Fort Boyard

Fort Boyard
Maraqlı məlumatlar
10.09.2017 14
Fort
Boyyar — Boyard – fransızcadan boyar,boyard, — bəzən isə, Bayyard,
boyyard kimi də tələffüz olunur). Bu "Daş fort(qala) – Atlantik
okeanında, Fransanın Antioş boğazında, İl-d-Eks və Oleron adaları
arasında inşa edilmişdir.



Bu
möhtəşəm tikilinin inşasına 1801-ci ildə başlanılmış, 1857-ci ildə başa
çatdırılmışdır. Adada tikilmiş bu qalanın inşası hələ uzaq keçmişdə,
1666-cı ildə nəzərdə tutulmuşdur. Hələ o zamanlar da qalanın inşası
hərbi məqsədlər üçün, hərbi mövqe üçün nəzərdə tutulurdu. Qalanın
tikilməsi, yadellilərin dəniz hücumlarının qarşısını almaq məqsədi
daşıyırdı.



1801-ci
ildə qalanın tikintisinə başlayarkən ustalar problemlərlə üzləşmişlər.
Belə ki, özül üçün dənizin dibinə qoyulmuş iri daş bloklar, az bir
müddətdən sonra ağırlığından dənizin dibinə, quma batırdı. Bu səbəbdən
qalanın inşası 1809-cu ildə dayandırılır. Sonradan, yəni 1837-ci ildə,
Lui Filippin hakimiyyəti dövründə bu qalanın yenidən tikintisinə
başlanmışdır. Bu Fransa ilə İngiltərə arasındakı münasibətlərin yenidən
kəskinləşdiyi bir dövrə təsadüf edirdi.



1913-cü
ildə Fortun hərbi qala kimi istifadəsi dayandırılır. Oradakı silahların
hamısı satılır. II Dünya Müharibəsi zamanı "faşist almaniyası” Fort
Boyardı atıcılıq təlimi yeri kimi istifadə etmiş və bu qalada böyük
dağıntılara səbəb olmuşdur. Sonrakı 20 il ərzində isə Boyard tam
nəzarətsiz qalmış, demək olar ki, tamamilə dağılmaq təhlükəsilə
üzləşmişdir. 



1962-ci
ildə Fort Boyard 7.500 frank dəyərində qiymətləndirilərək auksiona
çıxarılmışdır. Auksionda əsas mübarizə "Boyardın dostları” təşkilatı ilə
dantist Erik Ert arasında olmuşdur. Sonda "Boyardın dostları”ndan 3.000
frank artiq (28.000 frank) ödəməklə Erik Ert qalanı özəlləşdirir. Amma
qalanı təmir etdirib, tam bərpa etdirmək üçün onun vəsaiti çox az olur.
Yenə də Fort Boyard uçulub – dağılmaq təhlükəsilə üz-üzə gəlir. Erik Ert
Boyardı yenidən auksiona çıxarmaq məcburiyyətində qalır. 1972-ci ildə
Fort Boyard yenidən 1,2 milyon frank dəyərində auksiona çıxarılır.
Qiymətin çox baha olduğundan qalaya sahib çıxan olmur...



Sonralar,
1980-ci ildən başlayaraq, televiziya şirkətləri və kinostudiyalar
məcaralı verilişlər və filmlər çəkilişi məqsədilə Ford Boyarda maraq
göstərməyə başlayırlar. Bu zaman Fransanın Ticarət Palatası qalanın
təmiri və bərpasını öz öhdəsinə götürür. Sonradan isə götürdüyü
öhdəlikdən boyun qaçıraraq, təmir-bərpa işlərindən imtina edir.



1989-cu
ildə Erik Ert yenə Fort Boyardı hərraca çıxarır və qalanı onu 1,5
milyon franka məşhur teleprodüsser Jak Antuana alır. Jak Antuan özünün
yeni şou-proqramı üçün bu qalanı alır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!