Varlı kasıbdan 15 il çox yaşayır

Varlı kasıbdan 15 il çox yaşayır
Maraqlı məlumatlar
10.09.2017 14
ABŞ-da
gəlir bölgüsü bərabərsizliyi ilə bağlı aparılan bir araşdırma, ölkənin
ən varlı 1%-lik təbəqəsinin, ən kasıb 1%-lik təbəqəsindən 15 il daha
uzun yaşadığını ortaya qoyub.

 

"Marja"nın
məlumatına görə, "Sağlamlıq "Bərabərsizliyi Layihəsi" çərçivəsində
ölkədəki gəlir bölgüsü bərabərsizliyi bağlı aparılan bir araşdırma
maraqlı nəticələri ortaya çıxardıb.

 

Araşdırmaya
görə, ölkədəki ən varlı 1%-lik təbəqədə yer alan insanlar, ən kasıb
1%-lik təbəqədəki insanlardan 15 il daha uzun yaşayır. Bu fərq,
qadınlarda isə 10 il olaraq müəyyən edilib.

 

Araşdırmaya
görə, ən varlı şəxslərdə orta ömür müddəti 87,3 il ikən, ən kasıb
təbəqədə bu rəqəm 72,7-yə qədər düşür. Qadınlarda isə ən varlı təbəqədə
orta ömür müddəti 88,8, ən kasıb təbəqədə isə 78,7 olaraq
müəyyənləşdirilib.

 

Üç
il davam edən araşdırma, gəlir səviyyəsinin yüksəlməsi ilə alınan
səhiyyə xidmətinin keyfiyyətinin artmasının, həyat müddətləri arasındakı
fərqin ortaya çıxmasında əsas səbəb olduğunu ortaya qoyub. Bənzər
şəkildə həyat müddəti ilə köklük və siqaret istifadəsi arasında güclü
əlaqə də diqqəti çəkir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!