Zodiak bürclərinin yaranması

Zodiak bürclərinin yaranması
Maraqlı məlumatlar
10.09.2017 22
Zodiak -  səmada görsənən 12 bürc. Avropa mədəniyyətinə Qədim Yunanstandan gəlmişdir ki, bunun da kökü daha qədimlərə gedir.



Qədim xalqlar olan Vavilonlulardan götürülmüşdür.

Zodiak bürcləri sistemi eramızdan əvvəl VIII əsrdə formalaşmışdır. O
zamanlar insanlar zodiak bürclərinə daha çox inanırdılar, nəinki, hər
hansı bir riyazi hesablamalara. Hətta həyat dövrlərini də zodiak bürclər
ilə müəyyənləşdirirdilər. Doğuluşdan ölənə qədər özünüdərki, hətta
bütün Kainatın keçmişini, indisini və gələcəyini də zodiak bürcləri ilə
müəyyən edirdilər.

Zodiak bürclərinə təbiətdə olan heyvanların surətləri daxil edilmişdir.
Müxtəlif xalqlara məxsus mifologiyalarda dünyanın yaranmasında əsas
rolun məhz heyvanlara  aid olduğu bildirilir. Elə bu səbəbdən də zodiak
bürcləri müxtəlif heyvan surətlərindən tərtib olunmuşdur.

Əvvəlcə heyvanları - qütblərlə, fəsillərlə, təbiət hadisələri ilə,
təbii qüvvələrlə, aylarla əlaqələndirmiş və sonda onları  zodiak bürcü
sistemində dairəvi düzmüşlər.

Çox maraqlıdır ki, səmadakı müxtəlif heyvan formalı ulduz yığınından
tərtib olunmuş zodiak bürcləri demək olar ki, dünyanın hər tərəfində
eyni vaxtda peyda olmuşdur. Praktiki olaraq zodiak burclərindən qədim
Vavilonda, qədim Çində, Amerika hindularında belə eyni vaxtda istifadə
olunmağa başlamışdır. Həmin dövrlərdə zodiak bürcləri əsasında müxtəlif
sxemlər tərtib olunurdu və insan həyatında olan və ola biləcək  hər bir
şeyi bu sxemlərlə müəyyən edirdilər. Bu sahənin öz alimləri, öz
biliciləri var idi. Keçmiş zamanlarda zodiak sisteminə inam həddən artıq
böyük idi.

Müasir dövrümüzdə də zodiaklara maraq göstərən kifayət qədər insan var.
Tanış olduqda ilk öncə qarşısındakının bürcünü soruşan insanlara az
rast gəlirmirik.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!