Yersiz danışmağın vurduğu ən az ziyan

Yersiz danışmağın vurduğu ən az ziyan
Maraqlı məlumatlar
10.09.2017 17
Yersiz
danışmaq dilin bəlalarındandır ki, insana dünya və axirət ziyanı vurar.
Bu ziyanları tanıyaraq, yersiz danışmaqdan çəkinək:

1.
Ömrü zay edər. Yersiz danışmağın vurduğu ən az ziyan - ömrün zay
edilməsidir. İnsan bu dünyada nə əldə edirsə, ömür sərmayəsinə görədir.
İnsan ömründən axirəti üçün azuqə toplamaq üçün istifadə etməlidir.
İnsan yersiz sözlər danışan zaman nə dünyasına və nə də axirətinə fayda
verə bilir. Bu fürsəti əldən verir.

2.
Cəmiyyətdə həqarət olur. İnsan cəmiyyətdə yersiz söz danışarsa, öz
məqamını alçaltmış olar. Əgər sözünə qulaq verən olarsa, deməli onunla
eyni səviyyədə olan insandır.

3.
Üzr istəyər. Yersiz danışmağın mənfi nəticələrindən biri də budur ki,
insan dilinə gətirdiyi sözdən peşman olar və çarəsiz qalıb, üzr istəyər.
Əlbəttə ki, söhbət qabiliyyətli və ağıllı insandan gedir. Bunun əksi
olan insan, heç üzr istəmək durumunda belə, olmaz.

4.
Dil günahları üçün zəminə olar. Yersiz sözlər dil günahları üçün zəminə
hazır edər. Danışmağa olan bu meyl insanı qeybətə, töhmətə, böhtana
tərəf çəkər. Həzrət Peyğəmbər (s) buyurur: "O kəs ki, çoxlu danışar -
xatası çox olar. O kəsin ki, xatası çox olar - yersiz işləri artar. O
kəsin ki, yersiz işləri çox olar - yalanı artar. O kəsin ki, yalanı çox
olar - günahı çox olar".

5.
İlahi rəhmətdən uzaqlaşar. Yersiz danışmaq insanı İlahi rəhmətindən
uzaqlaşdırar. Həzrət Peyğəmbər (s) merac hədisində buyurur: "Cəhənnəmin
beşinci qapısında yazılmışdı: "O şey ki, işinə yaramır, çoxlu danışma
ki, İlahi rəhmətdən enərsən (uzaq olarsan)"".

6.
Faydalı işləri əldən vermək. O zaman ki, insan yersiz işlərlə məşğul
olar, faydalı olan işləri əldən verər. İmam Əli (ə) buyurur: "O kəs ki,
özünü işinə yaramayan şeylə məşğul edər, o şey ki, işinə yarayar - onu
əldən verər".

7.
Ağılı zay olar. Ağıl insanı kamala tərəf sövq edər. Faydasız işlərlə
məşğul olmaq ağılın məhv olmasına səbəb olar. İmam Əli (ə) buyurur:
"Ağılların zay olması yersiz işlərin axtarışına görədir".

8.
Qəlb qəsavəti. Allahdan uzaq olmaq qəlbi qəsavətli edər. Həzrət
Peyğəmbər (s) buyurur: "Allahı yada salmayan sözləri çox danışmayın.
Həqiqətən Allahdan qeyrisi haqqında olan çox söz, ürəyi sərtləşdirər.
Allahdan ən uzaq insan - ürəyi daş olan insandır".скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!