetde iken
Elçibeyin hökümete Ordu qurmanın vacibliyini defelerle izah etmesine reğmen Moskva
tabeliyinden qurtulmayan, milli şüurdan yoxsun iqtidar bir türlü ordu quruculuğu yolunda
addım atmırdı. Xocalı faciesinden sonra ordu qurmanın zeruret olduğunu anlayan hökümet
gecikmişdi. Elçibey işe başlayanda Milli Ordu adına Azerbaycanın 150 esgeri vardı. Ne yaxşı
ki, o günlerde Azerbaycan Xalq Cebhesinin fedaileri könüllü olaraq serhedlerimizi
qoruyurdular. Fedailerimiz qışın soyuğunda min bir eziyyet ile qaçaq yolla silah tapır ve
serhedlerdeki könüllülerimize gönderirdiler. Elçibey iqtidara gelene kimi, bu tür fealiyetlerle
serhedlerimizi qorumağa çalışırdılar. Qehramanca mübarize aparan könüllülerimizin adına
böhtanlar da deyenler oldu... Amma tarix onların qiymetini verecekdir.
Bes Elçibey iqtidara gelende iqtisadi veziyyet neceydi?
Belke de inanmayacaqsınız... Çünki inanılması gerçekden de çetindir. Hemin zaman
Azerbaycan büdcesinde 12 milyon rubl vardı. Burada düşünmeye deyer. Azerbaycanı bu
şekilde idare etmeye başlayan Elçibey hele seçkilerden iki ay evvel çıxışında seçilen Prezident
kim olursa olsun, onun bir il sonra hakimiyyetden gedeceyini demişdi. Çünki Azerbaycanın
içinde olduğu veziyyeti görür, tarixi gözel bildiyi üçün bunun neticesinin ne olacağını evvelden
deye bilirdi.
Siyasi sahede de könül açan heç bir teref yox idi. Elçibey mehz dövlet qurmaq üçün başa
gelmişdi. Rusiyanın müstemlekesi olaraq 200 il ayaq altında ezilen bir memleketde hem bizim
dövletçilik enenemiz tamamen yox olmuşdu, hem de milli dövlet adına heçbir şey
qalmamışdı.
Elçibey önderliyindeki Xalq herekatı neticesinde rusun tapdağından qurtarılan bir erazide
Dövlet qurmaq gerek idi. Bu işe Elçibey başladı ve bir illik fealiyyeti dövründe neler elde
edildi, indi bunlara diqqet yetirek.
En başda qeyde alınması ve unudulmaması gereken müveffeqiyyet: Rus ordusunun tamamen
Azerbaycan erazisinden çıxarılmasıdır. Bu sebeble 1993 ilinin May ayının 26-sı Bayram kimi
her il qeyd olunması gereken bir gündür. Bu günde: 200 illik bir dövrde Azerbaycanda
meydan sulamış rus ordusu Ebülfez Elçibey hakimiyeti zamanı Azerbaycandan çıxarıldı. Bu
gün Dünyanın sayılan dövletlerinden biri olan Almaniya, rus ordusunu erazisinden çıxara
bilmemişdir. Rusya Almaniya qarşısına bele bir şert qoymuşdur ki, Almaniyadan çıxacaq olan
rus ordusunun temin edilmesi üçün 3 milyard Mark pul versin. O pulla Almaniyadan çıxanlar
üçün ev tikilsin. O evler tikildikden sonra qoşun Almaniyadan çıxarılacaq.
Arxasında Avropa kimi bir dayağı olan Baltikyanı ölkeleri de rus ordusunu öz erazilerinden
çıxara bilmemişler. Bu menada Azerbaycan tek ölkedir ki, rus ordusunu erazisinden çıxartdı.
Bunun üçün biz millet olaraq sevinmeli, fexr etmeli, qürur duymalıyıq...
