Eynşteynin qızına yazdığı çox səmimi çəktub

Eynşteynin qızına yazdığı çox səmimi çəktub
Maraqlı məlumatlar
10.09.2017 8
Qadınlar.Biz həmin məktubu sizə təqdim edir. Oxuyun, düşünün:

"Nisbilik
Nəzəriyyəsini ilk dəfə dilimə gətirdiyim zaman məni çox az insan başa
düşdü və bəşəriyyətə çatdırmaq üçün indi deyəcəyim şeylər də dünyada
fərqli və yəqin ki, səhv başa düşüləcək. Bu məktubları lazımi qədər
qorumağını istəyirəm. İllər, onilliklər keçsə də, cəmiyyət bu
açıqladıqlarımı qəbul etmək üçün kifayət qədər inkişaf edənə qədər
qorumalısan.

Son
dərəcədə güclü bir qüvvə var ki, elm indiyə qədər bu qüvvə üçün rəsmi
açıqlama tapa bilməyib. Bu, bütün digərlərini də daxil edən və idarə
edən qüvvədir, hətta kainatda işləyən bütün fenomenlərin arxasındadır.
Biz isə hələ də onu tam dərk edə bilməmişik. Bu kainatın idarə edən
qüvvənin adı SEVGİdir.

Alimlər
kainatın birləşmiş nəzəriyyəsini axtardıqları zaman ən güclü qüvvə olan
görünməyən qüvvə barəsində unutdular. Sevgi onu verən və qəbul edən
insanı aydınlandıran işıqdır. Sevgi cazibə qüvvəsidir, çünki bəzi
insanların digərlərinə doğru cəzb olunmasına nail olur. Sevgi gücdür,
çünki sahib olduğumuz ən yaxşı şeyi çoxaldır və bəşəriyyətin öz
cahilliyində yox olmamasında yol açır. Sevgi göz önünə sərilir və hər
şeyi də göz önünə çıxarır. Sevgi üçün yaşayırıq və ölürük. Çünki elə
sevginin özü tanrıdır, tanrının özü də sevgidir.

Bu
qüvvə hər şeyi açıqlayır və həyata məna verir. Bu, bəlkə də sevgidən
qorxduğumuz üçün çox vaxt görməzdən gəldiyimiz şeydir, çünki insanın
istəyi ilə hərəkətə keçmədiyi kainatdakı yeganə enerji sevgidir. Sevgini
görmək üçün, ən məşhur tənliyimə bəsit bir dəyişiklik etdim. Əgər E =
mc2 əvəzinə dünyanı yaxşılaşdıran enerjinin işıq sürətinin kvadratına
vurulan sevgi vasitəsilə əldə edilə biləcəyini fərz etsək, sevginin
mövcud olan ən güclü qüvvə olduğu nəticəsinə gələrik. Çünki sevginin
sərhədləri yoxdur. Bəşəriyyətin bizə qarşı dönən, kainatın digər
güclərindən istifadə və nəzarət etməkdə olan uğursuzluqlarından sonra,
özümüzü fərqli növdə olan enerjiylə qidalandırmağımız təcili bir
məsələdir.

Öz
növümüzün sağ qalmağını istəyiriksə, həyatda hər hansı bir məna
tapacağıqsa, dünyanı və dünyada yaşayan hər şüurlu varlığı xilas etməyi
düşünürüksə, bunun üçün ehtiyacımız olan yeganə şey sevgidir. Bəlkə də
planetimizi məhv edən nifrəti, eqoizm və acgözlüyü tamamilə yox edəcək
qədər güclü bir alət – sevgi bombası hazırlamağa hələ də hazır
deyilik. Amma hər kəs öz içində olan enerjisi ilə güclü bir enerji
istehsalçısı potensialı daşıyır.

Əziz Lieserl,
bu kainat enerjisini qəbul etməyi və verməyi öyrəndiyimiz zaman,
sevginin hər şeyi fəth etdiyini, hər şeyin öhdəsindən gələ bildiyini
təsdiqləmək məcburiyyətində qalacağıq. Çünki sevgi elə həyatın özüdür.

Sənin
üçün bütün həyatın boyu qəlbimdə səssizcə çırpınan şeyləri ifadə edə
bilmədiyim üçün dərindən peşmanlıq hissi keçirirəm. Bəlkə də üzr istmək
üçün çox gecdir, amma yenə də səni nə qədər sevdiyimi deməliyəm. Bu
yekun nəticəyə gəldiyim üçün də sənə təşəkkür edirəm.”

Atan,

Albert Einsteinскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!