Qara bəbir

Qara bəbir
Maraqlı məlumatlar
10.09.2017 48
Bəbir və ya qaplan 
pişiklər  fəsiləsinin panter  cinsinə aid heyvan növüdür. Bədəninin
uzunluğu 120-170 sm-dək, quyruğu 95 sm-ə qədər, iri fərdlərinin kütləsi
32-60 kq, erkəklərin kütləsi 75 kq-dək, dişilərinki bir qədər az olur.
Erkək fərdlər adətən dişilərdən iri olur. Bədəni əzələli , ayaqları
nisbətən qısa, xəzi sıx, yumşaq, sarı, yaxud kürən rəngli və qara
xallıdır. Ayaqları uzun olmadığından o, alçaqboylu görünür. Uzun
sıçrayışlarla şikarını qovarkən quyruğu bədənin tarazlığını tənzim edir.
Pəncələri güclü və əzələlidir. Bəbir yüngüllük, çeviklik və zəriflik
təcəssümüdür. O, çox zərifcəsinə hündür daşların, qayaların üzərinə
sıçrayır. Bəbir sıçrayışının uzunluğuna (5-8 m) görə bir çox iri 
məməliləri  geridə qoyur. Bəbirin xəzi qısa və sıxdır. Sarı və ya sarı
kürən xəzində qara və qonur xallar səpələnmişdir. Bel, boyun və başının
üstü rəngli, qarın və ayaqlarının iç tərəfi demək olar ki, ağdır.
Quyruğu az tüklü olduğundan nazik görünür. Bəbirin xallı rəngi onu
otların, kolların və ağacların yarpaqları arasında görünməz edir.

Bəzən
qara piqmentli melanist bəbir də olur Hindistanda . Afrikada (Böyük
Səhradan başqa), Ön və Cənubi Asiyada  , Azərbaycanda nadir hallarda
(Lənkəran  və Naxçıvanda ), Cənub-Qərbi və Cənubi
Türkmənistan  dağlarında, Tacikistanın ın cənub hissəsində və Ussuri
ölkəsində sıx meşələrdə və dağlarda yaşayır. Ömrü vəhşi təbiətdə 10-11,
qapalı yaşam şəraitində (zooparkda) 21 ilədək ola bilir.Əsasən,
cütdırnaqlı heyvanları, quşları və gəmiriciləri ovlayır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!