Naxçıvan Xan sarayı

Naxçıvan Xan sarayı
Maraqlı məlumatlar
10.09.2017 6
Naxçıvan şəhərində yerləşən XVIII əsrə aid tarixi-memarlıq abidəsi.

Naxçıvan
- Marağa memarlıq üslubunda tikilmiş abidə XX əsrin əvvəllərinə qədər
Naxçıvan xanlarının yaşayış evi olmuşdur. Sarayı XVIII əsrin sonunda
axırıncı Naxçıvan xanı Ehsan xanın atası Kəlbəli xan
Kəngəli  tikdirmişdir. Xan Sarayı 199b-ci ilin aprelindən Naxçıvan Xalça
Muzeyi  kimi fəaliyyət göstərir.

Xan
Sarayı 3600 m2 sahəsi olan saray kompleksinin qərbində, xan dikinin
relyefinə uyğun olaraq üzü günçıxana tərəf inşa edilmişdir. Xan Sarayı
kompleksində 42x8 m ölçüdə yardımçı bina, yeni inşa olunmuş hovuz, su
quyusu, yaşıllıq zolaqları, bəzək və meyvə ağacları var. Bina iki
mərtəbəlidir. Vaxtilə saray iki ayrı-ayrı bölmədən ibarət olub. Cənub
bölmə inzibati işlər və yüksək mənsəbli qonaqların qəbulu, şimal bölmə
isə xan ailəsinin yaşayışı üçün nəzərdə tutulub. Bölmələrə giriş
ikimərtəbəli, balkon tipli çatma tağlı dəhlizlərdən olub. Hal-hazırda
sarayda muzey yerləşdiyinə görə yalnız cənub dəhlizdən istifadə olunur.
Bölmələr arasında daxili keçid yaradılıb. Dəhlizlər əsas fasaddan qabağa
çıxarıldığı üçün binaya xüsusi gözəllik verir. Dəhlizlərə qırmızı qum
daşı ilə döşənmiş pilləkənlərlə qalxılır. Pilləkənlərin ətrafı kərpiclə
hörülüb və ağac məhəccərlərlə bərkidilib.

Xan
Sarayının ümumi sahəsi 382 m2, divarlarının qalınlığı 60 sm-dən 1,1 m
arasında dəyişir. Bina 20x20x5 sm ölçüdə bişmiş kərpiclə tikilmişdir.
Pəncərələrdə şəbəkə üslubundan və bütün otaqlarda Naxçıvan  yaşayış
evlərinə xas olan müxtəlif ölçülü taxçalardan istifadə olunmuşdur. 1
mərtəbədə 3 otaq, 2 mərtəbədə 8 otaq (2 zal) və otaq kimi istifadə
olunan vestübüllərin üzərində 2 mansar yerləşir. Hər iki mansardan
dəhlizlərin üstündəki açıq balkonlara çıxış var. Mansarlara
vestübüllərdən açılmış kərpic pilləkənlərlə qalxılır. Xan Sarayının
cənub zalı daha dəbdəbəlidir. Qonaq qəbulu üçün nəzərdə tutulmuş zalın
qərbində döşəmədən 40 sm hündürlükdə səhnə tipli taxt yaradılmışdır.
Taxtlı güşənin açılan pəncərələri yerdən tavana qədər şəbəkələrlə,
tavanı isə kiçik güzgü parçaları ilə nəfis bəzədilmişdir. Zalın digər
divarları taxçalar, nəbati və süjetli rəsmlərlə işlənmişdir. Sonralar
aparılan çoxsaylı təmir və bərpa işləri zamanı rəsmlər pozulmuş və ya
üzəriləri suvaqla örtülmüşdür. Zalın əzamətini cənub divardakı, ətrafı
həndəsi formalar və güzgü parçaları ilə bəzədilmiş buxarı daha da
artırır. Bina divarlara yerləşdirilmiş iki buxarı vasitəsilə
isidilirmiş.

Xan
Sarayı 1998-ci ilin aprelindən Naxçıvan Xalça Muzeyi kimi fəaliyyət
göstərir. Muzey 8 zaldan ibarətdir, bunlardan biri Naxçıvan xanlarına
həsr olunmuşdur. Yaradıldığı vaxt muzeydə 359 eksponat qeydə alındığı
halda, hazırda onların sayı 2000-dən (305 xalça) artıqdır. Burada, demək
olar, bütün xalça növlərinin (xovlu: gəbə, zili və xovsuz: sumax,
vərni, kilim, palaz, şəddə, cecim və s.) və xalça məmulatlarının
(məfrəş, heybə, xurcun, çuval, örkən və s.) nümunələri nümayiş
etdirilir. Muzeydə Gəncə - Qazax , Quba -Şirvan,  Qarabağ, Təbriz -
Naxşıvan  xalçaçılıq məktəblərinə XVIII-XIX əsrlərə aid xalça nümunələri
saxlanılır. Çeşnilərinə görə "Qollu çiçi", "Pirəbədil", "Alpan", "Qədim
əfşan", "Ovçuluq", "Zili", "Köhnə buta", "Naxçıvan", "Qasımuşağı" və s.
xalçalarla yanaşı, süjetli xalçalar Azərbaycan xalqının ümummilli
lideri  Heydər Əliyevin portreti toxunmuş xalça (xalq rəssamı K.Əliyev),
"Leyli və Məcnun", "Qarabağ mənzərəsi", "Boz qurdlar", "Gəncə gözəli"
və s. da əhəmiyyətli yer tutur. Muzeydə məişət əşyaları – misgərlik
nümunələri, saxsı və çini qablar, qədim kişi və qadın milli geyimləri də
nümayiş etdirilir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!