Bir neçə saata bitirə biləcəyiniz 6 mükəmməl əsər

Bir neçə saata bitirə biləcəyiniz 6 mükəmməl əsər
Maraqlı məlumatlar
10.09.2017 9
Mütaliə
etmək beynimiz üçün mükəmməl məşğələdir. Yaxşı seçilmiş kitablar isə
həyatımızı və bizim özümüzü dəyişdirəcək qədər güclü ola bilərlər. Vaxt
azlığından şikayətlənənlər hətta bir neçə saata da oxuyub bitirə
biləcəyi əla kitablar tapa bilərlər. Sadəcə yaxşı araşdırmaq və sizə
maraqlı olan mövzuda ən yaxşı kitabları seçmək bacarığınızı inkişaf
etdirmək lazımdır.

Qadınlar.biz sizə bir neçə saata oxuya biləcəyiniz 6 maraqlı əsəri təqdim edir:



Ernest Heminquey "Qoca və Dəniz”

Heminquey
yaradıcılığının zirvəsi hesab edilən "Qoca və Dəniz” povesti 1952-ci
ildə oxuculara təqdim edildikdən bəri bütün nəsillərin ən sevilən
kitablarından birinə çevrilib. Əsər nəhəng okeana kiçik qayığıyla ova
çıxan tənha qocanın başına gələnlərindən bəhs edir. Hər dəfə uğursuz ov
edən qoca, bu dəfə böyük bir balığı toruna sala bilir. Lakin bu da onun
mübarizəsinin sonu olmur. İndi də ovladığı balığı köpək balıqlarından
xilas etməlidir. Müəllif baş qəhrəmanı yaxın tanışlığı olan bir qoca
kubalı balıqçının obrazı əsasında yaradıb.



Cerom Selincer "Çovdarlıqda uçurumdan qoruyan”

Amerikalı
məşhur yazıçı Cerom Selincerin 1951-ci ildə yazdığı bu əsər 16 yaşlı
Holden’in dövrünün Amerika həqiqətlərini aşkarcasına və çox sərt formada
inkar etməsindən danışır. O, cəmiyyətdə hökm sürən ümumi qayda-qanun və
əxlaq tənzimləmələrinə qarşı çıxır. Əsər üzərində 9 il işləyən
yazıçının yeganə romanı da bu olmuşdur. Dünyada qısa müddətdə 60 milyon
nüsxə ilə satılmışdır.



Qabriel Qarsia Markes "Hüznlü fahişələrim”

Məşhur
yazıçının son romanı olan bu əsər insanı ömrün sonunda haqlayan, onun
dünyaya, həyata, insanlara, özünə olan, az qala yüz illik münasibətini
bircə anda dəyişməyə qadir olan gözəl bir sevgi hekayətidir. Bir çoxları
əsərdə yazıçının öz istəklərini və yaşlılığını təsvir etdiyini düşünür.
Bu əsərdə biz insanın mənəvi və fiziki yaşı arasındakı dərin təzadları
hiss edə bilirik.

 

Cek London – "Ağ diş”

Povest
yarı canavar balası olan itin başına gələn əhvalatlardan bəhs edir.
Yazıçı bu povestində itin daxili aləmini, onun hər bir hissiyatını
ustalıqla qələmə almışdır. Ağ diş öncə acınacaqlı həyat sürür, lakin
əsərin sonuna yaxın o, xoşbəxt həyata nail olur.Cek London bu əsərində
sanki demək istəyir ki, heyvanla insan arasında ciddi fərq yoxdur.
Heyvan da insan kimi şüura sahibdir, düşünür və hiss edə bilir. Əsərdə
həmçinin insanın vəhşiliyi, onun ədalətsiz həyat qanunları pislənir.
Yazıçı bu əsərlə insanın heyvandan daha vəhşi olduğunu bildirmək
istəyir.



Sergey Dovlatov, "Çamadan”

Müasir
rus ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri olan Sergey
Dovlatov dissident baxışlarıyla hər zaman müzakirə edilən cəsarətli
yazıçılardan biridir. 1978-ci ildə Amerikaya mühacirət etdikdən sonra,
ədəbiyyat sahəsində ən məhsuldar illəri başlayır və vəfatına qədər 12
adda kitab yazır. "Çamadan” da onun avtobioqrafik romanı olaraq, həmin
silsiləyə daxildir. Qara yumorla təsvir edilmiş dövrünün bürokratik
qaydaları, iqtisadi sistemdə olan çatışmazlıq və s. sizi kitaba aşiq
edəcək.



Corc Oruell, "Heyvanıstan”

Yazıçının
1943-cü ildə yazdığı bu əsər totalitar rejim və despotik idarə
üsullarına qarşı çox fərqli üslubda yazılmış əsəridir. Dili asan olan
əsəri dərk etmək üçün yazıçının mükəmməl bənzətmələrini anlamaq
lazımdır. Həcmcə o qədər də böyük olmayan "Animal farm” romanı ilə
Oruell bütünlükdə totalitar siyasi təfəkkürün və əsas mövcudluq
prinsiplərini bədii cəhətdən uğurla modelləşdirə bilmişdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!