Arran memarlıq məktəbi

Arran memarlıq məktəbi
Maraqlı məlumatlar
10.09.2017 12
Azərbaycan
 memarlıq tarixində bir məktəb kimi ilk dəfə formalaşan Aran memarlıq
məktəbi olmuşdur. Azərbaycan Ərəb xilafətinin tərkibinə daxil olduğu
zaman  Bərdə böyük və məşhur bir şəhər idi.Burada görkəmli memarlıq
abidələrinin tikilməsi haqqında mənbələrdə məlumatlar var.Qədim memarlıq
ənənələri ilə isalmiyyətdən gələn tipoloji xüsusiyyətlərin birləşməsi
nəticəsində formalaşan orta əsr Azərbaycan memarlığının ilk rüşeyimləri
məhz burada özünü göstərmişdir. Bərdədə
əmələ gələn memarlıq istiqaməti,ölkədə feodal dövlətlərinin
müstəqilləşməsi prosesində,yerli ənənələrin güclənməsi ərəfəsində
başlayır.Məhz bu şəraitdə Aran memarlıq məktəbi əmələ gəlməkdə idi.
Bərdədəki inşaat texnikası,şəhərsalma ənənələri daha sonra,şübhəsiz ki,
Gəncədə  davam etdirilir.X əsrdə Gəncədə Şəddadilərin  apardığı geniş
inşaat işləri bu şəhəri Azərbaycanın  ən böyük memarlıq mərkəzlərindən
birinə çevirir.Hələ Bərdədə əmələ gəlməyə başlayan üslub
cəhətləri Gəncdə daha bariz şəkildə formalaşır.

Bərdə
 və Gəncə ətrafında formalaşmış Aran memarlıq məktəbi öz təsir
dairəsini genişləndirərək demək olar ki, Azərbaycanın  bütün orta
hissəsinə yayılır.XI əsrdən başlayaraq  Beyləqan  daha sonra
isə Şəmkir  də memaqlıq mərkəzlərinə çevrlir.Beləliklə Aran memarlıq
məktəbinin əhatə dairəsi xeyli genişlənmiş olur.

Məlumdur
ki,Aran memarlıq məktəbinin mərkəzi olan Gəncə monqol yürüşləri zamanı
dağıdılmış və bir daha əvvəlki vəziyyətinə qayıda bilməmişdir.Təəssüf
ki,Aran memarlıq məktəbinə daxil olan şəhərlər və onların abidələri
tamamilə dağıdıldığı üçün əlimizdə kifayət qədər faktik material və
kitabələr yoxdur.Lakin Aran memarlıq məktəbinə daxil olan memarların
fəaliyyəti haqqında əlimizdə maraqlı bir fakt var. Türkiyənin
Amasya şəhərindəki məscidin hasarı üzərindəki kitabədə onun 1236-1246-cı
illərdə aranlı sənətkar tərəfindən tikildiyi qeyd edilmişdir.
Azərbaycan  memarlığı üçün son dərəcə əhəmiyyətli olan bu fakt,eyni
zamanda kitabədə qeyd edilmiş tarix etibarilə də olduqca
əhəmiyyətlidir.Adı Mahmud oğlu Məhəmməd olan bu sənətkar məhz monqol
işğalından sonra vətənini tərk edərək Türkiyəyə köçmüşdür.

Aran
memarlıq məktəbinin səciyyəvi xüsusiyyətləri bu cür
ümumiləşdirilir:Aran memarlıq məktəbi bir sıra cəhətlərilə yaxşı
öyrənilmiş Naxçıvan memarlıq məktəbinə  oxşardır.Bu yaxınlıq çox ehtimal
ki,Aran memarlıq məktəbinin Naxçıvan memarlıq məktəbinə təsiri ilə izah
edilməlidir.Bu yaxınlıq hər şeydən əvvəl eyni inşaat materialının
tətbiqilə izah edilməlidir.Hər iki memarlıq məktəbində inşaat materialı
kərpic idi.Aran memarlığının əhəmiyyətli xüsusiyyətlərindən biri divar
hörgüsünün səciyyəvi cəhətlərindəndir.Memarlıq tarixində Gəncə hörgüsü
adı ilə tanınan bu hörgünün əsas xüsusiyyəti çaydaşı ilə kərpicin
birlikdə naxış şəklində işlədilməsidir. Gəncədə bu hörgü çaydaşının
ətrafını çərçivələyən kərpic şəklində təzahür edir.Şəmkirdə isə bu hörgü
daha əlvan şəkil alır.Burada kərpic və çaydaşı ilə bərabər hörgüyə ağ
daş da daxil olur.Beləliklə Aran hörgüsü rəngarənglik kəsb
edir,polixromik olur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!