Söz ustası Mark Tvendən istehza dolu 15 sitat

Söz ustası Mark Tvendən istehza dolu 15 sitat
Maraqlı məlumatlar
10.09.2017 15
Mark
Tven bütün dövrlərin ən hazırcavab yazıçısı olmaqla yanaşı, həm də
müstəsna yumor hissinə malik yazıçı idi. O, asudə zamanlarında qəzetlərə
öz ölümü və bu kimi digər qəribə mövzular haqqında yumoristik və
istehzalı yazılar yazmağı sevirdi. "Mənim ölümüm haqqında şayiələr çox
şişirdilir,” tipli yazılar da bu sıraya daxildir.

Qadınlar.biz sizə yazıçının bir-birindən parlaq və yumor dolu fikirlərini təqdim edir:



1.
Sağlamlığı qorumağın yeganə vasitəsi – sevmədiyin şeyləri yemək,
sevmədiyin şeyləri içmək və sevmədiyin nə varsa, onu etməkdir.

2. Yaxşı dostlar, yaxşı kitablar və sakit vicdan – bax əsl ideal həyat məhz budur.

3.
Xoşbəxt olmaq üçün insan öz cənnətində yaşamalıdır. Doğrudanmı
fikirləşirdiniz ki, yeganə və eyni cənnət bütün insanları istisnasız
xoşbəxt etməyə qadirdir?

4. Minlərlə dahi yaşayır və ölür – bəziləri digərlərindən, bəziləri isə elə özlərindən də xəbərsiz.

5. Hamı klassikanı oxumağı vacib hesab edir, ancaq heç kim oxumur.

6. Öz zarafatını izah etmək məcburiyyətində qalan insan dünyanın ən bədbəxt insanıdır.

7.
Həyat yoldaşımla hər hansı bir məsələdə fikir ayrılığımız olanda,
adətən onun dediyini edirik. Həyat yoldaşım isə bunu kompramis
(qarşılıqlı güzəşt) adlandırır.

8. Gəlin elə yaşayaq ki, hətta qəbiristanlıq işçisi də ölümümüzə kədərlənsin.

9. Həqiqət  əlimizdə olan ən dəyərli şeydir. Gəlin onun qədrini bilək.

10. Heç vaxt axmaqlarla mübahisə etməyin. Siz onun səviyyəsinə enəcəksiniz və o da sizi öz təcrübələri ilə əzəcək.

11.
Əgər sənə pul lazımdırsa – yad insanlara üzünü tut, məsləhət lazımdırsa
– dostuna müraciət et, yox əgər sənə heç nə lazım deyilsə –
qohumlarının yanına get.

12. Siqaret çəkməyi tərgitmək çox asandır. Mən özüm yüz dəfə tərgitmişəm.

13. Məktəbdə heç vaxt mənim təhsilimə qarışmaqlarına icazə vermirdim.

14.
Mənim 14 yaşım olanda, atam o qədər ağılsız idi ki, ona dözə bilmirdim.
Amma mənim 21 yaşım olanda bu qoca kişiyə baxıb təəccüblənirdim ki, bu 7
ilə necə ola bilər ki, o, bu qədər ağıllana bilib.

15. İnsanı yaratmaq gözəl və orijinal ideya idi. Ancaq insandan sonra qoyunu yaratmaqla artıq təkrarçılığa yol verilib.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!