Apple şirkəti haqqında az bilinən 9 fakt

Apple şirkəti haqqında az bilinən 9 fakt
Maraqlı məlumatlar
10.09.2017 11
Bu
yazını yəqin ki, xeyli sayda oxuyucu iPhone və ya Macbook’dan oxuyur.
Apple dünyanın ən populyar və simvolik şirkətlərindən biridir. Ancaq
bununla belə, Steve Jobs’un qurucusu olduğu şirkətlə bağlı qaranlıq
qalan bəzi şeylər var. Apple’i daha yaxşı tanımağınız üçün həmin
doqquz məlumatı sizə təqdim edirik.



9. Apple bütün transferləri hava yolu ilə edir.

Statistikalara
görə gəmi ilə daşınma təxminən 30 saat çəkir və Apple hava yollarından
istifadə edərək bu vaxtı ən azı yarıya qədər endirir. Bundan əlavə,
oğurluq riskini də azaltmış olur.



8. Kaliforniyada gizli paketləşdirmə otağı var.

Paketləşdirməni
optimallaşdırmaq üçün Kaliforniyada yerləşən mərkəzi ofisdə bu iş üçün
xüsusi otaq ayrılıb. Burada işləyən insanlar sifariş edən müştəriləri
daha çox məmnun etmək üçün işləyirlər.



7. Apple tarixin ən böyük rüblük qazanc rekordu əldə edib – 18 milyard $

2015-ci
ilin yanvarında Apple iqtisadi göstəricilərini açıqlayanda, bununla bir
neçə rekord qırdığını da açıqlamışdı. Bunlarda ən diqqət çəkəni
şirkətin son üç aylıq qazancının 18 milyard dollar olması idi. Bu sadəcə
Apple üçün deyil, bütün şirkətlər arasında rekord göstərici idi.



6. Apple həm də oyun konsolları istehsah edib.

Pippini
xatırlayırsınız? Əksəriyyətinizin xatırlamaması normal sayıla bilər.
Apple həm də oyun konsolları istehsal edib və sadəcə 50.000 ədəd satmağa
nail olub.



5. Apple ofisində dülgər komandası işləyir.

Dülgərlik
və Apple şirkəti arasında hər hansı bir əlaqə olmasa da, şirkət
rəhbərliyi şirkətin sirrlərini risk atacaq hadisələrin baş verdiyi anda
sürətli müdaxilə edə bilmək üçün belə bir heyətə ehtiyac görür.



4. İlk iPhone satışa çıxdığı zaman sadəcə 14.000 işçisi var idi.

İlk
iPhone satışa çıxdıda, 14.000 işçisi olan şirkətdə, hal-hazırda 92.000
adam işləyir. Müqayisə üşün Samsungun işçi sayı Apple, Microsoft və
Google’dakı işçilərin hamısının cəmindən daha çoxdur.



3. M68

İlk
iPhone çox böyük bir layihə olduğu üçün gizli saxlanırdı və kod müəyyən
olunmuşdu: M68. İş prosesi davam edərkən hardware və software
komandalarının bir-birindən xəbəri olmamışdı.



2. İlk Apple kompüterinin qiyməti : $666.66

Apple
ilk kompüterinin qiymətini müəyyən edəndə satanik inancları diqqətə
almamamışdı. Klaviaturada daha rahat yazıldığı üçün eyni rəqəmdən
istifadə edərək, beş dənə 6 rəqəmindən ibarət qiymət müəyyən etmişdi.



 

1. Steve Jobes’un meyvə sevgisi

Şirkətin
adı və loqosu o qədər də dərin məna daşımır. Apple qurulduğu dövrdə
Steve Jobes meyvə dietası saxlayırdı və alma adını seçmək məhz elə
burdan ağlına gəlmişdi.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!