Çirkli pulların yuyulması haqqında

Çirkli pulların yuyulması haqqında
Maraqlı məlumatlar
10.09.2017 2
"Çirkli
pulların yuyulması” (money laundering) – qeyri-qanuni yolla əldə
edilmiş gəlirlərin leqallaşdırılması prosesidir. Qeyri-qanuni gəlirlər
dedikdə isə, narkotik maddələrin və silahların qeyri-qanuni alverindən,
qaçaqmalçılıqdan, korrupsiyadan, gizli iqtisadiyyatdan, şantajdan və
maliyyə dələduzluğundan əldə edilmiş vasitələr nəzərdə tutulur.



Çirkli pulların yuyulmasının bəzi mexanizmləri:



1) Pulu yuyan
şəxs qanuni amma fiktiv şirkət yaratmaqla hər ay vergi orqanlarında
həmin şirkətin fəaliyyəti nəticəsində getdikcə qazanılan yüksək gəliri
göstərməklə və vergi ödəməklə əlindəki qeyri-qanuni vəsaitləri
leqallaşdırır. Vəsaitlərin mənbəyini daha da gizlətmək üçün bir neçə
belə şirkətlərdə yaradıla bilər ki, bir-biriləri ilə alqı-satqı
əməliyyatları aparıla bilər ki, fiktiv müqavilələr əsasında pul
vəsaitlərinin mənbəyi gizlədilsin. Həmçinin ofşor şirkətlərin
yaradılması vasitəsilə də bunlara nail olmaq mümkündür.



2) Digər bir üsul isə qiymətli kağızlardır.



3) Daşınmaz əmlak vasitəsilə.



4) Qiymətli
daş-qaşların alınması yolu ilə. Bu üsulun üstünlüyü ondan ibarətdir ki,
böyük məbləğdə pula kiçik bir briliant almaq mümkündür və onuda
asanlıqla digər ölkəyə aparmaq mümkündür. Onların haradan əmələ gəlməsi
ilə bağlı suallar ortaya çıxdıqda isə bu və ya digər şəxsdən yadigar
qalması deyilə bilər.



5) Daha geniş
yayılan üsullardan biridə banklar vasitəsilə çirkli pulların
yuyulmasıdır. Buna anonim hesabların açılması, müxbir hesablardan
istifadə etməklə, peşəkar vasitəçilərin köməyindən istifadə etməklə
çirkli pulları yuyulması həyata keçirilir.



İqtisadi
ədəbiyyatlarda çirkli pulların yuyulması prosesinin üç mərhələsi
fərqləndirilir. Birinci mərhələ çirkli pulların maliyyə və qeyri-maliyyə
sektoruna yerləşdirilməsi (yerləşdirilmə mərhələsi), pulların
qeyri-qanuni mənbəyini gizlətmək üçün müxtəlif əməliyyatların həyata
keçirilməsi və ya başqa sözlə əməliyyat mərhələsi və inteqrasiya
mərhələsi (təmiz pulun əldə olunması).Qeyd edim ki, Milli Məclisin
2009-cu il fevralın 9-da keçirilən iclasında deputatlar üçüncü oxunuşda
«Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı
mübarizə haqqında» qanun layihəsini qəbul ediblər.



Bu qanunun qəbulu Azərbaycanın Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərdən biri idi.



"Çirkli
pulların yuyulması”na qarşı tədbirləri koordinasiya edən və mütəmadi
monitorinqlər aparan iki beynəlxalq qrup mövcuddur. Bunlar Maliyyə
Cinayətləri ilə Mübarizə üzrə Beynəlxalq Qrup (FATF) və Avropa Şurasının
"MONEYVAL” adlanan xüsusi ekspert qrupudur.скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!