Bundan sonra en mühüm mesele:
Elçibeyin bir illik fealiyyeti dövründe Azerbaycanın Ağdere bölgesi, Goranboy erazisi,
Gedebeyi nezaret altında saxlayan 10.000'den çox ehalisi olan Başkend qesebesi, Laçının 33
kendi, Cebrayılın on'dan çox kendi ermenilerden tamamen temizlendi. Hem de minimum
sayda şehid vererek... Elçibeyin fealiyyeti dövründe ermenilerin ala bildikleri tek yer Kelbecer
oldu. Oranın da nece bir xeyanetle elden çıxdığı bu gün artıq aydın olmuşdur. Rusun planını
heyata keçiren Suret Hüseynov Kelbeceri teslim etmekle, eyni zamanda Elçibey iqtidarının
Gence şeherini de satdığı barede şayiye yaymaqla sonrakı alçaq niyyetlerini heyata keçirmek
üçün, vetendaş müharibesi yaradacaqdı.
Yene de alınanlarla verilen torpaqları qarşılaşdırdığımızda Elçibeyin iqtidarı dövründe daha
çox yerin ermeniden geri alındığı heqiqetine gelirik.
Ordu quruculuğu yolunda da mühüm addımlar atılmış, Türkiyeden getirilen zabitler
esgerlerimizi yetişdirmeye başlamış, döyüşçülerimizde ruh yüksekliyi yaranmış, qelebeye
inam artmışdı. En mühüm meselelerden biri de döyüşün Ermenistan erazisine keçirilmesi idi.
Bunu açıq söylemek eleyhimize olar deye xalqa söylenmirdi. Amma bu gerçekdir ki,
Ermenistanın Krasnoselo bölgesi rayonu esgerlerimiz terefinden darmadağın edilmiş,
ermeniler arasında güclü çaxnaşma yaranmışdı. Hetta rus qezetleri bele Azerbaycanın Türkiye
tipli ordu yaratması haqqında xeberleri heyecanla yazırdılar.
Evveller Rehim Qaziyevin gösterişi ile 1-2 ay telimden sonra döyüşe gönderilen esgerlerin
tecrübesizlikden meğlubiyyete uğradığını gören Elçibey, qeti gösteriş vermişdi ki, tam
hazırlanmadan esger döyüşe girmesin. Hetta bazi yerleri ermeniler işğal etse bele, esgerin
yarımçıq telimle döyüşe girmesini qadağan etmişdir. Bu addım tecrübeli Türkiye zabitleri
terefinden beyenilmiş ve müharibeni qazanmanın tek yolunun güclü telim keçmiş ordu ile
mümkünlüyünü tesdiq etmişdiler.
Prezident qvardiyasındakı esgerlerimizin disiplini, onların cesurluğu da bir başqa qürur
menbeyi idi. Tahir beyin (qebri nurla dolsun) başçılığında 150 qvardiyaçı esger Füzuliye
hücumun qarşısını merdlikle almış, ermenilere lazimi dersi vermişdiler.
Azerbaycanı 12 milyon rublla yönetmeye başlayan Elçibey bir ilde Lel-cevahirat fonduna 4 ton
qızıl ve 150 milyon dollar toplatmaqla dövriyeye buraxdırdığı milli manatımızın deyer
itirmesinin qarşısını almış ve milli manatımız rus rublu qarşısında on defe güçlü alıcılıq
qabiliyyeti qazanmışdı. Bu 4 ton qızıl ve 150 milyon dollar resmi olaraq açıqlanan mebleğdir.
Her dövletin gizli tutduğu mebleğ de var ki, bu da en az resmi açıqlananın yarısı qeder olur.
Maaşlar gecikdirilmeden verilir, döyüşün sursatı zamanında alınırdı. İqtisadiyyatımızın temelini
teşkil eden ve 93 faizi Rusiyaya tabe olan müesseselerimizin hamısı Azerbaycan tabeliyine
keçirildi ve Rusiyanın müessiselerimizin üzerine qoyduğu borclar redd edildi. Hesablamalarla
Rusiyanın Azerbaycana borclu olduğu tesbit edildi ve bu, Rusiyaya bildirildikden sonra borc
istemekden el çekdiler.
