Yaradılışda təsadüf varmı?

Yaradılışda təsadüf varmı?
Maraqlı məlumatlar
10.09.2017 19
Kainatdakı
möhtəşəm sənət, hikmət və nizam təsadüfü rədd edir. Bu böyük həqiqəti
riyaziyyatın bir sahəsi olan "Ehtimallar Nəzəriyyəsi" ilə də göstərmək
mümkündür. Bir anlığa dünyanın təsadüfən meydana gəldiyini təsəvvür
edək. Bu sahədə mövcud olan nəzəriyyələrə görə Günəşdən ayrılan
planetlərin kosmosda yerləşməsi üçün sonsuz sayda yer var. Bu yerlər
arasında dünyanın tutduğu yer isə birdir. 

Elə
isə dünyanın heç bir planet-lə toqquşmadan indiki yerində yerləşməsi
ehtimalı sonsuzda birdir. Bu isə sıfır deməkdir. Ehtimalı sıfır olan
hadisələr qeyri-mümkün olduğu üçün bütün bunların təsadüfən baş verməsi
də qeyri-mümkündür. Halbuki dünyanın istər öz oxu, istərsə də günəş
ətrafında sürətlə fırlanması, bu böyük sürətə baxmayaraq həyatın öz
axarı ilə davam etməsi, gecə-gündüz, yaz-payız, yay-qış hadisələri kamil
elmin və sonsuz qüdrətin ifadəsidir. Çünki dünyanın istər sürətində,
istərsə də orbitində ən kiçik bir dəyişiklik bütün varlığın bir göz
qırpımında məhv olması deməkdir. Elə isə burada təsadüfdən söhbət gedə
bilməz və bu nizam yalnız və yalnız Sonsuz Qüdrət Sahibiin iradəsi ilə
mümkündür...

Məsələyə
aydınlıq gətirmək üçün bir misal da verək. İçərisində 29 hərf olan bir
torba təsəvvür edək. Bu torbadan çıxardığımız hərflərlə "nizam" sözünü
yazmağa çalışaq. Hər dəfə çıxardığımız hərfi yenidən torbaya qoyaq. Bu
sistemlə "nizam" sözünün yazılmaq ehtimalını hesablasaq, bu ehtimalın on
dörd milyon iki yüz əlli min altı yüzdə birə (1\14.250.600) bərabər
oluğunu görərik. Beş hərfli 14 sözün bir abzasda yazılmaq ehtimalı isə
0,7-yə bərabərdir ki, bu da təqribən sıfır deməkdir. Yəni belə bir şeyin
mümkün olması istisnadır. Əgər belə bəsit bir şeyin təsadüfən olması
mümkün deyilsə, kainat kitabının yaradılması təsadüf ola bilərmi?скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!