Ağıl haqqında

Ağıl haqqında
Maraqlı məlumatlar
10.09.2017 22
Həqiqətən,
göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz
etməsində (bir-birinin ardınca gəlib-getməsində) ağıl sahibləri
üçün(Allahın varlığını, qüdrətini, kamalını və əzəmətini sübut edən
açıq) dəlillər vardır (Qurani Kərim)

- Ağıl alıb-satmaq mümkün olsaydı, yəqin,hamı alıcı olmaq istəyərdi (Devid Star Cordan:Amerika pedaqoqu)

-
Ağıllı başqa bir ağıllının fikri ilə həmişə razılaşar. Sarsaq isə həm
ağıllının, həm də sarsağın fikri ilə razılaşmaz (Aristotel:Qədim Yunan
filosofu)

-
Ağıldan kəmliyi iki şey müəyyən edir: susmaq lazım gələndə danışmaq,
danışmaq lazım gələndə susmaq (Sədi Şirazi:İran şairi və mütəfəkkiri)

- Ağıl insana ağıllı yaşamaq üçün verilir (Vissarion Qriqoryeviç Belinski: Rus tənqidçisi və filosofu)

- Ağılı kamilləşdirmək üçün öyrənməkdən çox ,düşünmək lazımdır (Rene Dekart: Fransız filosofu və riyaziyyatçısı)

- Ən ağıllı filosoflar da sarsaq suallara cavab verməkdə çətinlik çəkirlər (Hilon:Qədim Yunan filosofu)

- Hiss və ağıl toqquşanda həmişə hiss qalib gələr (İohann Volfanq Höte:Alman şairi və mütəfəkkiri)

-
Uşaqlarınıza verə biləcəyiniz ən qiymətli töhfə aöıldır, qalan şeyləri
özləri də əldə edə bilərlər (İmmanuil Kant:Alman filosofu)

-
Görünür,insan dünyasında ən ədalətlə paylanmış nemət ağıldır. Çünki heç
kəs öz ağlından gileylənmir (Mari Monteqyu:İngilis yazıçısı)

-
Ağıllı olmaq kifayət deyil, kifayət qədər ağıllı olmalısan ki,özünü
həddən artıq ağıllı saymayasan (Andre Morua:Fransız yazıçısı)

- Dərrakə çox vaxt yatır,onu oyatmasan, həmişə yuxulu olur (Uilyam Şekspir: İngilis dramaturqu və şairi)

- Bir insanın zəkası verəcəyi cavablardan deyil, soruşacağı suallardan məlum olur (Şevalye de Levis:Fransız marşalı)

-
Fitri ağıl hər hansı bir təhsili əvəz edə bilər amma heç bir təhsil
fitri ağlı əvəz edə bilməz (Artur Şopenhauer:Alman filosofu)

- Sizə ağlınız hökm edirsə-padşahsınız,vücudunuz hökm edirsə-kölə! (Mark Porsi Katon:Qədim Roma yazıçısı vədövlət xadimi)

-
Ağıl dayandıqda düşüncə də dayanır; düşüncə dayandıqda hərəkət də
dayanır; hərəkətsizlik də çürüməyə səbəb olur (Muhəmməd Qəzzafi: İslam
alimi və mütəfəkkiri)скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!