Tehsil sisteminde aparılan deyişiklik neticesinde illerle universitetlerin qapısından pulsuz
olduqları üçün geri qayıdan minlerle genc telebe oldular, ve hetta xarici ölkelerde tehsil alma
hüququ qazandılar. Bu gün üçün çox ehemiyyetli sayılmayan bu hadise öz neticesini 5-10 il
sonra verecekdir. Xaricde dövletin, dövletçilik enenesinin, bağımsızlığın ne olduğunu
öyrenerek vetene dönen telebelerimiz az zaman içerisinde Azerbaycanı çox ireliye
aparacaqlarından emin ola bilirsiniz. Bu gün Yaponiyanın güclü dövlet halına gelmesinin esas
sebebkarları xaricde tehsil alıb vetenine dönen vetenperverlerdir. Bir de onlarda olan milli
şüurun varlığı, milli dövletçilik şüurunun varlığı, öz dövletlerini qurmaq ve ireli aparmaq üçün
iş saatlarından artıq 2 saat işleyerek dövlet quruculuğuna yardım etmeyi özlerine borc
bilmişlerdir. Öz keçmiş adet-enenelerini deyişdirmeden bu günecen qoruyub saxlamağı
bacarmışlar.
Dini etiqad haqqında qanun gebul olundu. Rus imperiyasının casus ocağına çevirdiyi
mescidlerimiz gerçek sahiblerine qovuşdular ve ibadete gelenler könül rahatlığı ile ibadet
etmeye başladılar. Yeni mescidlerin inşaasına başlandı. Eyni zamanda, dini mektebler açıldı.
Milli ve dini bayramlarımız üzerindeki qadağanlar götürüldü, bayramlarımız geniş şekilde qeyd
olunmağa başlandı.
Serhed goşunlarımız yaradıldı ve Azerbaycan serhedlerine öz esgerlerimiz nezaret etmeye
başladılar. Rus esgerlerinin serhedlerimizi qorumasını bir kobud benzetme ile qabarıq şekilde
(üzr isteyerek) ifade eylemek lazımsa,: serhedlerimizin rus ordusu terefinden qorunması,
namusumuzun ruslara emanet edilmesinden ferqli bir şey deyildir.
Ermeniler 70 ilde tebliğat apararaq dünya ictimaiyetini eleyhimize yöneltmeye nail
olmuşdular. Elçibeyin bir illik başarılı xarici siyaseti sayesinde ermenilerin apardığı yetmiş illik
tebliğat onların eleyhine yöneldi. Dünya ictimaiyyeti Azerbaycanın demokratik bir ölke
olduğunu ve Elçibeyin de Marqaret Tetçerin dediyi kimi, «Dünyanın en böyük demokratı»
olduğunu gördükden sonra Azerbaycana münasibetleri tam deyişdi ve Ermenistan işğalçı bir
ölke kimi tanındı. Nüfuzlu beynelxalq teşkilatlarda Azerbaycanın sözü eşidilmeye başlandı.
ATEM-in iclasında Elçibeyin doğma dilimizde çıxışından sonra tarixde ilk defe olaraq dilimiz de
ATEM-in işlek dillerinden birine çevrildi. Xarici ölkelerde sefirliklerimiz ve konsulluqlarımız
açıldı. Eyni zamanda, Azerbaycanda on bir ölkenin sefirliyi açıldı ki, bunların arasında
dünyanın sayılan ölkesi Amerikanın da sefirliyi vardı. Bu da Azerbaycan üçün böyük
ehemiyyet kesb edirdi. Türkiyə, Rusiya, Ukrayna, Amerika, Qazaxıstan, Türkmenistan, İran,
Belarusiya, Litva ile beraber hüquqlu ve herterefli müqavileler imzalandı.
1929 - 1940 illerinde işledilen elifbamıza, yeni latın elifbasına qayıdıldı.
Millet öz kimliyini derk etmeye başladı ki, bunun ilk addımı dilinin adının özüne qaytarılması
oldu.
Herbi doktrina qebul olundu ve oktyabrda herbi keçid teşkil edildi.
Milli azlıqların hüquqlarının qorunması ve sosial-medeni inkişafı üçün imkanlar yaradan
ferman verildi.
Mehkeme islahatları başlandı, hebsxanalarda ekseriyyeti «iqtisadi cinayetlere» göre yatan on
bir min mehbusun yeddi mini azadlığa buraxıldı.
Azad sahibkarlığın inkişafı üçün geniş imkanlar yaradıldı ve bu istiqametde ferman verildi.
Bazar iqtisadiyyatına keçidi temin eden dövlet orqanları, Torpaq Komitesi, Emlak Komitesi
yaradıldı.
