Fərid Əhmədov

Fərid Əhmədov
Maraqlı məlumatlar
10.09.2017 38
Əhmədov Fərid Gülağa oğlu — Azərbaycan zabiti, "İgidliyə görə" medalı ilə təltif edilib (ölümündən sonra).

 

Fərid Əhmədov 1986-cı
il yanvarın 19-da Cəlilabad rayonunda anadan olub. 2003-cü ildə
Cəlilabad şəhərində Nizami adına 1 saylı orta məktəbi bitirib. Həmin il
Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. 2007-ci ildə oranı
leytenant rütbəsi ilə bitirib. 2007-2008-ci illərdə Təlim-Tədris
Mərkəzində təkmilləşdirmə kursu keçib. 2008-2009-cu illərdə Gəncədə
zabit kimi hərbi xidmət keçib.

2010-cu
il sentyabrın 3-dən 4-nə keçən gecə Tərtərin Çiləbürt kəndi
yaxınlığındakı döyüşdə şəhid olub. Birbaşa döyüş xəttində həlak olduğu
üçün Fərid Əhmədovun meyiti düşmən tərəfdə qalıb və yalnız noyabrın 6-da
Ermənistan və Azərbaycan tərəflərinin razılaşmaları nəticəsində
qaytarılıb.

 

2010-cu
il noyabrın 7-də Prezident İlham Əliyev baş leytenant Fərid Güloğlan
oğlu Əhmədovun "İgidliyə görə" medalı ilə təltif edilməsi (ölümündən
sonra) haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, şəhid Fərid
Əhmədov bu medala hərbi borcunu həyatı təhlükə altında yerinə yetirərkən
igidlik göstərdiyinə görə layiq görülüb

 

2014-cü
ilin yanvar ayında şəhid Fərid Əhmədovun ömür yoluna həsr olunmuş "Hay
ver mənə, leytenant" filminin təqdimat mərasimi keçirilib

 

Qeyd:ALLAH bütün Vətən uğrunda Şəhid olan əsgərlərmizin məkanın cənnətdik etsin in şə ALLAH.ŞƏHİDLƏR ÖLMƏZDİR.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!