Şayiə yaymaq - günah, sirri ifşa etmək - xəyanətdir

Şayiə yaymaq - günah, sirri ifşa etmək - xəyanətdir
Maraqlı məlumatlar
10.09.2017 12
İnsan
ictimai bir varlıqdır və cəmiyyətin qoynunda inkişaf edər. Bu gün
rabitə və ictimai vasitələrin artdığı bir zamanda xəbərləri başqa birinə
ötürmək asan olmuşdur. (Tebyan)

Bəli,
bir xəbəri bir göz qırpımında min kilometr o tərəfə ötürmək mümkündür.
İnsanlar artıq sözlərini ürəklərində saxlamırlar. Hətta əz cüzi
hisslərini belə başqaları ilə paylaşırlar. Onlar səhvlərini də belə,
bölüşürlər. Halbuki, hədislərimiz buyurur ki, səhvlərini heç dostuna
belə demə ki, bir gün düşmənin ola bilər. O ki, qaldı bütün dünyaya.

Bu gün bu rabitə fəzasında əlimizə çox sayda xəbər çatır və biz onu
ölçüb-biçmədən başqalarına rahatlıqla ötürürük. Halbuki, bu xəbərlərin
bəzisi mənfi təsirlər qoymaq qabilyiyətinə malik olur. Artıq heç bir
evin sirri gizli qalmır. Artıq ərlə arvad arasında olan münaqişədən
hamının xəbəri vardır.

Eşitdiyiniz hər bir xəbəri araşdırmadan başqasına ötürməyin. Bəlkə
həmin xəbər şayiədir və siz də onu yayaraq, günah edirsiniz. Bu
xəbərlərin hər biri belə olar bilər. Şayiə yaymaq, insanın həm dünyasına
və həm də axirətinə mənfi təsirlər göstərər. Niyə əməl dəftərimizi məhv
etməyə bu qədər maraqlıyıq?

Bu ictimai şəbəkələrin ziyanlarına diqqət edək.

1. Şəxsi sirləri ifşa etmək. Biz öz şəxsi sirrimizi ifşa edən zaman
düşmənimizi bu silahla təhciz etmiş olarıq. Düşmən həmin bu silahla
sabah bizə hücum edər və bizi məğlub edər. Bu, özümüzə və ailəmizə
etdiyimiz xəyanətdir. Əmirəl-möminin (ə) buyurur: "Öz sirlərinin simici
ol, sənə tapşırılan sirri ifşa etmə ki, sirri ifşa etmək - xəyanətdir".

2. Mənfi xəbər ətrafa yayılar. Şayiə yaymaq - mənfi xəbərin yayılması
üçün ən yaxşı yoldur. Bu yolla çox sayda çirkin xəbərlər bir insandan
başqasına ötürülər. Bu yolla fəsad yayılar. İnsanlar hicabsızlığa meyl
edər, cavanlar naməhrəm münasibətlərinə meyl edərlər. Nəticədə həmin
qəbahətli əməllər hər kəs üçün rəngsiz olar və insanlar onu etməkdən
çəkinməzlər, cürət əldə edərlər. Allah şayiə yaymağın günahı haqqında
buyurur: "Həqiqətən iman gətirənlərin arasında çirkin əməlin yayılmasını
(birinin pis işinin faş olmasını və ya həmin pis əməlin cəmiyyətdə
yayılmasını) sevənlər (və bu istiqamətdə fəaliyyət göstərənlər) üçün
dünya və axirətdə ağrılı bir əzab vardır. Allah (onun pis nəticə və
aqibətini) bilir, siz isə bilmirsiniz". ("Nur" 19). Həzrət Peyğəmbər (s)
buyurur: "O kəs ki, çirkin işi yayar, o kəs kimi olar ki, onu yerinə
yetirmişdir".

3. Vaxtı hədər vermək. Hər kəs bilir ki, vaxt - qızıldır. Lakin o
zaman ki, bu ictimai şəbəkələrə daxil oluruq, vaxt öz dəyərini itirir.
Xülasə bu xəbərlər bizim ömrümüzü hədər edir. Anaları və ataları görürük
ki, otağın bir küncündə dayanıb bu xəbərləri oxuyurlar, lakin övladları
bir şey soruşan zaman, ona kobud cavab verirlər. Bəzən saatlarla
kliplərə tamaşa edirlər, ancaq on dəqiqəni namaz üçün ayırmırlar. Həzrət
Peyğəmbər (s) buyurur: "Əziz vaxtını günaha və haramlara xərcləmə ki,
ən abid insan olasan. O şeyi ki, halal yolla əldə etməyi Allah sənə
inayət etmişdir, razı ol ki, ən ehtiyacsız insan olasan. Qonşuna
yaxşılıq et ki, mömin hesab olunasan. Özün üçün sevdiyini başqaları üçün
də sev ki, yəqin əhli olasan. Çox gülməkdən çəkin ki, çox gülmək
ürəkləri öldürər".скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!