Özünüz üçün mütləq etməli olduğunuz 15 şey

Özünüz üçün mütləq etməli olduğunuz 15 şey
Maraqlı məlumatlar
10.09.2017 51
Ölümcül
bir xəstəliyin pəncəsində olan birinin, hər yeni günə yavaş-yavaş ölümə
yaxınlaşdığını bilərək başlamasının necə bir şey olduğu barədə
düşünsəniz, heyrətə gələrsiniz. Bəs, hər gün oyanıb, heç ölməyəcəkmiş
kimi yaşadığınız dəqiqələrin dəyərini bilməmək necə bir şeydir, heç
düşündünüzmü? Həyat qısadır, zaman isə sürətlə axıb keçir. Belə olduğu
halda özünüz üçün bəzi şeylər etməyə nə deyirsiniz?

Qadınlar.biz
 olaraq, yenə "Anı yaşayın!” şüarı ilə yola çıxdıq və sizi yoran
gündəlik həyəcanları bir kənara qoyub, özünüz üçün etməniz lazım olan 15
maddəni topladıq:



1.
Yerinizdə saymayın və özünüzü inkişaf etdirməyə davam edin. Sərhədləri
qırıb keçin və böyük xəyalların arxasınca gedin. Yaşıdlarınız və ya bu
işi sizdən əvvəl görənlərdən daha yaxşı olmaq üçün özünüzü yormayın. Hər
zaman daha yaxşı şeylər etmək üçün məhz əvvəlki özünüzlə rəqabət
aparın.

2.
Daxili səsinizə qulaq asmaqdan imtina etməyin. Başqalarının nə dediyi,
nə düşündüyü sizin üçün ilk sırada gəlməsin. Qoy, hər kəs öz daxili
səsinə görə məsul olsun. Hər kəsi öz fikri ilə təkbətək buraxın.

3.
Öz ayaqlarınız üzərində dimdik yeriməyə çalışın. Başqalarının sizdən
gözlədiyi yoldan getməsəniz, bu vəziyyət bir az narahatlıq yarada bilər.
Təşvişə düşməyin, bu onların problemidir, sizin deyil. Hamı özündən
başqa hər kəsin necə yaşaması lazım olduğuna dair hökm çıxarmağı sevir.
Siz isə öz daxili səsinizə qulaq asın.

4.
Qorxu hissinizlə mübarizə aparın. Qorxu xəyalların qatilidir. Qorxunun
gələcəyinizi formalaşdırmasına yol verməyin. Sonda ya rahat, ya da
cəsarətli olacaqsınız, amma hər ikisinin də eyni anda olmasını
gözləməyin.

5.
Realist olmağı bir az kənara qoyun. Uğur qazanmaq üçün bunda az da olsa
fayda var. Tamamilə reallığa baxmaq sizi qaramsallq və ruh düşkünlüyünə
aparıb çıxarır. Çox vaxt belə halda, işə başlamamış son qoyulur.

6.
Görülməsi lazım olan işləri təxirə salmayın. Dünyaya uğurlu olmaq üçün
 gəlmisiniz. Ancaq bunun üçün plan qurmalı, hazırlaşmalı, gözləməli və
dinclik bilmədən çalışmalısınız.

7.
Əziyyətlərinizə qucaq açın. Keçmişdə çəkilən hər bir əziyyət insanı
kamilləşdirir və gələcəkdəki çətinliklər qarşısında daha da əzmli edir.
Nə qədər xoşagəlməz olsa da, istədiyiniz nöqtəyə çatmaq üçün bəzi
çətinliklərlə qarşılaşmağınız lazımdır.

8.
Səhv etməkdən qorxmayın. Səhv etmək boş-boş durmaqdan yaxşıdır.
Səhvlərinizdən çox şey öyrənəcəksiniz. Etdiyiniz səhv nə qədər pis
olursa olsun, həyatda peşmançılığa yer yoxdur. Bu halda ancaq
perspektivinizi aşkara çıxaran dərslərə yer var.

9.
Yıxıldıqdan sonra təkrar ayağa qalxmaqdan imtina etməyin. Ən güclü və
uğurlu insanlar daim qalib gələnlər deyil, uduzsalar da, təkrar ayağa
qalxmağı bilənlərdir.

10.
Əlinizdən gələni edin. Nəyisə itirsəniz, bunu bir itki kimi
göstərməkdənsə, getdiyiniz yolu işıqlandıracaq hədiyyə kimi görün.

11.
Sizə ağız əyənlərə məhəl qoymayın. Qurduğunuz xəyalları kiçildən,
sizihər fürsətdə tənqid edən insanlardan uzaq durmaqdan və yaxud da
onlara layiq olduğu cavabları verməkdən çəkinməyin.

12. Gələcəyiniz üçün kiçik addımlar atın. Hər şey bir anda baş vermir, addım-addım uğurunuza doğru gedin.

13. Daha da yüksəklərdə qanad açın. Sizi aşağı dartan zəncirlərdən xilas olmadığınız müddətdə gələcəyə qanad aça bilməzsiniz.

14.
Gülümsəməkdən imtina etməyin. Necə bir vəziyyətin içinə düşürsünüz
düşün, ürəyinizdəki ən kiçik sevinc qırıntısını itirmədən gülümsəyin.
Beləliklə, xoşbəxtlik və ya bədbəxtliyi qarşılaşdığınız halların deyil,
davranışınız və mövqeyinizin müəyyən etdiyini öyrənəcəksiniz.

15.
Pozitiv düşünün. Fikirlər güclüdür, onlar həm yaratmağı, həm də
dağıtmağı bacarırlar Ətrafınıza baxın, bütün həyatınızın sizin
fikirlərinizdən meydana gəldiyini görəcəksiniz. Bunu bilərək
addımlarınızı atın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!