Müqəddəs 7 rəqəminin sirri

Müqəddəs 7 rəqəminin sirri
Maraqlı məlumatlar
10.09.2017 25
Bir
çox ölkələrdə «7»  rəqəmi müqəddəs hesab olunur. Hələ qədim zamanlarda
Vavilon və Misir filosofları 7 rəqəmini 3 və 4 rəqəmlərinin cəmi, yəni 3 rəqəmini onlar üçün ən əziz olan ana, ata və övlad, 4 rəqəmini isə qütb istiqamətləri kimi qəbul edirdilər.



Təbiətdə
«7» ilə bağlı bir çox hadisələr var. Səma 7 qatdan ibarətdir. Göy
qurşağı 7 rəngdir. Həftədə 7 gün, dünyada 7 möcüzə var. Müqəddəs Kəbənin
ətrafı 7 dəfə təvaf edilir (dolaşılır). Üzdə 7 əsas orqan var. Notların
sayı 7-didir  və.s.

Sözsüz
ki, müqəddəs "Quran"da da yeddi sayının işlənmə yeri və ifadə anlamı az
deyil: "yeddi göy", "yeddi gecə", "yeddi gün", "yeddi yol", "yeddi
dəniz", "yeddi inək" və s. Ümumiyyətlə, yeddinin göy-səma, yer -
torpaqla bağlılığına etiqad çox-çox mənbələrdə özünə yer tapmışdır. Bu
mənbələrdə, bir qayda olaraq, göyün yeddi qatdan, yerin yeddi iqlimdən
ibarət olduğu bildirilir. Həm də deyilir ki, Tanrı göyün hər bir qatını,
yerin də hər bir iqlimini yeddi günə yaratmışdır. Və hətta Tanrının
ilkin olaraq insanları da yeddi nəfərdən ibarət xəlq etdiyi söylənilir.
Bildirilir ki, Tanrı yaratdığı birinci insanı bəyənməmiş və bu səbəbdən
təzədən yeddi nəfər xəlq etmişdir. Sonrakı insan nəsli də elə bu yeddi
nəfərdən törəyib çoxalmışdır.

Böyük
ayı 7 ulduzludur. Skif məişətində də Böyük Ayı bürcünün himayəçi,
qardaşlıq, əbədi eşq bəxş edən simvol bildirməsi düşünülmüşdür. Bu da
onlarda yeddi sayının müqəddəs sayılmasından xəbər verir.

Qurani-Kerimdə «7» rəqəminə xüsusi yer verilmişdir:


Yer üzündə nə varsa, hamısını sizin üçün yaradan sonra səmaya üz
tutaraq onu yeddi qat göy halında düzəldib nizama salan Odur (Allahdır)!
O, hər şeyi biləndir!


Allahdan ötrü həcc və ümrə (kiçik həcc) əməllərini tam yerinə yetirin,
əgər arada sizə maneçilik olarsa, (sizə) müyəssər olan bir qurbanlıq
göndərin, qurbanlıq öz yerinə çatıncaya qədər başınızı qırxdırmayın.
Əgər (ihramda ikən, ziyarət zamanı) sizdən xəstələnən və yaxud baş
ağrısına tutulub əziyyət çəkən olarsa, belə şəxs (başını qırxdırmağın
əvəzində) fidyə olaraq üç gün oruc tutmalı və ya sədəqə verməli, yaxud
da bir qurban kəsməlidir. (Maneçiliyin aradan qalxmasına) əmin olduqda
isə həcc vaxtına qədər ümrə ziyarətindən istifadə edən şəxs müyəssər
etdiyi bir heyvan kəsməlidir. Qurbanlıq tapmayanlar bunun əvəzində həcc
ziyarəti günlərində üç gün və (vətəninə) qayıdandan sonra yeddi gün oruc
tutmalıdırlar ki, bu da tam on gün edir. Bu (ümrə ziyarəti) ailəsi
Məscidülhəramda (Məkkədə və ətrafında) sakin olmayanlara aiddir.Allahdan
qorxun və bilin ki, Allahın əzabı şiddətlidir.


Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir
toxuma bənzər ki, bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah
istədiyi kimsə üçün bunu qat-qat artırır. Allah (lütfü ilə) genişdir və
hər şeyi biləndir.


Bir gün padşah Misir padşahı buyurdu: "Mən (yuxuda) yeddi arıq inəyin
yeddi kök inəyi yediyini, həmçinin yeddi yaşıl və yeddi quru sünbül
(quru sünbüllərin yaşıl sünbüllərin üstünə qalxıb bellərinə sarıldığını)
gördüm. Ey əyanlar! Əgər yuxu yoza bilirsinizsə, mənim bu yuxumu
yozun!"


(Zindandakı) iki (cavan) oğlan (edamdan) xilas olandan (şərabpaylayan)
bir neçə müddətdən sonra (Yusifi) xatırlayıb dedi: "Mən sizə onun
yozumunu xəbər verərəm. Bircə məni (zindana - Yusifin yanına) göndərin!"
(Cavan oğlan padşahın izniylə zindana gəlib dedi: ) "Yusif! Ey doğru
danışan adam, bizim üçün bir yoz görək! Yeddi arıq inək yeddi kök inəyi
yeyir. Yeddi yaşıl sünbül, yeddi də quru sünbül. (Bir bunun mə’nasını
mənə izah elə). Bəlkə, mən adamların yanına (düzgün cavabla) qayıda
bilim; bəlkə, onlar da (bu yuxunun mə’nasını) bilsinlər!" (Yusif) belə
cavab verdi: "Yeddi il adətiniz üzrə (həmişəki kimi) əkin. Yediyiniz az
bir miqdar istisna olmaqla, qalan biçdiyinizi (artıq qalan məhsulu) isə
sünbüldə saxlayın. Sonra bunun ardınca yeddi il quraqlıq (qıtlıq)
olacaq. Onda əvvəlcədən həmin illər üçün tədarük etdiyinizi yeyər,
yalnız az bir miqdar (toxumluq) saxlayarsınız.

Allah
o küləyi yeddi gecə, səkkiz gün ardı-arası kəsilmədən onların üstünə
əsdirdi. Belə ki, (əgər yanlarında olsaydın) sən onları orada yıxılıb
ölmüş görərdin. Onlar, sanki içi bomboş xurma kötükləri idilər.

Əgər
yer üzündəki bütün ağaclar qələm, dərya da arxasından yeddi dərya
qatılaraq (mürəkkəb) olsaydı, yenə də Allahın sözləri (yazmaqla)
tükənməzdi. Həqiqətən, Allah yenilməz qüdrət, hikmət sahibidir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!