İki dildə danışmaq ağlı artırır və beynin funksiyalarını inkişaf etdirir

İki dildə danışmaq ağlı artırır və beynin funksiyalarını inkişaf etdirir
Maraqlı məlumatlar
10.09.2017 9
Amerikanın "Newsweek" jurnalında nəşr olunan araşdırmada göstərilib ki, birdən çox dildə danışmaq zəkanı artırır.

Kanadanın York Universitetində aparılan araşdırmada iki dildə danışmağın beyinin əsas funksiyalarını inkişaf etdirdiyi, 

yaşla bağlı beyin problemləri və Alzheimer riskini azaldığı məlum olub.



Mütəxəssislərin
araşdırmasında 102-si iki, 109-u bir dil bilən Alzheimer xəstəsi 211
nəfər iştirak edib. İki dil bilən insanlarda bu xəstəlik 4.3 il sonra
müşahidə olunub.

İki
dil danışmanın beyinin işinə müsbət təsir etdiyini deyən mütəxəssislər
40, 50 və 60 yaşında yeni bir dil öyrənmənin belə beyni qoruya
biləcəyini vurğulayıb.



Professor Ellen Bialystok beyin üçün super qidanın yeni dil öyrənmək olduğunu bildirib.



Qeyd edək ki, araşdırmada iki dil bilən uşaqların söz bazasının daha çox olduğu da məlum olub.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!