Neft hasilatı ve neft kemerinin çekilişi üzre işe dünyanın qabaqcıl ve böyük şirketleri celb
olundu. Burda belke rusperestlerde bele bir sual doğa biler ki, eger neft senayesine xarici
celb edirikse, Rusiyanı niye kenara itirik? Ona göre ki, bu gün Rusiyanın 40 min neft quyusu
işlemir. Bu da texnolojinin çatışmamazlığı üzündendir. Bir de keçmiş SSRİ-de neft senayesi
üzre texnoloji Bakıda hazırlanırdı. Bu sahede Rusiya geri qalmış bir ölkedir ve istismarçı
siyaset yeridir. Bu sebeblerden dolayı neft senayesinde Rusiyanın geri itilmesi doğru atılmış
bir addımdır. Naxçıvanı blokadadan çıxarmaq üçün tecili olaraq Türkiyeye körpü salındı ve
Naxçıvanı Azerbaycanın qalan hissesi ile birleşdiren yol açıldı.
Güney Azerbaycanı Quzey Azerbaycan ile birleşdiren tarixi Xudaferin körpüsü berpa edildi,
avtomobil yolu açıldı...
Tebii ki, bütün bunları xatırladıqdan sonra insanın beyninde bele bir sual doğur: bes bu qeder
iş göreni nece oldu ki, devirdiler?
İndi de bunun sebeblerini açıqlaya bildiyimiz qeder izaha çalışacağıq.
En mühüm sebeb olaraq Azerbaycanda dövletçilik enenesinin olmamasını göstermek qabildir.
Bizim üçün acı da olsa etiraf etmeliyik ki, musiqimiz, edebiyyatımız ne qeder zengindirse,
siyasi şüurumuz ve dövletçilik enenemiz o qeder zeifdir. Buna çox sade bir misal vermek
istersek: Bu gün Azerbaycanda alverçiden malın qiymetini soruşanda min manat evezine
«Qiymeti bir Memmed Emindir» deye cevab verir. Bu artıq xalq arasında normal hala
çevrilmişdir. Ve ya bir başqa misal: «Eşşi, rehmetlik Leninin başı çox qiymetliydi. Bir qırmızı
onluq verib istediyini alırdın. Bu Memmed Emin hardan çıxdı bilmirem. Heç bir deyeri yoxdur»
deyenlerin sayısı teessüf ki, çoxdur. Bu, milletin siyasi şüurunun hele tam yetişmemesinin
açıq ifadesidir. Daha doğrusu, biz hele millet kimi siyasi cehetden formalaşmamışıq. Milli
deyerlerimize sahib olmadığımız müddetce faciemiz davam edecekdir.
İkinci amil dövlet quruculuğunun asan iş olmadığını xalqın derk etmemesidir. Xalq her şeyin
bir anda düzeldilmesini istedi. Çünki imperiya terbiyesi xalqı qarnı üçün düşünmeye
alışdırmışdır. Dövlet quruculuğunun çetinliyini yene bir misalla canlandırmaq yerinde olar:
Dünyada altı yüz il bir sözü iki olmayan Böyük Osmanlı Döletinin varisi olan Türkiye
Cumhuriyeti, bir dövlet kimi ayağa durana qeder 50 il keçdi. Amma millet bu zaman erzinde
sebr etdi ve «sebrin sonu selametdir» kelamı öz doğruluğunu isbat etdi.
Azerbaycanda Elçibeyin dövlet quruculuğu yolunda atdığı uğurlu addımları xalq derk etmedi.
Burada çetinliklerin ehemiyyetini yaxşı izah eylemeyen tebliğçilerin de günahı vardır. Elçibeyin
fealiyyetini, qurmağa çalışdığı dövletin ehemiyyetini düşmanlar, öz xalqımızdan evvel derk
eylediler. Bunların başında da Rus ve Fars gelirdi. Azerbaycanın öz istiqlalını
qoruyamayacağını düşünen Rusiya ve İran, bunun bele olmadığını görünce , her ne yol ile
olursa olsun, Azerbaycan Dövlet quruculuğu fealiyetini durdurmaq üçün işbirliyine getdiler.
Bunun en rahat yolu elbet ki, içerideki satqınların istifade edilmesi, qardaş müharibesi
yaratmaq ve hazırda gözleyen ermenileri güclendirerek, Azerbaycanın üzerine salmaq idi.
