Marallar

Marallar
Maraqlı məlumatlar
10.09.2017 13
Marallar (lat. Cervidae) — cütdırnaqlılar dəstəsiə aid fəsilə. 40 növə malikdir. Avrasiya, Şimali Amerika, Cənubi Amerikada yayılıb, eləcə də insanlar tərəfindən Avstraliya və Yeni Zelandiyaya gətirilib.

Azərbaycan
forklorunda adı ən çox hallanan heyvanlar arasında maral sözsüz ki,
birincilər sırasındadır. Lap qədim dövrlərdən indiyə kimi həmişə insanın
bu "dağlar və meşələr gözəli"nə xüsusi marağı olub. Ona görə də məişət
və təsərrüfat fəaliyyətində maraldan zaman-zaman istifadə ediblər.
Maralın qidalığına görə əti və südü, sənaye əhəmiyyətinə görə isə dərisi
və buynuzu əvəzsiz sayılıb. Maral estetik baxımdan və mənəvi tələbatı
ödəmək cəhətdən müqayisəolunmazdır. Gözəl təbiət müşahidəçisi,
yazıçı-ekoloq Zaman Novruz onu bu cəhətdən belə ifadə edirdi: "Təbiətcə
çox da sakit olmayan maralın görkəmindəki zəriflik, baxışlarındakı
mehribanlıq, cəlbedicilik, duruşundakı vüqar, əzəmət və incəlik onu
gözəllik rəmzi kimi dilə-dişə salmış, adı nağıllara, dastanlara,
şeirlərə düşmüş, neçə-neçə maral ünvanlı əfsanə yaranmışdır".

Maral
(cervidae) məməlilər sinfinin cütdırnaqlılar dəstəsinə mənsub otyeyən
heyvandır. Hündür ayaqlara, qısa quyruğa, yaraşıqlı görkəmə malik olan
maralın qulaqları uzun və hərəkətlidir. 40 növü əhatə edən 17 cinsi
məlumdur. Əsas yayılma yerləri Avropa, Asiya, Cənubi və Şimali Amerika,
Afrikadır. Adətən sürülər şəklində gəzib dolanırlar. Qidalarını ot, kol,
ağac və digər bitki qrupları təşkil edir. Bəzi növləri hətta xırda
heyvanlarla da qidalanır. Marallarda da mövsümlə əlaqədar bir çox
heyvanlarda olduğu kimi tüləmə (tük dəyişmə) baş verir. Eləcə də
buynuzdəyişmə müşahidə edilir. Adətən buynuzdəyişmə erkək fərdlərdə
olur, lakin şimal marallarının dişləri də buynuzlarını töküb, yenisini
əmələ gətirirlər. Bədənin rəngi əksər halda qonura çalır. Cavan heyvanda
xallar var. Bəzi yaşlı fərdlərdə də belə xallara rast gəlinir. "Xallı
maral" ifadəsi buradan əmələ gəlib.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!