Dondurmanı kim fikirləşib?

Dondurmanı kim fikirləşib?
Maraqlı məlumatlar
10.09.2017 33
Həqiqətən
də görəsən hər bir kəsin rədd edə bilməyəcəyi şirniyyat olan dondurmanı
kim fikirləşib? Bu məsələ amerikalılar, fransızlar və italyanlar
arasında daimi mübahisəli məsələyə çevrilib. Lakin doğrudan da ilk
dondurma satan müəssisə Amerikada açılıb, onun əsasını qoyan isə 1770-ci
ildə İtliyanın Qenuya şəhərindən emiqrant olan bir italyan olub.
Fransızlar isə iddia edirlər ki, hələ onlar 100 illər əvvəl dondurma
istehsal etməyə başlayıblar. 1676-cı ildə fransız konditeri ilk dondurma
şirkətini yaradıb.

Əslində həqiqətə qalsa tarixçilər dondurmanın yaradıcılarının əsgərlər
olduğunu iddia edirlər və bu antik dövrə təsadüf edir. Onlar dondurmadan
şirniyyat kimi yox, yaşamaq üçün qida kimi istifadə edirdilər.
Makedoniyalı İsgəndərin əsgərləri isti şlkələrdə müharibələr aparırdılar
və belə uzun mübarizələrdə onların suya və vitaminə ehtiyacları var
idi.Buna görə də makedoniyalılar dağlara ən cəld qullarını
yollayırdılr.Qullar dağlardann buzlu qar gətirir və onu giləmeyvələrlə
qatırdılar.Yəqin fikirləşəcəksiniz ki, həmin qul gələnəcən axı o buz
əriyər. Makedoniyalılar buna da çarə tapmışdılar. Belə ki, onlar sürətli
qaçan qullar estafeti yaratmışdılar, onlar tez-tez bu buzları
bir-birlərinə ötürürdülər, yəni birinci ikinciyə, ikinci üçüncüyə vəs.
Bu müddətdə birinci tez gedib yeni buz gətirirdi.Əsgərlər bu yeni
qidalarını bir az da zənginləşdirmək üçün ona gah şərab, gah meyvə, süd
və ya bal qatırdılar. Bəs necə oldu ki, eskimo yarandı. 100 illər əvvəl
amerikalı Nelson şokolad içində dondurma yaratdı və bunu askimo-pie(
eskimo-pay), yəni eskimo pirojnası adlandırdı. Təzə dondurmanın
reklamında isə eskimosların həyatını əks etdirirdi. Yeni dondurma həm
uşaqların, həm də böyüklərin sevimli şirniyyatına çevrildi. Yavaş-yavaş
pie sözü unuduldu. İndi biz çubuq üzərindəki şokoladlı dondurmanı eskimo
adlandırırıq. Ümid edirəm ki, bu məlumatım hamınızın xoşuna gəldi.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!