Daxili çatışmalarla, siyasi çekişmelerle gücsüzlendirilen, ermeni işğalıyla zeif düşürülen
Azerbaycanı udmaq, öz istedikleri kimi idare etmek asan idi. Rusun, Farsın ve Ermeninin
önündeki en böyük engel Elçibey idi.
Elçibeyin hakimiyyetde qalması demek, Azerbaycanın günbegün güclenmesi, Milli Ordusunu,
milli iqtisadiyyatını böyütmesi, tam müsteqillik yolunda önüne keçilmez addımlar atması
demekdi. Güclü Azerbaycan Rusun ve Farsın menafeyine zerer verecekdi. Rusiya
Azerbaycanın milliyetçi liderinin diger dövletlere misal olmasından ve belelikle
somürgelerinden vazkeçmek mecburiyyetinde qalacağından gorxurdu. İran içinde yaşayan
35.000.000 Türkün Quzey Azerbaycandan menevi güc alaraq birleşme arzusu duyacağında
endişe edirdi. Çünkü Azerbaycanda da bağımsızlıq umudu olmaya başlamışdı. Bu qorxu ve
endişelerden, KGB ve SAVAMA köklü işbirliyine getdiler. Ermeniye yardım edildi. İran daxilde
aradığı satqını tapdı. Bu Nizami Süleymanov idi. Prezident seçkilerinde olan bu adam İrandan
kömek görmüş ve İrandan vedler almışdı. N.Süleymanov Elçibeye qarşı mübarize aparan
böhtanlarla iqtidarı zeifletmeye çalışanların başında yer aldı.
Rusiyanın daxildeki casusları da Rehim Qaziyev, Suret Hüseynov kimi adamlardı. Ayaz
Mütellibov yedekde saxlanılırdı. Keçmiş KGB generali H.Aliyev, Azerbaycana Rus dönüşünün
zeminini berpa etmek ile vezifeli idi.
Evvel Kelbecer ermenilere teslim edildi. Sonra Kelbeceri ermeniye teslim eden Suret
Hüseynov, Gencede iqtidar eleyhine tebliğata ve emeli işlere başladı. Qaziyev xeyanet işini
ustalıqla gördü. Aliyev fürsetden istifade ile prezidentliyi qesb etmek ve Elçibey hakimiyyetine
son vermek vezifesine, bitirdiyi mekteblerin özüne öyretdiyi ince siyaset anlayışı ile başladı.
Bu insanlar üçün ehemiyyetli olan Azerbaycan deyil, öz şexslerine temin edecekleri menafe
ve özlerini yola salanların emellerine üstün xidmet görmekdi. Qardaş müharibesi, qırğın,
yurdun elden getmesi bunlar üçün bir mena ifade etmirdi. H.Aliyev ince siyaset apararaq,
Türkiyedeki bezi dövlet adamlarını da özünün başarılı olacağına inandırmış idi.
Eslinde Rusiyanın planı A.Mütellibovu Prezidentliye, Rehim Qaziyevi Baş nazirliye, Suret
Hüseynovu Müdafiye nazirliyine getirmekdi. Bu Azerbaycanı yeniden Rus imperiyası altına
almaq üçün yaxşı hazırlanmış bir plan idi. Ancaq Elçibey Azerbaycanı felakete sürükleyecek
bu planı önceden hiss eyledi, vezifede qalmasının qardaş qırğınına, daxili savaşa yol açacağını
gördü ve kenara çıxmağı uyğun görerek Naxçıvana (Keleki) getdi.
Elçibeyin hakimiyyetden İyun ayında uzaqlaşdırılması tesadüf deyildi. Eger Elçibey qalsaydı,
dövletçilik yolunda ehemiyyetli addımlar atılacaqdı. İyun ayının iyirmi birinde Birleşmiş
Milletler Teşkilatının qebul etdiyi qerar ile Ermeniler Kelbecerden, Laçından, Şuşadan
çekilecek, belelikle Qarabağ meselesi önemli ölçüde çözülmüş olacaqdı.
