Anasına oxşayan oğlanların 10 üstün cəhəti

Anasına oxşayan oğlanların 10 üstün cəhəti
Maraqlı məlumatlar
10.09.2017 56
"Yaxşı
oğul dayısına oxşayar”, "Atasının oğlu” və sair kimi xalq arasında
məşhur ifadələrin əksinə olaraq, biz anasına oxşayan oğlanların üstün
xüsusiyyətlərə sahib olduqlarını gözardı edilməsinə razı olmuruq. Atasına oxşayan qızların üstünlüklərini sadaladıqdan
sonra bu dəfə növbə analar və oğullara çatdı. Onlar sanki hər iki
tərəfin balansıdırlar, yeri gəldikdə müxtəlif məsələlərin həllinə fərqli
münasibət də göstərə bilirlər. Atasına oxşayan oğlanların xətrinə
dəyməyəcəyimizə ümid edərək, bu gün məhz anasına oxşayan oğlanların
üstün cəhətlərini sadalayacağıq. Əlavələrinizi şərhlər bölməsində
bizimlə bölüşməyi unutmayın!

Beləliklə, anasına oxşayan oğlanların üstün cəhətləri:

Həssas
olurlar, hər hansı bir hadisəyə münasibət göstərdikdə, təkcə doğru və
yalanları deyil, həm də insanların hisslərini nəzərə ala bilirlər.



Mətbəx adı çəkiləndə onlar heç də qorxuya düşmür. Vaxtaşırı qollarını çırmalayıb, əla yeməklər bişirməyi də bacarırlar.



Ailəcanlı olurlar. Onlar üçün ailə hər şeydən önəmlidir.



Uşaqlar
onları çox sevir. Əslində bu sevgi də qarşılıqlıdır. Anasına oxşayan
oğlanlar da uşaqlara qarşı xüsusi sevgi hiss edirlər.



Dinləmək
bacarıqları yüksək dərəcədə inkişaf edib. Onlara ehtiyacınız olduğu
zaman saatlarla bir söz demədən sizə qulaq asa bilərlər.



Kömək etmək üçün əllərindən gələni edirlər. Məhz buna görə də adətən qonşular və qohumların sevimlisi olurlar.



Öyrənməyə həvəsli olurlar. Yeni bacarıqlar qazanmaq üçün daima yeni fəaliyyətlər axtarırlar.



Adətən
el arasında belə bir düşüncə var ki, anasına bənzəyən oğlanlar
yaraşıqlı olurlar. Çox vaxt onlar üçün "üzündən nur yağır” kimi ifadələr
də işlədilir.



Əla dostdurlar.



İnsanlara qarşı olduqca sədaqətli olurlar. Öyrəşdikləri insanı həyatlarından çıxarmaq onlar üçün çox böyük əzabdırскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!