Quşbeyinlik nədir?

Quşbeyinlik nədir?
Maraqlı məlumatlar
10.09.2017 7
İnsanlar
ağıllı heyvanlar haqqında fikirləşəndə quşlar yada düşən ilk heyvan
olmurlar. İngilis dilində kimisə quşbeyin adlandırmaq həmin şəxsin axmaq
olduğu anlamına gəlir. Bundan başqa nəyəsə «quşlar üçündür» demək həmin
şeyin mənasız olduğun bildirir. Ancaq bu ifadə tamamilə səhv ola
bilməz. Bəzi quşlar xüsusilə  qarğalar son dərəcə ağıllı ola bilər.
Əslində qarğaların problem həll etmə qabiliyyəti 7 yaşlı uşağınkından
daha yaxşıdır. 



Təcrübələrin
birində qarğanın 3 mərhələli çətin bir problemi həll etdiyi göstərilir.
Qarğaya kəndirdən asılmış qısa çubuq, bir qutuda əlçatmaz yerdə uzun
çubuq və həmin qutunun dibində bir tikə yemək verildi. Qarğa qısa çubuğu
kəndirdən çıxartdı, ondan uzun çubuğa çatmaq üçün istifadə etdi və daha
sonra uzun çubuqdan da qutunun dibindəki yeməyi götürmək üçün istifadə
etdi. Qarğalar nəinki alətlərdən istifadə edir, həmçinin alətlər
düzəldirlər. 



Digər
bir təcrübədə qarğaya düz məftil və turbanın içində əlçatmaz yerdə
yemək verdilər. Qarğa yeməyi çıxartmaq üçün məftili əyərək qarmaq
düzəltdi.



Daha
da maraqlısı qarğaların dildən istifadə etmə ehtimalıdır. Vaşinqton
universitetinin tədqiqatçıları qarğaları təcrübə üçün tutmağa
başladılar. Halbuki ilk bir neçə dəfədən sonra alimlər yeni qarğalar
tutmağın çətinləşdiyini gördülər. Qarğalar onları tutan adamın sifətini
yadda saxlayır və digər qarğalara həmin insanın təhlükəli olduğunu
deyirlər. Bunu nə dərəcədə edə bildiklərini öyrənmək üçün alimlər
qarğaları tutanda oğru maskası geyinməyə başladılar. 



Tezliklə
qarğalar arasında belə bir insanın yaxınlaşa biləcəyi haqqında həyacan
yayıldı. Alimlər müşahidə etdilər ki, heç vaxt tutulmayan qarğalar da
maskalara qarşı eyni həyacan siqnalını verirlər. Aylar sonra alimlər
 əksəriyyəti heç vaxt tutulmayanlar olmaqla qarğaların 89 %-nin maska
geyinən insanlara hücum etdiyini bildirdilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!