4 dəstə insanla dost olmaq olmaz

4 dəstə insanla dost olmaq olmaz
Maraqlı məlumatlar
10.09.2017 17
Elə
insanlarla dostluq edin ki, sizinlə eyni səviyyədə olsun. Yaxşı olar
ki, mənəvi cəhətdən bizdən üstün olanlarla yoldaşılıq edək. 



İmam Baqir (ə) buyurur: "Atam
mənə tövsiyə etmişdir ki, bir neçə nəfərlə nə yoldaş olum, nə onlarla
yol gedim və nə də onlara söz deyim. Soruşdum ki, kimlərdir?Buyurdu:



1. Yalançı. (Sənə uzağı yaxın və yaxını uzaq edər).



2. Fasiq və günahkar. (Səni bir tikədən azına satar).



3. Axmaq. (Sənə xeyir vermək istəyir, ancaq ziyan vurur).



4. O kəs ki, qohumları ilə əlaqəsini kəsmişdir. (İlahi rəhmət ona şamil olmaz)".



Günahkar
insanla yoldaş olmaq əxlaq və rəftarımıza təsir etdiyi kimi,
övladlarımıza da təsir qoyar. Başqalarının bizə qarşı etimadsızlığına və
sui-zənnə səbəb olar. Yaxşı insanlar bizdən uzaqlaşar.



İmam Əli (ə) buyurur: "Fasid insanlarla dost olmaqdan çəkinin. Çünki təbiətiniz onların napaklıqlarını özünüzdən asılı olmayaraq cəzb edər".



Başqa yerdə İmam (ə) buyurur: "Səni qəflətə çəkən və həris edən insanla yoldaş olmaqdan çəkin, çünki səni xarlığa giriftar edər və həlak edər".



İmam (ə) başqa yerdə buyurur: "Ən böyük silah və dostluq - aqil insanlarla yoldaş olmaqdadır".



İmam Əli (ə) buyurur: "Dost - paltarın yamağı kimidir, ona görə də onu özün kimisini seç".



Dostluğun
meyarı odur ki, dostlar bir-biri üçün rahatlıq mənbəyi olmalı, günahdan
uzaq saxlamalı, eyblərini söyləməli, elmi və dini inkişaf etməyinizə
səbəb olmalı, bir-birlərinə gözəl əxlaq aşılamalıdır.



Lakin o
dostluq ki, nəticəsi həsəd, qeybət, narahatlıq və iztirab olar - ömrü
hədər verməkdir. Bu dostluğun gətirdiyi ziyanlar illər boyu sizin
rəftarınıza təsir qoyacaq və hətta övladlarınızda və həyat yoldaşınızda
belə büruzə verəcəkdir.



İnsanların
sərvətinə, ictimai və siyasi vəziyyətinə görə onlarla dost olmayın. Bu
zaman kiçik bir hovuza bənzəyərsiniz ki, içinə atılmış iki qarpıza görə
suyu aşıb daşar. Lakin tutumu olduğu kimi qalar. Dost seçən zaman ifrat
və təfrit etməyin. Hər kəslə harada gəldi dost olmayın. Eyni zamanda,
insanları da özünüzdən uzaqlaşdırmayın.



İnsanlarla
ağıl və dini etiqadlarına görə dostluq edin. Hər kim halal və harama
riayət edər - bizim dostlarımızdır və hər kim bu dairədən kənara
çıxarsa, özünə və başqalarına zülm edərsə - bizim dostluğumuza layiq olmaz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!