Kompüter oyunlarını kim ixtira edib?

Kompüter oyunlarını kim ixtira edib?
Maraqlı məlumatlar
10.09.2017 4
Yəqin
ki, müəllim və valideynlərinizin qadağalarına baxmayaraq imkan düşən
kimi kompüterdə sevimli oyunlarınıza kifayət qədər vaxt sərf edirsiniz.
Bəs heç düşünmüsünüzmü ki, milyonlarla insanın zamanını oğurlayan
kompüter oyunlarını kim ixtira edib?

Elə
isə kompüterdə növbəti oyunun "start" düyməsini basmazdan əvvəl
internetdə bu barədə araşdırma aparın. "Kompüter oyunlarını kim yaradıb"
deyə yazsanız, müxtəlif məlumat-sorğu bazalarından fərqli cavablar
alacaqsınız. Daha çox Stiv Rasselin və Ralf Bayerin adlarına rast
gələcəksiniz. Bayer bütün dünyada "Videokompüter oyunları kralı" kimi
tanınıb, amma nə o, nə də Rassel bu oyunların ilk ixtiraçısı deyil. 

Kompüter
oyunlarının tarixi 1940-cı illərin sonlarından başlanır. Əvvəlcə
ingilis riyaziyyatçısı Alan Türinq kompüterdə şahmat oyununun
alqoritmini tərtib edib, ardınca amerikalı mühəndis Klod Şennon bu oyun
üçün proqram yazıb. Amma o həmin illərdə bu proqramla işləməyə gücü
çatacaq elektron-hesablama maşını, müasir dildə desək, kompüter yox idi.
Ona görə də Şennon "Kompüterlər üçün şahmat oyunlarının
proqramlaşdırılması" məqaləsini dərc etməklə kifayətlənməli olub.

Növbəti addım
İngiltərənin Kembric Universitetinin alimi Aleksandr Duqlas tərəfindən
atıldı . O, 1952-ci ildə uzun müddət üzərində çalışdığı "İnsan-kompüter
interaktivliyi" mövzusunda doktorluq dissertasiyasını bitirdi.
Dissertasiyaya əlavə olaraq o, əyani vəsait də hazırladı. Bu vəsait
faktiki olaraq kompüter üçün ilk elektron-qrafika oyunu idi. "XO"
adlanan oyunun çox sadə qaydaları var idi. Doqquz xanalı kvadratdakı
xanaları oyunçu və kompüter növbə ilə "X" və "O" hərifləri ilə
doldururdu. Şaquli, üfüqi və ya diaqonal istiqamətdə bir sıranı eyni
hərflərlə dolduran oyunçu qalib sayılırdı. Oyun müəllimlərin də,
tələbələrin də çox xoşuna gəlmişdi. Onlar universitetdəki yeganə
kompüterin önündə növbə ilə düzülür, maşından ağıllı olduqlarını sübut
etmək istəyirdilər. Bu oyunu yaradarkən Duqlas kommersiya məqsədi
güdmürdü. Ona görə də ixtirasını patentləşdirmək onun heç ağlına da
gəlmirdi.



Nəhayət,
1961-ci ildə Stiv Rassel başda olmaqla bir qrup proqramçı "Kosmik
müharibə" oyununu yaratdı. Bu, məhdud yanacaq və silah ehtiyyatına malik
iki ulduz gəmisinin döyüşü idi. Yanacağı və silahı daha tez tükənən
tərəf məğlub olurdu. "Kosmik müharibə" kommersiya tipli ilk kompüter
oyunu oldu. Lakin müəlliflərinə gəlir gətirmədi. Oyunu yaradanlardan
biri deyirdi: "Kosmik müharibə"-dən əldə etdiyim yeganə gəlir oyun
sənayesi ilə bağlı məhkəmə proseslərində ekspert qismində iştirakıma
görə aldığım qazanc oldu".

 

Kompüter
oyunları insanlarda böyük maraq yaradırdı. Bəs o zaman niyə kommersiya
cəhətdən yaradıcılarına uğur gətirmirdi? Səbəb isə çox sadə idi. Çünki
1970-ci illərin ortalarınadək kompüterlər həddən artıq böyük və baha
idi. 1970-ci ilin ikinci yarısında fərdi kompüterlərin istehsalına
başlandıqdan sonra video və kompüter oyunları biznesi sürətlə inkişaf
etməyə başladı. 1983-cü ildə dünya üzrə kompüter oyunları bazarının
dövriyyəsi 3,2 milyard dollar təşkil edirdi. Sonraki 30 ildə bu rəqəm 90
milyard dollara qədər yüksəldi.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!