Bir müvəffəqiyyətin tarixçəsi

Bir müvəffəqiyyətin tarixçəsi
Maraqlı məlumatlar
10.09.2017 13
Uğur psixologiyası → Bir müvəffəqiyyətin tarixçəsi...

Uzun
illər Kanzas şəhərində bir gənc qəzetçi çəkdiyi karikaturaları satmaq
istəyir.Ancaq bütün qəzetlər az qala bir ağızdan (bir az da kobud ifadə
ilə) ona eyni şeyi deyirdilər: "Səndən karikaturaçı olmaz.Yaxşısı
budur,bu sənəti unut!”Ancaq karikatura onun ən böyük xəyalını necə unuda
bilərdi?Bir də o karikaturasını unutsa da ,karikatura onu unutmurdu...

Nəhayət,bir
gün xeyriyyə cəmiyyətlərindən biri gənci işə qəbul etdi.Ancaq bunun
üçün onun bir emaltxanaya ehtiyacı var idi.Beləliklə,gənc həm orda
işləyə,həm də yaşaya bilərdi.

Çox
keçmədi ki,cəmiyyət köhnə zirzəmilərindən birini ona verdi.Ancaq
zirzəmi,sözün əsl mənasında,siçanların işğalı altında idi.Gənc burada
həm işləməli,həm də yaşamalı oldu.Ancaq gün gələcək bu siçanlardan biri
(elə o gənc kimi) bütün dünyada məşhur olacaqdı.

Dünyanın hər yerində məşhur olan bu siçan Mikki Maus,gənc isə Uolt Disney idi..скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!