Azərbaycan təbiəti

Azərbaycan təbiəti
Maraqlı məlumatlar
10.09.2017 16
Sual: Azərbaycanda köçəri quşların ən çox məskunlaşdığı ərazi hansıdır?



Cavab:
Azərbaycanda köçəri quşların daha çox məskunlaşdığı ərazi respublikanın
cənub-şərq hissəsində, Kür deltasının cənubunda yerləşən Böyük
Qızılağac körfəzi və onun ətrafının quru və bataqlıq sahələridir. Həmin
ərazidə yerləşən Qızılağac Dövlət Təbiət Qoruğu 03 iyul 1929-cu il
tarixində Azərbaycanın Qədim və İncəsənət Abidələrinin Qorunması
Komitəsinin təşəbbüsü ilə yaradılmışdır. Ərazisi 88.360 ha-dır. Qoruqla
yanaşı 10,7 min ha sahəsi olan Kiçik Qızılağac Dövlət Təbiət Yasaqlığı
da fəaliyyət göstərir. Qızılağac Dövlət Təbiət Qoruğu respublikamızda
sahəsinə görə birinci, yaranma tarixinə görə isə üçüncü qoruqdur. 



Sual: Xəzər suitisi hansı xüsusiyyətinə görə digər suitilərdən fərqlənir? 



Cavab:
Xəzər suitisi (Phoca caspica) pərayaqlıların yeganə nümayəndəsidir ki,
Dünya okeanının ən kiçik suitisi kimi В«GinnesВ»in rekordlar kitabına
daxil edilmişdir. Bu növ yalnız Xəzər dənizində yayılmış endem növdür.
Adı Beynəlxalq Təbiəti Mühafizə İttifaqının В«Qırmızı SiyahıВ»sına daxil
edilmiş, Azərbaycan Respublikasının В«Qırmızı KitabВ»ının növbəti
ikinci nəşrinə daxil edilmək üçün təklif edilmişdir.



Sual: Azərbaycanda ən böyük xüsusi mühafizə olunan təbiət ərazisi hansıdır?



Cavab:
Azərbaycanda ən böyük xüsusi mühafizə olunan təbiət ərazisi Şahdağ
Milli Parkıdır. Milli park Azərbaycan Respublikası Prezidentinin 2006-cı
il 08 dekabr tarixli 1814 nömrəli Sərəncamı əsasında Quba, Qusar,
İsmayıllı, Qəbələ, Oğuz və Şamaxı rayonlarının inzibati ərazilərində
115895 hektar ərazidə yaradılmışdır. Şahdağ Milli Parkının ərazisinin
yerləşdiyi yüksəklik onun iqliminin müxtəlifliyinə, bitki örtüyünün,
torpaqlarının və heyvanlar aləminin zənginliyinə əsaslı təsir
göstərmişdir. Buradakı meşələr zəngin, füsunkar və gözəl mənzərələr
yaratmaqla məşhurdur.



Sual:
Azərbaycanda yayılmış nadir fauna növü olan ceyran (Gazella
subgutturoza) hansı xüsusi mühafizə olunan təbiət ərazilərində qorunur?



Cavab:
Nadir və əsrarəngiz fauna növü olan ceyranın (Gazella subgutturoza) XIX
əsrin ortalarında səhralarda, düzənliklərdə geniş yayılmış növ hesab
edilirdi. Daha çox Qarabağ və Muğan düzlərində təsadüf edilirdi. Bizim
əsrin 50-ci illərində ceyranın arealı və sayı azalmışdır. Hazırda əsas
yayıldığı ərazilər Şirvan və Abşeron Milli Parkı, Bəndovan və Korçay
Dövlət Təbiət Yasaqlıqlarında (8000 fərddən çox) hesab olunur. 



Sual: Milli parkların dövlət təbiət qoruqlarından fərqi nədən ibarətdir? 



Cavab:
Milli Parklar вЂ" xüsusi ekoloci, tarixi, estetik və digər əhəmiyyət
daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə,
maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan
təbiəti mühafizə və elmi-tədqiqat idarələri statusuna malik olan
ərazilərdir. Yaranma tarixi çox gənc olan və qısa müddət ərzində sayı
7-yə çatdırılan milli parkların təşkilində əsas məqsəd ətraf mühitin,
ekoloci tarazlığın, təbiət abidələrinin qorunması şərtilə ekoturizmin
inkişafı, ekoloci maarifləndirmənin gücləndirilməsi, regionun zəngin
təbiətinin qorunması və tərənnümündən ibarətdir. 

