Məşhurların uğursuz və qəribə ölümləri

Məşhurların uğursuz və qəribə ölümləri
Maraqlı məlumatlar
10.09.2017 22
2006-cı
ildə məşhur avstraliyalı vəhşi təbiət eksperti, "timsah ovçusu” Stiv
İrvin skat balığının iynəsi ilə onu ürəyindən sancması nəticəsində
dünyasını dəyişib.



Tualetdə
ölənlər çox olub, onlardan ən məşhuru isə Elvis Preslidir. Rok-n-rollun
kralı tualetdə qusanda vəfat edib. Həkimlərin dediyinə görə, "kral”ın
ölüm səbəbi köklük və dərmanlardan yaranan infarktdır.



Cerom
İrvinq Rodeyl sağlam qida qəbulu tərəfdarlarından olub. "Bədbəxt bir
təsadüf olmasa, 100-ə qədər yaşayacam” deyən Rodeyl 72 yaşında getdiyi
bir tok-şouda infarkt keçirərək həyatını itirib.



"Müasir
rəqsin anası” kimi tanınan, rus şair Sergey Yeseninin həyat yoldaşı
olmuş Aysedora Dunkanın özü qədər məşhur şərfi 1927-ci ildə mindiyi
maşının təkərinə dolaşıb və o, boğularaq ölüb.



1869-1916-cı illərdə yaşamış rus həkim, rahib, sirli Qriqori Rasputinin həyatı kimi ölümü də müəmmalı olub. 

Rasputinə
qarşı sui-qəsd planını knyaz Yusupov və Dövlət Dumasının üzvü
Purişkeviç hazırlayıb. Əvvəlcədən qurulmuş plana əsasən 16 dekabr
1916-cı ildə knyaz Yusupov Rasputini öz evinə gətirir.

Burada
birlikdə nahar edirlər. Rasputinə naharda mərgümüş zəhəri qatılmış
şirniyyat və çaxır verilir. On nəfəri öldürmək gücünə malik zəhər
qatılmış çaxırdan içən və şirniyyatdan yeyən Rasputin ölmür. Onun
ölmədiyini görən Yusupov silahla onu arxadan güllələyir, sonra silahı
Purişkeviçə verir. Purişkeviçin 3 gülləsindən də sonra ölməyən Pasputini
nəhayət donmuş Neva çayına atırlar. Böyük ehtimalla, bu sirli insan
çayda donaraq ölüb.



Bobbi
Liç 1911-ci ildə Niaqara şəlaləsindən çəlləyin içində tullanan ikinci
insan kimi tarixə düşüb. Bir gün Liç Yeni Zelandiyada gəzərkən ayağı bir
portağal qabığına ilişib və sürüşüb. Nəticədə ayağı qırılıb. Ayağının
biri kəsilsə də, həkimlər Liçin həyatını xilas edə bilməyib.



Məşhur
viski istehsalçısı Cek Deniel 1911-ci ildə işə tez gələrək ofisin
kassasını açmağa cəhd edib. Şifrəni heç cür yadına sala bilməməyinə
əsəbiləşərək kassanı təpikləməyə başlayan Deniel ayaq barmaqlarını
zədələyib. Daha sonra isə infeksiyadan dünyasını dəyişib.



Uğurlu
vəkil Klement Vellandiqam 1871-ci ildə birini vurmaqda ittiham olunan
müvəkkilinin məhkəməsində vurulan adamın öz-özünü güllələdiyini sübut
etməyə çalışanda səhvən dolu silahı götürüb özünü vurub. Beləcə,
müvəkkili bəraət qazanıb.



Bəstəkar,
orkestr şefi Jan-Batist Lyulli 1687-ci ildə fransız kralı XIV Lüdovik
üçün Te Deum adlı əsəri çalanda həyatının axarı dəyişib. Ritmə aludə
olan Lyulli bütün gücü ilə çubuğunu ayağına vurub. Bir müddət sonra ayaq
barmağı qanqren olan Lyulli barmağının kəsilməyinə razı olmayıb və
dünyasını dəyişib.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!