Dale Carnegiedən insanlara təsir etmək üçün 12 qızıl qayda

Dale Carnegiedən insanlara təsir etmək üçün 12 qızıl qayda
Maraqlı məlumatlar
10.09.2017 144
Yer
üzündə elə bir insan tapılmaz ki, ətrafdakılara təsir etmək, öz arzu və
istəklərini həyata keçirmək və qarşısıalınmaz bir hisslə gərəkliliyini
duymaq marağında olmasın. Elə isə insan münasibətləri sahəsində dünya
şöhrətli Amerika mütəxəssisi Deyl Karneginin fikirləri ilə tanış olaq.

Bu
gün Deyl Karneginin ətrafdakılarla düzgün münasibət qurmaq barədə
qənaətləri ilə tanış olacağıq. Təbii ki, düzgün münasibət qurmağın
üsulları bir söhbətə sığmır. Ən azı ona görə ki, bu sahə ilə bağlı sizin
maraq dairəniz kifayət qədər genişdir. Bu maraqları təmin etmək üçün
çox sayda qaydalar var. Bu gün biz Deyl Karneginin təbirincə desək,
"Adamları nöqteyi-nəzərinizə meylləndirməyə imkan verən on iki qayda”
ilə tanış olacağıq.



I qayda: Mübahisədə üstün gəlmək olmaz

Nəzərə
alın ki, bir qayda olaraq, öz fikrində israrlı olan adamlar mübahisə
edir. Siz öz fikrinizdə nə qədər israrlısınızsa, qarşı tərəf də öz
fikirlərinə bir o qədər inamla yanaşır. Əmin ola bilərsiniz ki, qarşı
tərəf heç vaxt öz fikrindən dönməyəcək. Onun sizin fikirlərinizlə
razılaşacığını isə heç ağlınıza belə gətirməyin. Bunu nəzərə alan Deyl
Karnegi "Mübahisədə üstün gəlmək olmaz” müddəasını əsas tutaraq,
məsləhət görür ki, mübahisədə qələbə qazanmağın yeganə yolu ondan
yayınmaqdır.



II qayda: Düşmən qazanmağın asan yolu və bundan necə çəkinməli?

Düşmən
qazanmaq, eləcə də dostlarınızı itirmək istəmirsinizsə, müsahibinizin
fikirlərinə hörmətlə yanaşın. Qarşı tərəf haqsız olduqda belə, bunu ona
qəti və kəskin şəkildə deməyin. Zərurət yoxdursa, heç vaxt haqsızlığını
ona xatırlatmayın. Yox əgər onun haqsız olduğunu söyləmək zəruridirsə,
bunu yumşaq formada və yavaş-yavaş edin. Təbii ki, ilk növbədə səmimi,
mehriban ovqat yaradın. Onun bir çox məsələlərdə haqlı olduğunu, yalnız
hansısa məqamda yanıldığını söyləyin. Bu, Deyl Karneginin təklif etdiyi
variantdır. Yeri gəlmişkən, qeyd edək ki, bu barədə bütün müdrik adamlar
həmrəydir. O cümlədən, müqəddəs kitablarda söylənilən fikirlər də
üst-üstə düşür. Məsələn, "Qur’ani-Kərim” də bəndələrə bağışlamaq yolunu
tutmağı məsləhət görür. Və yaxud İsa peyğəmbər "Öz rəqibinlə tezcə
barış” deyib.



III qayda: Haqsızsınızsa, bunu etiraf edin

Bu,
qarşı tərəfi yumşaltmağın, hətta onu öz tərəfinizə çəkməyin ən asan
yoludur. Deyl bu barədə öz fikirlərini sual şəklində ifadə edib: "Əgər
bizi istər-istəməz toqquşma gözlədiyini biliriksə, təşəbbüsü öz əlimizə
almaqla başqasını qabaqlamaq daha yaxşı olmazdımı? Özünü tənqid etmək
başqaları tərəfindən ittiham olunmaqdan daha asan deyilmi?”. Buna görə
də Deyl məsləhət görüb ki, qarşınızdakı tərəf-müqabilinizi qabaqlayaraq,
sizə söyləyəcəyi bütün tənqidi fikirləri özünüz haqda söyləyin. O
dəqiqə müsahibinizin sizin haqda fikirləri dəyişəcək. Ümumiyyətlə, öz
səhvlərini etiraf etmək insanı başqalarının gözündə ucaldır. İnanın ki,
səhvinizi etiraf etməklə istədiyinizdən daha çox şeyə nail ola
bilərsiniz.



IV qayda: İnsan zəkasına doğru birbaşa yol

Dördüncü
qayda çox sadədir. Xeyirxahlıq, dostluq və qarşındakını anlamaqla
adamların fikrini dəyişdirməyə daha tez nail olacağınızı nəzərə alıb,
bəri başdan mehribanlıq mövqeyində durun.



