Muxas qülləsi

Muxas qülləsi
Maraqlı məlumatlar
10.09.2017 32
Muxas
qülləsi Oğuz rayonu Muxas kəndinin şimalında, Daşağıl keçidi qarşısında
yerləşir. Qüllə şimal, cənub və qərb tərəflərdə düzbucaqlı planda, şərq
tərəfdə isə yarımdairəvi olub ərazinin relyefinə uyğunlaşdırılmışdır.

Qüllənin
hündürlüyü 11,6 metr, divarın qalınlığı hörgünün aşağı hissəsində 1,5
metr, yuxarıda 1 m-dir. Qala divarında hündürlüyü bayır tərəfdən 1,1
metr, içəridən 1,5 metr olan qapı yeri vardır.

Muxas
qülləsinin üçqatlı olduğu ehtimal olunur. İkinci qatda mağzal və
işıqlandırma üçün pəncərə rolu oynamış, hündürlüyü 1,5 metr, eni 0,6
metr olan açırım vardır. Qüllə çaydaşı və kirəc məhlulu ilə tikilmişdir.
1 X 0,5 X 0,5 metr ölçülü sal daşlar qüllənin künclərində və pəncərə
yerlərində istifadə olunmuşdu.

Qüllənin
ərazisində aparılmış yoxlama qazıntılar burada 0,5 metr qalınlıqda
mədəni təbəqə aşkar edilmişdir. Əldə edilmiş arxeoloji materialların və
abidənin memarlıq xüsusiyyətlərinin müqayisəli təhlili onun IX əsrdə
tikildiyini və XIV əsrədək istifadə olunduğunu söyləməyə imkan
vermişdir.

1965-ci ildə burada aparılmış arxeoloji qazıntılar nəticəsində şirli və şirsiz saxsı qab qırıqları tapılmışdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!