Beyninizi bücləndirəcək 4 gündəlik vərdiş

Beyninizi bücləndirəcək 4 gündəlik vərdiş
Maraqlı məlumatlar
10.09.2017 14
Bəzən
olur ki, hansısa vacib qərar qəbul etməli oluruq, lakin ağlımıza heç nə
gəlmir. Saatlarla yerimizdə oturub qala, bu problemə bir həll yolu
fikirləşib tapmaya bilərik. Təşvişə düşməyə gərək yoxdur. Hər şeyi
nəzarət altına götürmək öz əlinizdədir.



Robert
Susa İnventHelp adlı panent bürosunun direktorudur. Kompaniyanın əsas
məqsədi işə yeni başlayan tədqiqatçı, kəşfiyyatçı, rəssam və digər
peşələrdən olanlara lazımlı köməkləri etməkdir. Bunun üçün də, Robert
beyni inkişaf etdirmək mövzusunda xeyli düşünüb, axı beynimizin nə qədər
çox şeyə qadir olduğu bir çoxumuza məlumdur. Susa bəzi üsullardan
istifadə etməklə ilhamı artırmağın mümkün olduğuna inanır.



1. Daha Çox Gəzin

Bütün
fiziki məşğələlərin öz müsbət tərəfləri var. Lakin ən yaxşı tərəfdən
bizə məlum olanları, uzun qaçışlar və velosiped sürməkdir. Məsələ
bundadır ki, bu fəaliyyətlər zamanı beyində neyroplastik adlanın
xüsusiyyət işə düşür ki, bu da bir çox itirilmiş fiziki
qabiliyyətlərinizin bərpasına kömək edir. Bu fəaliyyətlər yaddaşın
gücləndirilməsi, beyində hər hansı bir zədədən sonra bərpanın getməsi və
s. kimi çox vacib faydalarla məşhurdurlar. Mütəmadi fiziki işlər sizin
şüurunuzu və yaddaşınızı gücləndirəcək, beyninizi sakitləşdirməyə və
yeni ideyalar üçün əlverişli şərait yaratmağa kömək edəcəkdir. Mütləq
sınayın!



2. Özünüzə Məşğuliyyət Tapın

Beynimiz
daima axtarışdadır. O, müxtəlif yaradıcı həllər tapmağa çalışaraq, əsas
funksiyasını yerinə yetirmək üçün yollar axtarır. Bu işdə beyninizə
kömək etmək üçün müxtəlif yeni kəşflərə açıq olun. Xarici dil öyrənmək, rəqsə getmək və ya gitara dərsləri
almaq buna misal ola bilər. Həftədə ən azı bir neçə saatınızı yaradıcı
və sizdən yeni qabiliyyətlər tələb edən fəaliyyətlərə həsr edin. Sizin
yeni hobbi əldə etdiyiniz gün, beyniniz üçün əsl bayrama çevriləcək.



3. Beyniniz üçün qidalanın

Beyninizə
də bədəninizdə olduğu kimi müxtəlif faydalı qidalar lazımdır. Bu
xüsusilə Omega-3 ilə zəngin olan məhsullar olmalıdır. Bu məhsullar sizin
yaddaşınızı möhkəmləndirməyə və beyin funksiyalarınızın daha yaxşı
işləməsinə xidmət edir. Omega-3 tərkibli vitaminləri istənilən
əczaxanadan əldə edə bilərsiniz. Bundan əlavə yumurta, balıq,
göyərtilər, quru meyvələr və ləbləbi sizə  bu işdə kömək edə bilər. Bu
məhsullar siz sevimli işinizlə məşğul olarkən, beyninizin daha yaxşı və
məhsuldar olmasına səbəb olacaqdır.



4. Zehni istirahət üçün zaman ayırın

Mütləq
müxtəlif meditasiya texnikaları öyrənin. Meditasiya və yoqa sizə gün
ərzində beyninizə bir neçə dəqiqəlik də olsa fasilə verməyə kömək
edəcək. Unudulmaz Stiv Cobs da uzun illərmeditasiya ilə
məşğul olub. O deyirdi ki, bu məşğələlər sayəsində sakitləşməyi,
intuasiyasını gücləndirməyi, baxışlarını müəyyənləşdirməyi, özünü indiki
zamanda və olduğu yerdə hiss etməyi öyrənib.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!