Yuxunun sirli tərəfləri

Yuxunun sirli tərəfləri
Maraqlı məlumatlar
10.09.2017 51
Bütün canlı varlıqlar öz güclərini təzələmək və həyat fəaliyyətini davam etdirmək üçün istirahətə ehtiyac duyurlar.




təbii ki, yuxudan yaxşı istirahət ola bilməz. O, məcburi insanın
sorağına gəlir və onun bütün cismi və zehni fəaliyyətlərini dayandırır. Yuxu
bir növ əsəb amili ilə əlaqələndirilir.İnsan beynində yerləşən fəal
əsəb sistemi əzaların hərəkətini təmin edir.Və çox yorğunluq nəticəsində
yorulur və sönür. Yuxu zamanı beyindəki qanın bir çox hissəsi bədənin
müxtəlif yerlərinə axır. Dərin yuxu vaxtı bədənimiz və beynimiz gün
ərzində yaşadıqlarından dolayı dincəlir. Buna bəzən delta yuxusu da
deyirlər. Bu müddət ərzində biz heç bir yuxu görmürük.

Orta hesabla insan bir gecədə 4-7 yuxu görür. Yuxudan oyandıqdan 5
dəqiqə sonra insan yuxusunun 50%-ni, 10 dəqiqə sonra isə 90%-ni unudur.
İnsanların təxminən 88%-nin yuxusu rəngli, 12%-nin isə ağ-qara olur. Biz
ancaq bildiyimiz və əvvəlcədən gördüyümüz və ya görəcəyimiz şeyləri (və
ya onun bənzəri olan şeyləri) yuxuda görə bilirik.

İmam Baqirdən (ə) gələn hədisə nəzər salaq: "O kəs ki, yatır, onun özü
asimanlara qalxır, ruhu isə bədəndə qalır. Və bunların arasındakı rabitə
günəşin şüasına bənzəyir. Və nə vaxt ki, Allah insanın əcəlinin çatdığı
əmrini versə, ruh bədəni tərk edər və ona tərəf uçar. Və Allah insanın
ruhuna qayıtmaq icazəsi versə, bədənə qayıdar".

İslamda yuxu ruhun, ruh aləminə
tərəf hərəkət etməsidir və oyanmaq isə ruhun bədənə qayıtması və bir növ
yeni həyat deməkdir. Təbii ki, əgər yuxu olmasa insanın vücudu tez bir
zamanda solar və xəstələnər. Qocalıq onun sorağına tez bir zamanda
gələr. Ona görə də yuxu ömrü uzadır, eyni zamanda sağlamlıq və cavanlıq
rəmzidir. 

Görmə qabiliyyətini anadan olandan sonra itirən insanlar yuxuda şəkil
görə bilirlər. Amma anadangəlmə görmə qabiliyyəti olmayanlar yuxuda da
şəkil görə bilmirlər. Qadınların yuxuya ehtiyacı kişilərə nisbətən 1
saat çoxdur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!