Dövlət
Təbiət Qoruqları isə вЂ" səciyyəvi və nadir təbiət komplekslərini və
obyektlərini təbii vəziyyətdə qoruyub saxlamaq, təbiət proseslərinin və
hadisələrinin gedişini öyrənmək məqsədilə yaradılan təbiəti mühafizə və
elmi tədqiqat idarələri statusuna malik ərazilərdir. Dövlət Təbiət
Qoruqlarının torpaqlarından, habelə onun hüdudlarında olan sudan bitki
və heyvanlar aləmindən təsərrüfat məqsədləri üçün istifadə edilməsi
qadağandır.



Sual: Yarasaların təbiətdə və insan həyatında əhəmiyyəti nədən ibarətdir?



Cavab:
Zərərli onurğasızların sayının azaldılmasında yarasaların rolu
böyüklür. Onlar cücülərlə qidalanmaqla saysız-hesabsız bittkiyeyən və
qansoran növləri məhv edir. Bu heyvanların nadir akustik qabiliyyətindən
istifadə edərək müxtəlif cihazlar (lokatorlar, radarlar və s) ixtira
olunur. 



Sual: Erməni işğalı altında olan xüsusi mühafizə olunan təbiət əraziləri hansılardır?



Cavab:
Erməni təcavüzü nəticəsində respublikamızın işgal olunmuş ərazilərində
Bəsitçay və Qara-göl dövlət təbiət qoruqları, Daşaltı, Laçın, Qubadlı,
Arazboyu dövlət təbiət yasaqlıqları və bir sıra qiymətli və nadir təbiət
abidələrinin nəzarətsiz qalmışdır. İşgal olmuş qorunan təbiət
ərazilərinin sahəsi 44,3 min hektar olmaqla ərazidə yüzlərlə əsrlik yaşı
olan ağaclar, qiymətli meşə sahələri, tarixi və geoloci obyektlər
vardır ki, bunlar da erməni talançıları tərəfindən vəhşicəsinə
dağıdılır.



Sual: Eldar şamının vətəni hansı ölkədir?



Cavab:
Eldar şamı (Pinus eldarica) endem ağac növü olub, dünyada təbii halda
yalnız Azərbaycanda вЂ" Qabırrı çayının sağ sahilində, Elləroyuğu
dağında bitir. 1910-cu ilin noyabrında qrafinya K.S.Uvarovanın təklifi
ilə Qafqazda ilk qorunan ərazi olan Eldar şamı sahəsində 3,5 min hektar
ərazidə botaniki yasaqlq elan edildi və qorunmağa başlandı.



Sual: Yosunların təbiətdə rolu nədir?



Cavab:
Suda oksigen əmələ gətirən yeganə orqanizmlər yosunlardır. Bu canlılar
fotosintez prosesi zamanı suya sərbəst oksigen buraxırlar ki, bunun da
suda yaşayan heyvanların tənəffüsündə əhəmiyyəti vardır. Yosunlar ətraf
mühitə çox həssas olduqlarına görə suyun və torpağın keyfiyyətinin
bioloci analizində mühüm rol oynayırlar, onların bir çoxu indiqator
orqanizmləridir. Yosunlar su hövzələrinin öz-özünə təmizlənməsində,
onların sanitar-gigiyenik vəziyyətinin yaxşılaşmasında iştirak edirlər.
Bu orqanizmlərdən istifadə etməklə, bioloci gölməçələrdə tullantı
suların tam təmizlənməsini həyata keçirirlər.



Sual: Saqqız ağacı haqqında bilirsinizmi? 



Cavab:
Saqqız ağacı püstə cinsinin Azərbaycanda yabanı halda yayılmış növü
olub, üçüncü dövrün ən qiymətli relikt ağaclarından biridir.
Oduncağından əldə olunan qətran yüksək texniki keyfiyyətlərə malikdir,
aviasiya, elektronika və kimya sənayesində tstifadə olunur. 



Sual: Azərbaycanın relikt və endem bitki növlərinin mühafizə olunduğu Milli park hansıdır?



Cavab:
Azərbaycanın relikt və endem bitki növləri əsasən Hirkan Milli Parkında
qorunur. Hirkan Milli Parkı Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı ilə 2004-cü ilin 09 fevral tarixində yaradılmışdır. Milli Park
Azərbaycanın cənub-şərqində, Lənkəran və Astara inzibati rayonlarının
ərazisində yerləşir. Ərazisi 21435 hektardır. Milli Park Talış
dağlarının öz unikal təbiət kompleksləri ilə fərqlənən təbii ərazilərini
əhatə edir. 

Ərazidə
çox nadir növ olan dəmirağac (Parrotia persica) bitir. Bu növ Lənkəran
Astara, və Masallı rayonlarında qaya yarğanlarında, dəniz səviyyəsindən
500 metr yüksəklikdə yayılmışdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!