Cənubi Azərbaycan (dili)

Cənubi Azərbaycan (dili)
Maraqlı məlumatlar
10.09.2017 37
Azərbaycanlılar Azərbaycan türkcəsində danışmaqdadırlar.[11]1888-ci ildə
M.H.Rüşdiyyə Təbrizdə yeni tipli məktəb təşkil etmiş, Cənubi
Azərbaycanda ilk dəfə olaraq əlifbanı yeni-sövti üsul ilə türk dili
əsasında tədris etməyə başlamış, ana dilində çoxlu dərsliklər yazmışdır.
1926-cı ildən məktəblərdə türk dilində tədris qadağan edilmişdir. Hakim
dairələr Təbriz Universitetində Azərbaycanın tarixi, etnoqrafiyası,
sosial-siyası vəziyyəti və s. ilə əlaqəli məsələlərin öyrənilməsinə
maneçilik törətmişdir. II dünya müharibəsindən bugünə kimi bütün İran
maarif və mədəniyyəti sahəsindəki diqqətəlayiq və yaddaqalan ən mühüm və
demokratik işlər Azərbaycan Milli hökumətinə məxsusdur. Belə ki, bu
dövrdə onlarca universitet və institut yaradılmışdır. Türk dilində 50-yə
yaxın müxtəlif adda qəzet və jurnal, dərslik, bədii-ədəbiyyat nəşr
edilmiş, kino-teatrlar tikilmiş, radio stansiyası və radio xəbərləri
komitəsi yaradılmış, milli qəhrəmanlara: Səttar xana, Bağır xana,
Xiyabaniyə heykəllər ucadılmışdır. Təbriz Universiteti kitabxanası,
Milli Kitabxana və "Tərbiyət kitabxanası" Cənubi Azərbaycanın ən böyük
kitabxanalarıdır.



Cənubi Azərbaycanda ilk radio stansiyasının əsası 1946-cı ildə
Azərbaycan Milli hökuməti tərəfindən qoyulmuşdur. 1980-ci illərdə radio
şəbəkələrində türk dilində verilişlərin sayı xeyli azalmışdır. Yanlız
Təbriz, Urmiya və Ərdəbil radio şəbəkələrindən qısa verilişlər verilir.
Onlarda da, xüsusilə Təbriz radiosunda səsləndirilən cümlələr ədəbi
dilimizdən çox uzaq olub, yarı türk, yarı fars horrasından ibarətdir.
Cənubi Azərbaycanda ilk televiziya stansiyası 1972-ci ildə yaradılıb.
Verilişlər ciddi nəzarətlə yalnız farsca aparılır. İnqilabdan bugünə
kimi keçən müddət də Güney Azərbaycanın radio və televiziya sistemində
edilmiş bütün texnoloci yeniləşmə və keyfiyyət dəyişikliklərinə
baxmayaraq verilişlərin məzmununda əsaslı dəyişikliklər baş verməmişdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!