Daha Çox Kitab Oxumağınıza Kömək Edəcək Metodlar

Daha Çox Kitab Oxumağınıza Kömək Edəcək Metodlar
Maraqlı məlumatlar
10.09.2017 8
Baxmayaraq ki, daha yaşlı nəsil gəncləri az kitab oxumaq mövzusunda
qınayır, son dövrlərdə kitab oxumaq vərdişi gənclər arasında yüksələn
tempdə davam edir. İnkişaf etmiş ölkələr səviyyəsində olmasa da, bu
tendensiyanın mövcudluğu insanı sevindirməyə bilmir. Hal-hazırda kitab
satışı və ya xarici saytlardan sifarişdə də artım müşahidə olunur.
Kitablar arasında seçimin çətinləşdiyi və oxumalı çox kitabın olduğu bu
dövrdə əsas problem artıq vaxt azlığı olmağa başlayıb. Bəs biz necə daha
çox kitab oxuya bilərik? Sizə bu məsələdə kömək edəcək 3 vacib məqamı
təqdim edirik:



Sürətli oxu metodu

Sürətli kitab oxumaq üçün fərqli metodlar və bu metodları inkişaf
etdirməyin müxtəlif yolları mövcuddur. Bu metodlardan bəziləri, kitabın
kiçik detallarını buraxaraq, əsas məzmununa fokuslanmaq yolu ilə
mümkündür. Lakin, daha effektiv və yararlı metodlar isə göz əzələlərini
genişləndirərək, oxu sürətinizi artırmağınıza yol aça bilər. Bu mövzuda
dünyanın müxtəlif yerlərində məşğələ və seminarlar keçirilir. Bakıda bu
cür seminarlar keçirilməsə də, siz internet vasitəsilə lazımlı
resursları tapa bilərsiniz.



Zamanı düzgün idarə edin

Kitab oxuyarkən əsas problemlərdən biri də fikrin dağılmasıdır. Bu
problemin həlli üçün zamanınızı müəyyən hisssələrə ayırmalısınız.
Məsələn, iki saat ərzində kitab oxumağı planlaşdırmısınızsa,
telefonunuza gələn istənilən bildiriş və ya zənglərin səsini azaldın və
ya tamamilə kəsin. Bütün diqqətinizi oxuduğunuz kitab üzərində
toplayın. Bundan başqa, məsələn avtobus və ya metroya mindikdən
enəcəyiniz ana qədər fikrinizi sadəcə kitaba yönəldin və başqa şeylər
barədə düşünməyin.



Nəyə başlayacağınıza qərar verin

Gündəlik kitab oxumaq vərdişinizin sağlam formalaşması üçün
ətrafınızda olan daha çox mütaliə etmiş insanlardan məsləhət almaqdan
çəkinməyin. Əlbəttə, pis kitab yoxdur ancaq hər kəsin zövqü eyni olmur.
Minlərlə əsər arasında, xüsusilə ilk başladıqda daha çox sevəcəyiniz,
sizə daha maraqlı olacaq kitabı seçməkdə fayda var. Kitab mağazasında
gedib kitabları vərəqləmək də sizə əlavə maraq qazandıracaq. Bu mövzuda
daha təcrübəli olduqdan sonra sizə kömək edəcək fərqli mənbələr var.
Hətta bu məqsədlə qurulmuş sosial şəbəkələr də mövcuddur. Sizə
oxuduğunuz kitablara əsasən yeni kitablar məsləhət görən həmin
şəbəkələri və bu şəbəkələrdə fikir bildirən digər oxucuların şərhlərini
oxumaq da xeyli kömək edəcək.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!