V qayda: Sokratın sirri

Deyl
Karneginin fikrincə, Sokratın sirri bir kəlmədən ibarətdir. Nədir o
kəlmə? Əlbəttə ki, "bəli”. Söhbət əsnasında tez-tez "bəli” deməyi
unutmayın. Onu da bilin ki, bu sözü tək sizin işlətməyiniz kifayət
deyil. Müsahibinizlə söhbəti elə aparın ki, o özü tez-tez "bəli” demək
məcburiyyəti qarşısında qalsın. Məsələn, onun maraqlarından çıxış
edərək, "Sən istəmirsən ki…?” sualı qoyun. Bu zaman o, sizinlə
razılaşaraq "bəli” deyəcək. Bu, o deməkdir ki, siz öz istəyinizə nail
olmusunuz, hər şey sizin ürəyinizcə olacaq.



VI qayda: Şikayətlərdən xilas olmağın yolu

Bu
qayda az qala, aforizmləşən "qulaq asmaq lazım gələndə birinci ol,
danışmaq lazım gələndə sonuncu” məsləhətini xatırladır. Söhbət zamanı
qarşınızdakının ürəyini boşaltmasına imkan yaradın. İmkan verin ki, daha
çox o danışsın. Bu, nəinki şikayətləri dinləyərkən, ümumiyyətlə,
istənilən söhbət zamanı ən münasib mövqedir. Eləcə də qarşınızdakının
hirsini soyudar. Üstəlik o, sizi ən maraqlı həmsöhbət kimi xatırlayar.



VII qayda: Əməkdaşlığa necə nail olmalı?

Deyl
Karnegiyə görə əməkdaşlığın ən asan yolu budur: qoy müsahibiniz elə
hesab etsin ki, hansısa məşhur fikir onun özünə məxsusdur. Təbii ki,
söhbət önəmli fikirlərdən gedir. Deyl Karnegi bu qayda barədə
danışarkən, Amerika prezidenti Teodor Ruzveltin prinsipini
xatırladırmış. Teodor Ruzvelt kimi isə vəzifəyə təyin edərkən, ilk
növbədə komandasını masa arxasına dəvət edib, bu vəzifəyə layiqli bir
namizəd tapmaqda ona köməklik göstərmələrini rica edirmiş. Və özünün
nəzərdə tutduğu namizədin adı çəkilənə qədər T.Ruzvelt "Daha kimi
məsləhət görərdiniz?” deyə soruşarmış.Beləliklə, komandası T.Ruzvelti
son dərəcə demokratik və əvəzolunmaz bir rəhbər kimi dəyərləndirərdi.



VIII qayda: Sizin üçün möcüzə yaradacaq düstur.

Həmişə
hadisələrə müsahibinizin nəzərləri ilə baxmağa çalışın. Onun maraq və
istəklərini əsas götürərək, istənilən məsələni götür-qoy edin. Deyl
Karnegi bu qaydanı tövsiyə edərkən, onu ilk növbədə dəcəl uşaqlarla
sınaqdan çıxarmağı məsləhət görüb.



IX qayda: O, nə istəyir?

Bu
qaydaya riayət edərkən ilk növbədə qarşınızdakı adamın nə istədiyini
özünüz üçün aydınlaşdırın. Və onun fikir və istəklərinə səmimi
canıyananlıqla yanaşın.



X qayda: Hamının ürəyincə olan çağırış

Nədir
bu çağırış? Əlbəttə ki, xeyirxah motivli çağırışlar hamının ürəyinə
yatır. Hərdən hamının maraqlarına cavab verən, istirahət eləmək,
şənlənmək üçün şərait yaradan ideyalarla çıxış etsəniz, pis olmaz. Axı
niyə də yox? Bu zaman siz özünüz də gözəl istirahət edə bilərsiniz.



XI qayda: Kinoda və radioda belədir. Bəs siz niyə belə etmirsiniz?

Yəqin
ki, bu qaydanı oxuyarkən, görəsən, kinoda və radioda nə edirlər deyə
fikirləşirsiniz. Deylin bu qaydası elə məhz buna xidmət edir. Müsahibdə
maraq oyatmaq, ən yaxşı halda isə onu həyəcanlandırmaq lazımdır. Belə
olan təqdirdə ideyalarınızı daha asanlıqla həyata keçirə bilərsiniz. Bu
ideyaların səmərəsiz olmayacağına isə şübhə etməyin.



XII qayda: Digər heç nə təsir etmirsə, bunu yoxlayın.

Deyl
Karneginin adamları nöqteyi-nəzərinizə meylləndirməyə imkan verən 11
qaydası sizə kömək etməkdisə, onda onların hamısının üstündən xətt çəkin
və 12-ci qaydaya riayət edin. Qarşınızdakına meydan oxuyun və onun zəif
damarını tutun. Yəni onun zəif cəhətlərini müəyyənləşdirərək, mübahisə
zamanı bu cəhətlərdən yararlanmağa çalışın. Bu zaman nəyə qadir
olduğunuzu göstərməkdən çəkinməyin. Üstünlüyə nail olmaq, qalib gəlmək
istəyirsinizsə, 12-ci qayda sizin sonuncu şansınızdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!