Bayraq qürur mənbəyimizdir

Bayraq qürur mənbəyimizdir
Maraqlı məlumatlar
10.09.2017 16
Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir. Bayraq üç rəngli parçadan (trikolor) ibarətdir. Bayraq bərabər enli üç üfüqi zolaqdan (yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir)
ibarətdir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli
aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın göy rəngi türkçülüyü, qırmızı müasir azadlıq ideologiyasını, yaşıl rəng isə İslamçılığı tərənnüm edir. Azərbaycan Xalq Cümhuriyyətinin Rəyasət Heyətinin sədri Məhəmməd Əmin Rəsulzadə 1918-ci ildə Azərbaycan parlamentinin yığıncağında
demişdi: "Bizim qaldırdığımız bayrağın üç rəngi: türk milli
mədəniyyətinin, müsəlman sivilizasiyasının və müasir Avropa demokratik
əsaslarının simvoludur”. Azərbaycan Respublikasının rəsmi dövlət himninin müəl­li­fi Üzeyir Hacıbəyov ya­zır­dı:
"Azər­baycan Re­s­pub­li­ka­sı sağlam mil­li özül üzə­rin­də və türk
düşüncə­si ilə ya­ra­dı­lıb... Ey­ni za­man­da, Azər­bay­can ye­ni
cə­miyyət for­ma­laş­dır­ma­ğa, Av­ro­pa düşüncə­si ilə hə­rə­kət
et­məyə ça­lı­şır­dı. Bay­rağı­mız­da­kı üç rə­ng bu ele­men­t­lə­ri
özündə əks et­di­rir".

Bayraqda əks olunan rənglərin mənası məlum olsa da, ağ rəngli aypara və səkkizgüşəli ulduzun mənası barədə yekdil fikir yoxdur.Fətəli xan Xoyski öz nitqində ulduzun güşələrinin sayının 1918-ci ildə əski əlifba ilə yazılan Azərbaycan sözünə işarə olduğunu bildirib. Bəzi iddealara görə, 8 oğuztayfasının birləşməsi (azərbaycanlılar, osmanlı türkləri (anadolu türkləri), çağataylar (türkmənlər), tatarlar, kumanlar, səlcuqlular və türkümənlər) ulduzun 8 guşəsində əks edilib.Digər fərziyyələr də var.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!