Həyata istiqamət verən sözlər

Həyata istiqamət verən sözlər
Maraqlı məlumatlar
10.09.2017 26
1-Düşünmədən deyilən söz, nişan almadan tüfəng atan ovçuya bənzər.

2- Külək şamı söndürər, yanğını alovlandırar.

3- İnsanın həyatı, insanın xəyalıdır.

4- Sizə nə edəcəyinizi söyləyə bilərlər, amma nə düşünəcəyinizi əsla.

5- Heç bir zəfərə çiçəkli yollardan gedilməz.

6- Qorxaqlar əcəlləri gəlmədən bir neçə dəfə ölərlər. Cəsurlar ölümü bir dəfə dadarlar.

7- Yaxşı yaşamaq deyil, yaşamağı yaxşı bitirmək. Əsl xoşbəxtlik budur.

8- İnsanlar səhvlərini xoşbəxtkən deyil, ancaq bədbəxtkən anlar.

9- Həyatda ən mənalı söz "BİZ", ən mənasız söz isə "MƏN" dir...

10- Xoşbəxt olmağı sabaha buraxmaq, qarşıya keçmək üçün çayın dayanmasını gözləməyə bənzər.

11- Heç kim müvəffəqiyyət nərdivanlarını, əlləri cibində dırmaşmamışdır.

12- Heç bir zaman çıxdığın qapını sürətlə çarpma, geri dönmək istəyə bilərsən.

13- Ağac nə qədər yüksək olursa olsun, yarpaqları yenə də yerə tökülər.

14- İnsan atasına borclu olduğu hörməti ancaq ata olduğu zaman başa düşər.

15- Ümid, oyanıq insanın yuxusudur.

16- Bir millətin böyüklüyü, əhalisinin çoxluğu ilə deyil, ağıllı və fəzilət sahibi adamlarının sayı ilə müəyyən olar.

17- Ağıllı adam ağılını istifadə edər. Daha ağıllı adam başqalarının da ağılını istifadə edər.

18- İnsan nə söylədiyini bilməli, lakin hər bildiyini söyləməməlidir.

19- Ümidini itirmiş olanın başqa itirəcək bir şeyi yoxdur.

20- Eqoist insanların başqalarını sevə bilmədikləri doğrudur, amma onlar özlərini də sevə bilməzlər.

21- Müvəffəqiyyət, hər gün toplanan kiçik səylərin təkrarıdır.

22- Zəfər ona həqiqətən inananın olar.

23- Nə axtardığını bilməyən, tapdığını anlaya bilməz.

24- Dağ nə qədər uca olsa, yol üstündən aşar.

25- Kiçik şeylərə lazım olduğundan çox əhəmiyyət verənlər, əlindən böyük işlər gəlməyənlərdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!