İyun ayının 31-inde dünya neft şirketleri ilə müqavile imzalandıqdan sonra Dünya Bankı
Azerbaycana demokratikleşme yolunda yardım üçün 500 milyon dollar verecekdi. Bu pul ile
Azerbaycan iqtisadiyyatında sabitlik yaradılacaq, belelikle tam müsleqilliye doğru inamla
irelileyecekdi. Bütün bunların qarşısını almaq üçün üsyan hereketleri İyun ayında başladıldı.
Elçibey Naxçıvana getmezden evvel, Rus-İran ittifaqının hazırladığı planı pozmaq ve qardaş
qırğınına yol vermemek üçün perdenin gerisinde duran ancaq bütün olub bitenleri ustalıqla
özü üçün istifade eden H.Aliyevi Bakıya devet etdi. Ona Parlamentin Sedri vezifesini verdi.
Elçibey H.Aliyevi Bakıya devet ederken, Azerbaycanın müsteqilliyini, doğrudan Rusiyanın emr
ve telimalarıyla hereket eden Ayaz Mütellibov, Suret Hüseynov, Rehim Qaziyev kimi
şexslerden qurtarmaq ve bu şexs ile Azerbaycanı daha böyük tehlikeden yayındırmaq
isteyirdi.
Heyder Aliyev evvelden Moskvada güclü bir zerbe yemişdi. Rusa elli il xidmet etdikden sonra
kenara atılmış, tamamile unudulmuşdu. Azerbaycanda bu şexsi ümid kimi görenlerin sayısı az
deyildi. Bunlar, H.Aliyevin Bakıya getirilib vezife verilmesinin Azerbaycanın xeyrine olacağını
tedliğ edirdiler. Bu iddiayaya bir qism Türk dövlet adamı da iştirak edirdi. Bir ağsaqqal kimi
gösterilen Aliyevin yetmiş yaşından sonra islah olduğuna inam vardı. Siyasi iqtidar herisliyinin
olmayacağı söylenirdi.
Elçibey H.Aliyevi devet ederken, onun dövletine xeyir getirmeyeceyini bilirdi. Ancaq daha çox
satqınlardan Azerbaycanı qorumaq üçün daha az zerer verebilecek birinin
vezifelendirilmesinin, keçici bir dönem üçün uyğun olacağını düşündü ve bu şexsi devet
eyledi. Ancaq H.Aliyev, Elçibeyin Bakıdan getmesini fürset bilerek, üsyançılarla birleşdi ve ilk
iş olaraq özünü Prezident seçdirdi. Suret Hüseynovu da baş nazırlıye getirdi.
Elçibey Bakını terk etdikden sonra Azerbaycanda neler oldu? Bir az da Aliyev dövrüne baxaq:
Ağdam, Füzuli, Cebrayıl, Qubadlı, Zengilan, Ağdere bölgeleri ermeniler terefinden işğal edildi.
Tam müsteqillik yolunda verilen şehidlerin qanı üzerinden basılaraq, bağımsızlıqdan geri
addım atıldı ve Azerbaycan yeni rus sömürgeciliyinin ad deyişdirmiş halı olan MDB-ye girdi.
Rusiyanın Qarabağ hadiselerindeki aktiv fealiyyeti, iki yüz ilden bu yana süren sömürge
siyaseti unutduruldu. MDB-ye giren Azerbaycan demokratik ölkelerin desteyini itirdi. Her şey
daha pisleşdi. Ermeni daha böyük cesaret aldı, daha çox yardım görmeye başladı.
Elçibey zemanında toplanan dövlet fondundakı valyuta, qızıllar semeresiz olaraq xerclendi.
Manat deyerini, alım gücünü itirdi. Maaş ve ödemeler verilmez oldu. İnflasiya 1200%-i buldu.
Aliyevi ümid olaraq gören bir qism xalq, onun her şeyi daha da pisleşdirdiyini gördü. İndi de
«Emin-amanlıq zamanı» tebliği ile Rusun doğrudan hakimiyyeti gözlenir oldu.
Ebülfez Elçibeyin zamanında müharibenin teref müqabili Ermenistan idi. Aliyev ve komandası
en böyük sehve yol vererek Qarabağ ermenilerini teref qebul etdiler. Dünyanın gözü önünde
Afiyeddin Celilovun başçılıg etdiyi heyet Finlandiyada Qarabağ ermenileri ile danışıqlara
girmekle, Qarabağ ermeni torpağı olaraq görülmüş ve Qarabağ ermenileri teref olaraq gebul
edilmiş oldu. Ermenistan bu fürsetden istifade eyledi, özünü kenara çekdi ve tebliğini,
Qarabağ ermenilerinin azadlığı yolunda mübarize aparıldığı istiqametine çevirdi. Bu sehv
Bişkekde tekrar edildi.
