Sadə bir Günü daha mənalı etməyiniz üçün 10 tövsiyə

Sadə bir Günü daha mənalı etməyiniz üçün 10 tövsiyə
Maraqlı məlumatlar
10.09.2017 11
Günlər
bir-birini əvəz edir, lakin onlardan çox azı bizim yaddaşımızda gəlir.
Cümə günü biz artıq həftənin əvvəlində nə etdiyimizi xatırlamırıq. Bir
ay əvvəl etdiklərimizdən isə heç danışmağa dəyməz. Lakin, bütün bunları
hər günümüzü daha mənalı etməklə dəyişə bilərik. Qadınlar.biz sizə gününüzü daha mənalı edəcək 10 tövsiyə təqdim edir.



1.
Daha tez oyanın. Erkən səhərin sakitliyi və yavaş axarından həzz alın.
Bu saatlarda meditasiya, yazı, yoqa və bu kimi digər sakitlik və diqqət
cəmləndirməsi tələb edən şeylərlə məşğul olun.

2. Prioritetlərinizi
müəyyənləşdirin. İlk əvvəl sizin və ailəniz üçün əhəmiyyətli olan
işlərdən başlayın. Bunu etməklə işlərin çoxluğu içində çaşıb qalmaqdan
xilas olacaqsınız.

3. Kitab oxuyun. Elə kitablar seçin ki, sizin üçün ən əhəmiyyətli olan suallara cavab tapmaqda kömək etsinlər.

4. Daha yavaş yeyin. Əgər siz
yeməyi sürətlə yeyirsinizsə, üstəlik də bunu paralel nəsə iş görərək
etməyə çalışırsınızsa, nə yeməkdən, nə də gördüyünüz işdən həzz ala
bilərsiniz. Yavaş yeməyə çalışın, yediyiniz qidanın ləzzətini hiss edin
və ondan həzz alın.

5. Gəzintiyə çıxın. Evinizin
yaxınlığındakı hər hansı bir parka gedin, sakit və rahat yer taparaq,
təbiətlə əlaqəyə qurmağa çalışın.

6. Gülməli bir şey izləyin. Bu,
YouTube’da hər hansı bir videoçarx və ya əyləncəli saytlarda maraqlı
məqalələr ola bilər. Hər hansı bir komediyanın gülməli epizodu,
verilişin maraqlı anları sizin gününüzə əlavə nikbinlik bəxş edəcək.

7. Hobbilərinizi
unutmayın. Əgər nə vaxtsa hər hansı bir layihə və ya hobbiyə başlamış,
lakin müxtəlif səbəblərdən yarımçıq qoymusunuzsa, yenidən başlayın. İlk
addımı atın və peşman olmayacaqsınız.

8. Sevdiklərinizlə zaman
keçirin. Bütün gününüzü işinizə və ya fərdi məşğuliyyətinizə sərf
etməyin. Gün ərzində mütləq sevdiklərinizə də vaxt ayırmağa çalışın.

9. İşlərinizi ardıcıllıqla
görün. Əgər hər hansı bir işi təcili görmək lazımdırsa, onunla məşğul
olun. Digər işlər gözləsə də olar. Hətta, digər işlər barədə
fikirləşməyi də özünüzə qadağan edin. Bir neçə işi eyni zamanda görməyə
çalışmaq ancaq keyfiyyətsiz nəticələrə gətirib çıxara bilər.

10. Başqalarına kömək
edin. Nəciblik və ürəyiaçıqlıq sizə şəxsi və iş həyatında kömək edəcək.
İnsanlara kömək etməklə özünüzü daha yaxşı hiss edəcəksiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!