George Carlindən düşüncənizi dəyişdirəcək 10 söz

George Carlindən düşüncənizi dəyişdirəcək 10 söz
Maraqlı məlumatlar
10.09.2017 21
‘Əgər bir adam fasiləsiz gülümsəyirsə, yəqin ki, heç bir işə yaramayan nəyisə satmağa çalışır.’ George Carlin

Komik
çıxışlar tez-tez qılınc və qalxan istifadə edilərək edilir.
Cəmiyyətdəki həssas mövzulara toxunarkən bir tərəfdən da güldürməyi
bacaran nadir aktyorlardan biri də George Carlin’dir. Carlin tək sözüylə
sizi bir saniyədə həm güldürür, həm də müdrik bir mesaj verə bilir.
George Carlin ‘xətləri məlum olan’ insandır. Siyasət və ikiüzlülük
mövzusu haqqında danışması ilə məşhurdur. Bu xüsusiyyəti sayəsində
cəmiyyətdə ‘sosioloji komediya dahisi’ ləqəbini almışdır. Çox az insan
Carlin’in etdiyi kimi həm güldürə,  həm də düşündürə bilər. Onun həyat,
insanlar, siyasət və din haqqında müşahidələri diqqətəlayiqdir və yəqin
ki, heç vaxt unudulmayacaq.



1.
Siyasətçiləri unudun. Onlar əhəmiyyətsizdirlər. Siyasətçilər sizə seçki
haqqı verdikləri fikrini irəli sürmək üçün mövcuddurlar. Əslində isə
heç bir haqqınız yoxdur. Seçim haqqınız yoxdur. Sahibləriniz var. Onlar
sizə, hər şeyə sahibdirlər.

2. Necə olur ki, məsələ insanlar olanda adı abort olur, toyuq olanda qayğanaq olur?

3. Axmaqlarla qətiyyən mübahisə etməyin. Onlar sizi əvvəl öz səviyyəsinə salır, sonra da təcrübələriylə sizə qalib gəlirlər.

4. Uşaqları
oxutmaq əhəmiyyətli deyil. Oxumaq istəyən uşaq oxuyur. Oxumağı istəyən
uşaq oxumağı özü öyrənir. Onlara ən çox öyrətmək lazım olan şey
oxuduqlarını sorğulamaqlarıdır. Oxuduqları, eşitdikləri hər şeyi
sorğulamalıdırlar. Onlara avtoriteti də sorğulamağın lazım olduğunu
öyrətmək lazımdır. Valideynlər uşaqlara avtoriteti sorğulamağı
öyrətmirlər. Çünki valideynlər özləri də bir avtoritetdir.

5. Əgər vətəndaşlarınız eqoist və cahildirsə, liderləriniz də elədir.

6. Hər kəs eyni dildə gülümsəyir.

7. Hər vəziyyətin mütləq gülməli bir tərəfi var. Çətin olan da onu tapmaqdır

8. Bəzi insanlar işdən qovulmamaq üçün çox işləyir, bəzilərinə isə işdən çıxmasın deyə kifayət qədər pul ödənir.

9. Həyat aldığımız nəfəsin sayıyla deyil, nəfəsimizi kəsən anların sayıyla ölçülür.

10. Tariximizin ən kədərli tərəflərindən biri daima özünü təkrar etməsidir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!