Səhvsiz insan yoxdur

Səhvsiz insan yoxdur
Maraqlı məlumatlar
10.09.2017 13
Hər
bir insan həyatının müəyyən dövrlərində müxtəlif səhvlər edir. Edilən
səhvlər insanın həyatı anlamasına, özünü inkişaf etdirməsinə, yeni
şeylər öyrənməsinə şərait yaradır. Bunlarla yanaşı, edilən səhvlər
insanın əhvəl ruhiyyəsinə əsaslı təsir göstərir. Etdiyi səhvin
təsirindən uzun müddət çıxa bilməyən insan peşmançılıq hissi yaşayır,
daima özünü və ya başqalarını günahlandırır. Lakin, bu məqamda daimi bir
günahkar axtarışı düzgün deyildir. Əsas olan edilən səhvlərdən doğru
nəticələr çıxarmaq və bu səhvi bir daha təkrarlamamaqdır. Reallıq isə
çox vaxt belə olmur. Bəzən insanlar eyni səhvi dəfələrlə təkrar edirlər.
Qarşılaşdıqları mənfi hadisələrdən sonra bir daha bu səhvi etmərəm
deyən insanlar başqa bir situasiyada özlərinin də xəbəri olmadan eyni
səhvi təkrarlayırlar. Bəs görəsən insanlar niyə eyni bir səhvi dəfələrlə
təkrar edir? 



1.İlk
səbəb insanın qarşılaşdığı situasiyaların fərqli olmasıdır. Şəxs hər
bir hadisəni yeni olaraq qəbul edir və ona uyğun ən düzgün qərarı
verməyə çalışarkən, əvvəl də buna bənzər hadisə ilə qarşılaşdığını,
yalnış qərar verdiyini və ya yalnış seçim etdiyini unudur, hadisələr
arasında əlaqə yarada bilmir. 



2.Bir
çox şəxs dəfələrlə eyni səhvi təkrarlamağı unutqanlıqla əlaqələndirir.
Əvvəlki səhvlərdən nəticə çıxara bilməyən, səhvin mahiyyətinə vara
bilməyən insanlar etdiyi səhvləri tezliklə unudur və eyni səhvləri
təkrarlayır 



3.Digər
bir səbəb isə inam və ümid hissidir. Bu dəfə hərşeyin dəyişəcəyinə,
fərqli olacağına inanan, ümid edən insanlar eyni səhvi təkrarlaya
bilirlər. Əlbəttə bir dəfə uğursuzluqla qarşılaşan insan ümüdünü
üzməlidir deyə bir şey yoxdur. Sadəcə yeni bir hadisə ilə qarşılaşan
zaman onu hərtərəfli düşünməyi və analiz etməyi bacarmaq lazımdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!