Güzgünün sirləri və qorxulu tərəfləri

Güzgünün sirləri və qorxulu tərəfləri
Maraqlı məlumatlar
10.09.2017 30
Səhər oyanan kimi güzgüyə baxırıq. Axşam yatmazdan əvvəl də
qeyri-ixtiyari olaraq güzgüyə nəzər yetiririk.Sanki hər gün onunla
salamlaşıb,sağollaşırıq.Hətta ağlayanda da güzgüyə baxıb,göz yaşlarımızı
silirik.Güzgü - energetik örtüyə,səthə malikdir.O,həm mənfi,həm də
müsbət enerjinin daşıyıcısıdır.Güzgülər qədim dövrə malikdir.
Hamilə,zahı qadınlar güzgüyə yalnız səhər və günorta baxa bilərlər.Axşam
güzgüyə baxmaq qəti olmaz.Yoxsa şər qüvvələrin təsirinə məruz qalarlar.
Ümumiyyətlə gecə yatanda güzgünün üzərini örtmək məsləhət görülür.



Toy günü güzgü öndə gedir. Bunun da əsas səbəbi bəy-gəlinə dəyə
biləcək göz-nəzər,bəd niyyət və mənfi enerji güzgüyə hopsun,cütlüklərə
ziyan vurmasın deyə. Yeni doğulmuş körpəni 6 aylığına kimi güzgüyə
yaxınlaşdırmaq olmaz.Çünki uşağın bəsirət gözü o vaxta kimi açıq,aura
qatı zəif olur.O səbəbdən də güzgü uşağın ruhunu apara bilər.Yaxud da ən
dəhşətlisi uşaq gec dil açıb,gec yeriyə bilər.Bunuda deyim ki uşaq
güzgüdə özün görüb qorxada bilər .Hər zaman güzgüyə baxarkən təbəssüm
edin.Güzgüdə gördüyünüz o xoş,enerji dolu təbəssümünüz,gözəl
əhval-ruhiyyə ilə sizin özünüzə qayıdacaq.. Güzgünün o tayında nə var?
Misteriyaya görə, güzgü energetik örtüyə, səthə malikdir. O eyni vaxtda
iki aləmdə, iki ayrı zamanda mövcud ola bilir.



Güzgüdə gördüyümüzün yarısı bizim real dünyaya, ikinci tərəfi isə o
biri qaranlıq və sirli aləmə bağlıdır. O, həm mənfi, həm müsbət
enerjinin daşıyıcısıdır. Güzgü cazibə və əks təsiretmə qüvvəsinə
malikdir. İnanmırsızsa, televizorun pultunu götürün, onu hər dəfə
etdiyiniz kimi birbaşa televizora tuşlayıb basmayın. Pultu güzgüyə
tuşlayıb, kanalları çevirin. Görəcəksiz ki, kanallar asanlıqla dəyişir.
Deməli, güzgü istənilən şüanı tutub, lazımi istiqamətə yönəldir.
Psixologiya elmi çoxdan sübut edib ki, güzgü insanın emosiyalarını yadda
saxlayır, özünə hopdurur, sonra bu emosiyalar enerji şəklində ona baxan
insana ötürülür. Güzgüdə gördüyümüz sadəcə, şəkil deyil. Orada güzgü
aləmində yaranmış əkiztayımızı görürük. Biz öz aləmimizdə, evimizdə
yaşadığımız ki, o da güzgü aləminin sakinidir.



FAKT KİMİ: Qədim insan ilk dəfə öz surətini suda görüb. Maraqlısı
odur ki, su da güzgü kimi informasiya daşıyıcısıdır, su da müsbət və
mənfi yüklü ola bilir. Əntiq güzgü almayın! Əntiq güzgülər də qədim
qəsrlər kimi ağır, sirli, dərinliyində ruh və kabuslar məskunlaşmış ola
bilər. Keçmişdə yaşamış və bu güzgüdən istifadə etmiş, artıq həyatda
olmayan insanların xatirələri, izləri güzgüdə qalır. Heç bir əşya-hətta
daraq belə güzgü qədər insana bağlı olub, öləndən sonra onun haqda
informasiyanı saxlamır. İçində ruh əsiri olan kabus güzgünü nə baxıcı,
nə cadugər, nə keşiş təmizləyə bilməz. Yeganə yol - kənar yerdə güzgünü
sındırmaqdır. Adətən, belə güzgülər buz kimi soyuq və tükürpədici olur.
Qatil güzgülər Orta əsrlərdə varlı ingilis taciri öz arvadını xəyanətdə
suçlayaraq, onu elə bəzəndiyi güzgünün qarşısında öldürdü. Həmin il evi
başqa ailə alır, bir gecə evin xanımını güzgünün qarşısında ölü
tapırlar. XIX əsrin qatil güzgüsü bir neçə dəfə alınıb-satılan evin
sahibələrinin axırına çıxmışdı. Güzgü əlamətlərinin əsl mənası Ölü
öləndə güzgünün üstü bağlanır, ona görə ki… Güzgü iki aləmi birləşdirən
qapıdır. Ölən adamın ruhu bədəndən çıxan kimi yolu səhv sala bilər və ya
öz bədəninə qayıtmaq istəyər. O zaman real bədənə yox, güzgüdəki bədənə
keçəcək. Çünki əsl bədəndə ruhun qayıda biləcəyi nöqtə bağlanır. 



Bədən evdən çıxarılıb dəfn edilsə də, ruh güzgü labirintində əbədi
qalacaq. Güzgüdə əsir olan ruh narahat ruhdur, evdəki canlı insanların
aurasına ağırlıq gətirib, bədbəxtliklərə səbəb ola bilər. İnsan yatarkən
də ruhu bədəndən çıxır, bədən iflic vəziyyətində olur, ancaq ruhun
bədənə qayıdış dəliyi bağlanmır. Yatan adamın yuxular aləminə səyahətə
çıxan ruhu güzgüdəki ruhla təmas yarada bilər. Güzgüdəki ruh bu ruhu
çağıra, zərər vurmağa qadirdir. Belə vəziyyətin real həyatda təzahürü:
dəhşətli yuxular, yuxuda azmaq, kimsə tərəfdən çağırılmaq, boğulmalar.
Ruhlu güzgünün təsirindən insan hətta yuxuda ölə də bilər. Güzgü ilə
zarafat etməyin. Güzgü ilə fala baxanların acı aqibəti Demək olar ki,
bütün xalqların folklorunda, qaranlıq otaqda güzgü və şamlarla bəxt
falabaxması mövcuddur. Bizdə Novruz bayramında hamı yatandan sonra
əlində şam və qabda yanan kağızla güzgüyə yaxınlaşıb, həsrətlə gələcək
ərini görməyə cəhd edən qızlarımız var. ( bir çox magik üsullara maraq
göstərən, bəzən o üsulları təcrübədən keçirtməyə belə risk edən bir şəxs
kimi deyə bilərəm ki, məhz güzgü ilə olan inanclar mənə çox qəribə və
qorxulu gəldiyindən heç vaxt sınamamışam və məsləhət görməmişəm. Və nə
yaxşı ki, sınamamışam.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!