Ən rahat yemək olan makaronun əsrlik tarixi

Ən rahat yemək olan makaronun əsrlik tarixi
Maraqlı məlumatlar
10.09.2017 7
Mətbəxdə
ən asan hazırlanan yeməklərdən biri olan makaron, həm də tələbələrin
yemək olaraq ən ucuz və ləzzətli seçimidir. Hər kəsin sevimli yeməyi
olan makaronun tarixinə nəzər salmağa nə deyirsiniz? Bu ləzzət necə və
harada yaranıb? Gəlin aydınlaşdıraq.



İtalyan
dilində makarona "pasta” deyilir. Makaronun tarixi isə çinli, yunan,
romalı və ərəblərə qədər gedib çıxır. Yeməklərin tarixi haqqında
araşdırma edənlər bunun çox mübahisəli məsələ olduğunu deyir. Səbəbinin
isə buğdanın ən çox yetişdirildiyi məkanlar olmasında görülür.



14-cü
əsrə damğa vuran və ilk müasir yemək kitabının müəllifi olan Mastro
Martino’ya görə makaron ancaq sərt buğda olan Triticum Turgidum’un
İtalyada tanınmasından sonra hazırlana bilib. Bunun səbəbi isə sərt
buğdada yüksək dərəcədə glütenin olmasından əlavə, nəm dərəcəsinin çox
aşağı olmasına qurutma anında qırılmaması və bişirərkən formasını
itirməməsidir. Bu Renessans dövrü üçün əsl inqliab idi və keçid hesab
olunurdu. Qurudulmuş makaronun saxlanma müddəti çox olduğundan qıtlıq
dövrlərində anbarlara yığılır, sonra isə rahatlıqla istifadə edilirdi.
Uzun gəmi səfərlərində də makaron ən rahat yeməklərdən biri hesab
edilirdi.

Macaroni’ni İtalyaya Marco Polo gətirib? 

Sərt buğdadan qurudulmuş makaronu kim kəşf edib?



Hər
iki sualın cavabı "xeyr”dir. Marco Polo nişastalı undan hazırlanan
yeməkdən (noodles) bəhs etsə də, makaron haqqında heç nə deməyib. Bu isə
makaronu çinlilərin yaratdığı iddiasını ortadan çıxarır. Clifford
Wright tərəfindən edilən iddiaya görə isə, makaronu ərəblər kəşf edib.
Bu iddiaya əsəsən ərəblər müharibələr əsnasında rahat daşına bilən,
doydurucu bir yeməyə ehtiyacları olduğu üçün makaronu kəşf etdilər. Hər
nə qədər 9-cu əsrdə ərəblər müharibələr əsnasında getdikləri yerlərdə öz
yeməklərini tanıtsalar da, həm təzə, həm də quru halda bişirilən xəmir
yeməklərinin (əriştə, lazanya, ’tracta’, pastasciutte) Yunan və Roma
dövründə artıq məlum olduğu təxmin edilir. Bütün bu iddialar fikirləri
qarışdırsa da, da xəmir yeməklərinin ən çox inkişaf etdirən xalqın
ərəblər olduğu həqiqətdir.



Ərəb
dünyasının coğrafiya alimlərindən biri olan Əl-İdrisinin 12-ci əsrin
ortalarında Trabiada gördüyü ‘itrija’dan bəhs edir və buradan gəmilərlə
Calabri və digər müsəlman və xristian şəhərlərinə ixrac edildiyini
yazır. Eyni dövrdə imzalanan ticarət anlaşmalarına görə (1175-1160)
Siciliya makaronunun Genoa şəhərinə göndərməsi göstərilir. Boccaccio
Decameron adlı əsərində həm makarondan, həm də ravioli’dən bəhs edilir.

Pasta
Secca’nın bir növü də lazanya idi. ’Lasagna’ sözü Orta Əsr Avropasında
incə xəmir işi mənasına, farsca ‘lavzenag’ sözündən gələ bilər. Bununla
bağlı ilk təsvir 14-cü əsrin əlyazması Liber de Conquina’ da (Yemək
Kitabı) yer alır. Makaron yarpaqları ədviyyat və rəndələnmiş pendir ilə
hazırlanırdı. Digər pasta secca növlərina baxanda, odunun olmadığı
yerlərdə kiçik yuvarlaqlar halında hazırlanaraq, daha rahat bişməsinə
çalışılırdı. Yemək tarixini araşdıranlar makaronun hazırlanması üçün
sərt buğda və eyni zamanda biçim vaxtını gözlənməli olduğunu deyirlər.
Bu isə köç həyatı yaşayan ərəblərin ixtira etməsini mümkünsüz edir.

XVII
əsrdə makaronun İtalyan mətbəxində önəmli yer tutmasının səbəblərindən
biri isə tacirlərin də daxil olduğu orta sinifn də qurudulmuş makaronu
artıq ala bilməsi idi. Aristokratlar üçün sadəcə qarnitur hesab edilən
makaron, xalq üçün əsas yemək hesab edilirdi. Artıq bu dövrdə makaron
satılan xüsusi yerlər olurdu və lasagnari adlanırdı. Hətta sayı artan
lasgnari’lər birliklər qurur, makaronun qiymətini müəyyən edirdilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!