1988-den 1993-ün İyun ayına qeder, esgerler ve qaçqınlar daxil toplam 13.500 şehid verildiyi
halda 1993-ün İyun ayından bu yana 10.000-den çox şehid verilmiş, evezinde ise heç bir
bölge geri alınmamışdır.
Elçibeye irad tutulan meselelerden biri ve en önemlisi kadr meselesidir. Elçibeyin kadrları ile
bugünkü kadrları qarşılaşdırsaq, Elçibeyin kadrosunun ne qeder deyerli olduğu açıq-aşkar
görünür.
Elçibeyin dövründe rüşvetxorluqdan şikayet olunurdu. Ancaq rüşvet alanların sayısı azdı ve
bunlar derhal dövlet idaresinden uzaqlaşdırılırdı. İndi ise rüşvet almayanı bulmaq boşuna vaxt
itirmek olar.
Elçibey Azerbaycanın her yerinden getirdiyi qiymetli kadrlar ile iqtidar ederken, indi yerliçilik,
qohumçuluq esasına dayanan bir iqtidar vardır.
Elçibey zamanında xalqın söz azadlığı, metbuatın neşriyyat azadlığı vardı. İndi bunlardan söz
etmek olarmı?
İten, itirilen qiymetlerin siyahısını çıxarmaq çetindir. Gören her göz görür ki, Heyder Aliyev -
Suret Huseynov ikilisi, Azerbaycanda heç bir şeyi yaxşılaşdırmamış, yaxşını pis qılmaq kimi,
özlerine mexsus bir ustalıq göstermişlerdir.
Azerbaycanı içinde bulunduğu veziyyete getirmek üçün çox fealiyyet gösteren Rusiya-İran
ittifaqının müveffeq olduqları açıq-aşkar görünür. Aliyev-Hüseynov ikilisi bir şeyi yaxşı
bacardılar: Azerbaycanı felakete sürüklemek, yanlızlaşdırmaq ve bağımsızlığı tehlükeye
düşürmek.
Azerbaycan xalqının bu defe insaf ile, aydın fikir ile, ağıl ile düşünmesi, veziyyeti mühakime
etmesi lazımdır. Azerbaycanın içinde bulunduğu çıxmazdan qurtarmanın birinci yolu, iqtidarın
meşru sahibini geri çağırmaq, yeni Elçibey ve kadrosunu yeniden işin başına getirmekdir.
Quldurlar, qardaş qırğını yaratmaq bahasına iqtidar gözleyenler, Azerbaycanı beynelxalq
alemde yalnız buraxanlar, müsteqillikden pay verenler, ermeni qarşısında baş eyenler, xalqın
milli qürurunu lekeleyenler, iqtisadi sahede Azerbaycanın zenginliyini itirenler, xalqın üstün
şüuru ile ezilmeli, cezalandırılmalıdır. Milletini sevmeyenden millete xidmet gözlenmez.
Qarnında rusun ve ya farsın çöreyi olanlardan milletine sedaqet umulmaz.
Her saqqalı ağdan Ağsaqqal olmaz. Dövlet quruculuğu çetin işdir. Çetinliyi köksüyle
qarşılayacaq, milletsever insanların tekrar iqtidara getirilmesi lazımdır.
Önce men deyil, önce Veten deyenlerin yerine sadece men deyenleri, menliklerinin çamuruna
gömmek zamanıdır. Elçibey hem Azerbaycan Türklüyü üçün ve hem de bütün mezlum xalqlar
üçün ümid işığıdır. Onun işığı düşmenin gözünü kor edir. Onun İşığını daima parlaq tutmaq
Azerbaycan Türklüyünün birinci vezifesidir.
Azerbaycanlılar, Azerbaycana ve Azerbaycanı sevenlere sahib olmalıdır. Bir daha rus
müstemlekesi olmamanın, öz veteninde istiqlal ve hürriyetine sahib, başı dik yaşamanın tek
yolu budur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!